TALK

[ər.] сущ. тальк (медицинада кӀвалахардай лацу ва я вили ранг алай гъуьр хьтин хъуьтуьл минерал).
TALİBƏ
TALMUD
OBASTAN VİKİ
Google Talk
Google Talk — həm mətn, həm də səsli rabitəni təmin edən ani mesajlaşma xidməti. Bu ani mesajlaşma xidməti istifadəçilər arasında "Gchat", "Gtalk" və ya "Gmessage" kimi müxtəlif şəkillərdə adlandırılırdı. "Google Talk" həm də əvvəllər "Google" tərəfindən xidmətdən istifadə etmək üçün təklif edilən müştəri proqramlarının adı idi. "Google Talk" proqramları "Microsoft Windows", "Android", "BlackBerry OS", "BlackBerry 10" və "ChromeOS" əməliyyat sistemləri üçün mövcud idi. "Google Talk" mobil veb proqramı da əvvəllər mövcud idi. 2015-ci ilin fevral ayında "Windows" müştərisinin fəaliyyəti dayandırılmış, "Google" istifadəçilərə bunun əvəzinə "Google Hangouts"dan istifadə etməyi tövsiyə etmişdir. "Windows" müştərisinin istifadəçilərinə "Chrome" brauzer platformasında "Google Hangouts" tətbiqinə keçmək məsləhət görülmüşdür. == Xüsusiyyətləri == === Səs və video === "Google Talk" istifadə edərək "Gmail" daxilində telefon zəngləri etmək və qəbul etmək mümkün idi. Zəngləri qəbul etmək üçün istifadəçi tam "Google Voice" hesabını güncəlləməli idi. Əvvəlcə ABŞ-dən kənarda olan istifadəçilər tam "Google Voice" hesabını güncəlləyə və ya "Gmail"də telefon zənglərini qəbul edə bilmirdilər.
Rica Talk Hotel
Rica Talk Hotel — İsveçin Stokholm Bələdiyyəsinin Alvsyö şəhərindəki Stokholm Beynəlxalq Yarmarkasında yerləşən göydələn və oteldir. Otelin hündürlüyü 72 metrdir. Otel 19 mərtəbədən və 248 otaqdan ibarətdir. Bina Rosenbergs Arkitekter tərəfindən inşa edilmişdir və 2006-cı ilin mayın 23-də açılışı olmuşdur.
Talk (proqram təminatı)
talk — "Unix" mətn söhbət proqramı. Əvvəlcə yalnız çox istifadəçili bir kompüterə daxil olan istifadəçilər arasında mesajlaşmaya icazə verirdi, lakin sonradan digər sistemlərdəki istifadəçilərlə söhbətə imkan vermək üçün genişləndirilmişdir. Artıq IRC və digər müasir sistemlərlə əvəz olunsa da, indiki dövrdə də "Linux", BSD sistemləri və "macOS" daxil olmaqla "Unix" bənzəri sistemlərin əksəriyyətinə daxil edilir. Oxşar qurğular "Multics", CTSS, PLATO və NLS kimi əvvəlki sistemlərdə mövcud idi. 1983-cü ildə "talk" yeni versiyası 4.2BSD ilə "Unix" əmri kimi təqdim edildi və eyni zamanda müxtəlif maşınlarda istifadəçilər arasında elektron söhbətləri yerləşdirəcəkdi. "talk"ın davamı "ntalk," Britt Yennin "ytalk" və Rocer Espel Llimanın "utalk" proqramlarıdır. Danışıq protokolu vasitəsilə səhv məlumat göndərən "flash" adlı məşhur proqram 1990-cı illərin əvvəllərində uğursuz hədəfin terminal çıxışını pozmaq üçün prankerlər tərəfindən tez-tez istifadə olunurdu. O, bunu adətən sorğu göndərən şəxsin adını təqdim etmək üçün nəzərdə tutulmuş sahəyə terminal əmrlərini daxil etməklə həyata keçirmişdir. Zərərçəkən danışıq sorğusunu aldığı zaman sorğunu göndərən şəxsin adı onların ekranında göstərilir. Bu, terminal əmrlərinin yerinə yetirilməsinə səbəb olur və şəxsin ekranı onu sıfırlayana qədər oxunmaz halda olur.
