Talon

1) nəyinsə əldə edilməsi hüququnu təsdiq edən nəzarət sənədi növü; 2) çek, order dəftərçəsinin kökündə qalan surəti: sənədin dublikatı; 3) qiymətli kağızların (akkreditivin, aksiyaların və s.-nin) əsas hissəsi, bir şeyi almaq hüququ verən kiçik vərəqə şəklində sənəd.
Talant
Tarif
OBASTAN VİKİ
Jan Talon
Jan Talon (8 yanvar 1626 – 23 noyabr 1694) — Yeni Fransanın birinci intendantı. Talon 2 dəfə Kral XIV Lyudovik və onun naziri Jan Batist Kolbert tərəfindən Kanada, Akadiya və Nyufaundlendə ədalətin, ictimai asayişin, maliyyənin intendantı kimi xidmət etmək üçün təyin edilmişdir: 1665–1668 və 1670 −1672. Talon kaloniyanın iqtisadi əsasını kürk ticarətindən kənd təsərrüfatına dəyişdirməyə çalışdı, lakin daha çox əhali olmadan buna nail olmaq mümkün deyildi. Talon Yeni Fransaya 800-dən çox kralın qızları (filles du roi) kimi tanınan mühacirlər də daxil olmaqla mühacirlərin gəlməsini təşkil etdi. Onlar burada evlənmək üçün gələn gənc yetim qızlar idilər. Talon evlilik təqaüdləri və körpə mükafatları sayəsində əhalinin artımını canlandırdı. Evlənəndə və yenidən uşaq sahibi olanda cütlüklərə maliyyə kompensasiyası verilirdi. O pivə hazırlamaq üçün kətan və mayaotu kimi yeni məhsullar təqdim edərək, gəmiqayırma zavodu və odun sənayesi başladaraq, dağ-mədən sənayesini ruhlandıraraq Yeni Fransanın iqtisadiyyatını fərqliləşdirməyə çalışdı. Talon Kanadanın Kvebek şəhərində 1668-ci ildə "La Brasseries due Roy" adında ilk pivə zavodunu açdı. Talon həmçinin əhalini, kənd təsərrüfatı istehsalını və çiçəklənən koloniyanın özəl sektorunun artırmaq üzərində işləyirdi.
Patris Talon
Patris Giyom Atanas Talon (fr. Patrice Guillaume Athanase Talon; 1 may 1958, Vida[d]) — Benin siyasətçisi və iş adamı, 6 aprel 2016-cı ildən Benin Prezidenti. Talon fon kökənlidir və Vidada anadan olmuşdur. Onun kökəni kölə tacirlərindən gəlir. Atası Vidadan, anası Abomeydəki Qedeqbe ailəsindəndir. Seneqalın Dakar Universitetində bakalavr dərəcəsini bitirdikdən sonra Parisdəki Mülki aviasiya milli məktəbinə daxil olmaq istəmişdir. Pilot olmaq arzusunda olan Talon tibbi müayinədən keçə bilmədi və bu arzusu yerinə yetmədi. 1983-cü ildə Talon qablaşdırma və kənd təsərrüfatı təchizatı ticarətinə başladı. 1985-ci ildə Beninə qayıtdı və pambıqçılara kənd təsərrüfatı məhsulları təmin edən Qitələrarası Paylama Şirkətini qurdu. 1990-cı ildə Dünya Bankının Qərbi Afrika iqtisadiyyatını liberallaşdırmaq üçün verdiyi tövsiyələrdən sonra Benin pambıq istehsalı zəncirindən çəkilməyə çağrıldı.
Northrop T-38 Talon
Northrop T-38 Talon, ABŞ-nin Northrop Corporation şirkəti tərəfindən istehsal edilmiş olan reaktiv mühərrikli təlim təyyarəsidir. İlk uçuşunu 10 mart 1959-cu ildə etmişdir. 1961-ci ildə xidmətə qəbul edilmiş və hal-hazırda da aktiv şəkildə istifadə olunur. 1961–1972-ci illər arasında 1187 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 756.000 ABŞ dolları təşkil edir. 1961-ci ildən 1972-ci ilə qədər istehsal olunan T-38 təlim təyyarələri 21-ci əsrin texnologiyası ilə ayaqlaşmaq üçün bəzi modernizasiya edilirlər. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 68 ədəd T-38 ARI programı əsasında TUSAŞ tərəfindən modernizasiya ediləcəkdir. T-38A “Talon”, iki mühərrikli yüksək hündürlüklü bir səsdən iti sürət ilə uçan təlim təyyarəsidir. T-38 qanadlarının ön tərəfi geriyə doğru əyilmiş vəziyyətdədir və gövdəsi aerodinamik quruluşa malikdir. Bu təyyarədə müəllim pilot və tələbə pilot ardıcıl olaraq bir-birinin arxasında katapult ilə təchiz edilmiş olan oturacaqlarda oturaraq kondisionerli bir pilot kabinəsində işləyirlər.
Talon of the Hawk
Talon of the Hawk — Nyu-Cersidən olan rok qrupu The Front Bottoms(en)-un ikinci studiya albomu. 21 may 2013-cü ildə Bar/None tərəfindən buraxılıb. Bütün mahnılar The Front Bottoms tərəfindən yazılmış və bəstələnmişdir.

Digər lüğətlərdə