PTT (Push to talk)
PTT (Push to talk) — bir istiqamətdə siqnal göndərmək üçün, ikitərəfli radiointerfeys ilə təmin olunmuş əlaqə növüdür. Bu telefonlarda ratsiya funksiyasını daşıyan şəbəkədir. Danışıq siqnallarını göndərmək və qəbul etmək üçün telefonda lazım olan düyməni sıxmaq lazımdır. Bu isə hamımızın yaxşı tanıdığı radio əlaqə qurğusunu (rus dilində: Рация) xatırladır. PTT telefonlar üçün ilk əlaqə standartlarındna biri sayılır. İlk telefon qurğularında operatorla əlaqə saxlamaq üçün istifadəçi PTT düyməsini basılı saxlayırdı. Bundan sonra operator ilə əlaqə yaranırdı və istifadəçidən zəng etmək istədiyi, yəni əlaqə saxlamaq istədiyi nömrə soruşulurdu və bundan sonra nömrələr arasında əlaqə yaradılırdı. Vahid mərkəz ilə əlaqə saxlamaq bu üsulun əsas prinsiöi sayılır. Bundan sonra vahid mərkəz sizi lazım olan nömrəyə yönəldir. Bu zaman iki abonent arasında kanal məşğul vəziyyətdə olur.
Talk
Talk Mg3 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Villemseit – Ni - talk (Ni : Mg > 2:1); kalsiumlu talk (11,8 %-dək Ca); steatit – mineralın sıx kütlələri və b. Rəng – yaşılımtıl, sarımtıl, bozumtul çalarlı ağ, alma kimi açıq-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, şüşə, ayrılma səthlərində sədəfi; sıx aqreqatlarda tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik vərəqləri isə şəffafdır; Sıxlıq – 2,7-2,8; Sərtlik – 1; Əllə toxunduqda yağlıdır; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – istiliyi və elektriki pis keçirir; Oda- və turşuyadavamlıdır; Morfologiya – kristallar: nadir rast gələn lövhəvari; Mineral aqreqatları: vərəqvari, pulcuqlu, sıx, gizlikristallik. Əsasən maqneziumla zəngin hiperbazitlərin hidrotermal dəyişilməsi zamanı əmələ gəlir və olivin və Mg - piroksenlərin hesabına kristallaşır. Talk şistlərinin və listvenitlərin süxur əmələgətirən mineralıdır. Talk habelə karbonat süxurlarının termal metamorfizmi və kontakt - metasomatik dəyişilməsi nəticəsində təzahür edir. Mineralın autigen əmələgəlmələri də məlumdur. Birlikdə rast gəldiyi minerallar: dolomit, piroksenlər, amfibollar, xloritlər və b. Mineralın tapıldığı yerlər: Şabrov (Rusiya); Göpfersqrün, Lobsdorf (Almaniya); Qrodzişe (Polşa); Providens (ABŞ) və b.
Let's Talk About Love (albom)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
Let’s Talk About Love (Modern Talking albomu)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
The Daily Talk
The Daily Talk — ingilis dilində çıxan divar qəzeti. Gündəlik olaraq Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında (ing. Tubman Boulevard) qara lövhə üzərində təbaşir ilə yazılır. New York Times qəzetinin verdiyi məlumata görə bu, Monroviyada "ən oxunan resursdur", çünki şəhər sakinlərinin əksəriyyətinin adi qəzet almağa sadəcə pulları yoxdur.. Qəzetin əsasını qoyan və redaksiya heyətinin yeganə üzvü Alfred C. Sörlifdir. O, qəzetin əsasını 2000-ci ildə qoymuşdur. Sörlif inanırdı ki, əhalinin geniş maarifləndirilməsi dağıdıcı vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmağa və sülh üçün yeni zəmin yaratmağa imkan verəcəkdir.. Hər gün o, adi qəzetlərdə dərc olunmuş məlumatlar və könüllü müxbirlərin məlumatları əsasında qəzeti üçün material toplayır. Daily Talk qəzetinin oxunması pulsuzdur, amma redaktor mütəmadi olaraq nağd və ya mobil danışıq kartarı formasında ianələr alır. Qəzetin yanında rəy və təkliflər üçün qutu qoyulmuşdur.
Geronimo's Cadillac (Modern Talking)
Geronimo's Cadillac (azərb. Ceronimo təəssüf edir‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
In 100 Years (Modern Talking)
In 100 Years... (azərb. 100 ildə‎)– Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
In The Garden Of Venus (Modern Talking albomu)
In The Garden Of Venus (azərb. Venera bağında‎) - 1987-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.Bu albom qrupun 6-cı çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
Jet Airliner (Modern Talking)
Jet Airliner (azərb. Qırıcı təyyarə‎) – Modern Talking qrupunun beşinci albomu Romantic Warriors albomunun ilk sinqlıdır.
Juliet (Modern Talking)
Juliet (azərb. Culyet‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Last Exit To Brooklyn (Modern Talking)
Last Exit To Brooklyn (azərb. Sonuncu dəfə Bruklinə daxil olmaq‎) — Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Locomotion Tango (Modern Talking)
Locomotion Tango (azərb. Lokomotiv Tanqo‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinql. Bu mahnı Danimarka hit-paradında populyar idi.
Lonely Tears In Chinatown (Modern Talking)
Lonely Tears In Chinatown (azərb. Kiçik Çin şəhərində göz yaşları‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Mixail Talkovski
Mixail Aleksandroviç Talkovski (d. 22 mart 1885 — ö. 1924, Bakı, Sovet İttifaqı) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin Libka tatarı əsilli hərbi qulluqçusu, sərhəd qüvvələrinin rotmistri. 1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Maliyyə Nazirliyinin Sərhəd Mühafizə İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. 1885-ci ilin 22 martında müsəlman Litva tatarı olan zadəgan ailəsində dünyaya gəlmişdir. 1902-ci ildə ilk kadek korpusu məktəbini bitirmişdir. 22 aprel 1905-ci ildə II dərəcəli Pavlovski Hərbi Məktəbini bitirmiş, podporuçik rütbəsini alaraq 262-ci Salyan Piyada Alayında xidmət etməyə başlamışdır. 1909-cu ilin 19 avqustunda kornet rütbəsi almış və XVI Sandomierz Sərhəd Briqdasında xidmət etməyə başlamışdır. 1912-ci ildə bu briqadanın I bölməsinin Budzi bölməsinin komandanı olmuşdur. Həmçinin, eyni ildə ştabs-rotmistr rütbəsinə yüksəlməyi bacarmışdır.
Modern Talking
Modern Talking (azərb. Müasir Danışıq‎) – Tomas Anders və Diter Bolendən ibarət disko üslubunda rəqs mahnıları ifa etmiş alman musiqi dueti. Alman pop-musiqi tarixində ən uğurlu duetlərdən biri hesab olunur. 1980-ci illərin sonlarında Modern Talking Avropanın ən məşhur qrupları sırasında dururdu. Duet iki musiqiçi: Diter Bolen (7 fevral 1954, Oldenburq) və Tomas Andersdən (əsl adı Bernd Vaydunq, 1 mart 1963, Münstermayfeld) təşkil olunur. Bu musiqiçilərin görüşməsinə əsas səbəkar "Hansa" Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüser Diter Bolen özünün " Was macht das schon" adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır. 1983–1984-cü illərdə musiqiçilər ən uğurlusu "Wovon traumst du denn" olmaqla alman dilində 5 sinql buraxırlar. Lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun "Catch me İ`m falling" hit mahnısının kaver-versiyasını işləyirlər.
Ready For The Victory (Modern Talking)
Ready For The Victory (azərb. Qələbə üçün hazır‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Ready for Romance (Modern Talking albomu)
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Romantic Warriors (Modern Talking albomu)
Romantic Warriors (azərb. Romantizm uğrunda müharibə‎) – Modern Talking qrupunun 5-ci albomudur. Bu albomun yalnız Jet Airliner (azərb. qırıcı təyyarə‎) sinqlı mövcuddur. Albom 1987-cı ildə çıxarılmışdır.
Sexy, Sexy Lover (Modern Talking)
Sexy, Sexy Lover (azərb. Seksi, Seksi Məhəbbət‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Sexy Sexy Lover (Modern Talking)
Sexy, Sexy Lover (azərb. Seksi, Seksi Məhəbbət‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Space Mix '98 (Modern Talking)
Space Mix '98 - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.

Digər lüğətlərdə