tam sürətlə

at full speed на полном газу / полным ходом (на предельной скорости)
tam süküt
tam sürətlə getmək
OBASTAN VİKİ
Tam məxfi
Tam məxfi (serial, 2004)
Tam ədəd
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tam ədədlər
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tam məşğulluq
Tam məşğulluq (ing. full employment) — friksion və struktur işsizliyin olduğu, lakin dövri işsizliyin olmadığı, iqtisadiyyatın əmtəə və xidmətlərin istehsalı üçün bütün mövcud və münasib resurslardan istifadə etdiyi məşğulluq səviyyəsi; real xalis milli məhsulun (XMM) potensial XMM-a bərabər olduğu vəziyyət. == Tərifi == Tam məşğulluq (makroiqtisadiyyat nöqteyi-nəzərindən) — ölkənin bütün iqtisadi resurslarının və ilk növbədə işçi qüvvəsinin tam istifadə olunduğu bir vəziyyətdir. Keynsdən bəri hökumətlər ümumiyyətlə tam məşğulluğu öz iqtisadi siyasətlərinin son məqsədi kimi görürlər. Belə bir vəziyyətin real həyatda, hətta əmək bazarında tələbin təklifdən əhəmiyyətli dərəcədə artıq olduğu şəraitdə də yarana biləcəyi ehtimalı kifayət qədər aşağıdır. Tam məşğulluq işsizliyin virtual yoxluğunu nəzərdə tutur. Tam məşğulluq şəraitində və bütün iqtisadi resurslardan tam istifadə edildikdə, eləcə də milli iqtisadiyyata təsir edən bütün mənfi amillər olmadıqda faktiki ÜDM potensial ÜDM-ə bərabər ola bilər.
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tam cəbri ifadələr
Ədəd və dəyişənlərin vasitəsilə toplama, çıxma, vurma, bölmə əməllərinin iştirakı ilə düzəlmiş ifadələrə cəbri ifadələr deyilir. Əgər cəbri ifadədə dəyişənə bölmə yoxdursa, ifadə tam ifadədir. Tam ifadə həm birhədli, həm də çoxhədli ola bilər. Əgər cəbri ifadədə dəyişənə bölmə varsa, ifadə kəsr – rasional ifadə adlanır. Birhədli – ədəd, dəyişən və ədədlə dəyişənlərin hasilindən (hasildə dəyişənlərin natural üstlü qüvvətləri, sıfırda daxil olmaqla, nəzərdə tutulur) ibarət ifadədir. Ümumi şəkildə k ⋅ x m ⋅ y n ⋅ z p {\displaystyle k\cdot x^{m}\cdot y^{n}\cdot z^{p}} standart şəklə gətirilmiş birhədlidirsə, k {\displaystyle k} – əmsal adlanır və k ∈ R , ( m + n + p ) {\displaystyle k\in R,(m+n+p)} – cəminə isə birhədlinin qüvvəti (dərəcəsi) deyilir və m , n , p ∈ N = {\displaystyle m,n,p\in N=} {0;1;2;3;4;5;6;7;8;9}. Çoxhədli – birhədlilərin cəbri cəminə deyilir. Çoxhədlinin dərəcəsi ondakı ən yüksək dərəcəli birhədlinin dərəcəsinə bərabərdir. Bir dərəcəli bir dəyişənli çoxhədlini P 1 ( x ) = a x + b {\displaystyle P_{1}(x)=ax+b} , iki dərəcəli bir dəyişənli çoxhədlini P 2 ( x ) = a x 2 + b x + c {\displaystyle P_{2}(x)=ax^{2}+bx+c} kimi yazırıq. Burada a , b , c {\displaystyle a,b,c} bu çoxhədlinin əmsallarıdır və c {\displaystyle c} - yə həm də sərbəst hədd deyilir.
Tam iqtisadi inteqrasiya
Tam İqtisadi İnteqrasiya (Tİİ) — iqtisadi inteqrasiyanın son mərhələsidir. Bu mərhələdən sonra üzvlər iqtisadi siyasəti tək başına müəyyən edə bilmir və ya çox cüzi miqyasda həyata keçirirlər. Tam iqtisadi inteqrasiya çoxmillətli təşkilatdan daha çox vahid dövlətə bənzəyir. Onun daxilində vahid iqtisadiyyat formalaşır. Bunun ən yaxşı nümunəsi ilk 13 koloniyanı özündə birləşdirən Amerika Birləşmiş Ştatlarıdır. ABŞ daxilindəki ştatlara yüksək inteqrasiya etmiş yarımuxtar dövlətlər kimi baxmaq olar. Bu misaldan görünür ki, iqtisadi inteqrasiyanın son nəticəsi federal səviyyədə idarə edilən siyasi ittifaqdır.
Tam məxfi (albom)
Tam məxfi / Совершенно секретно – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin beşinci studiya albomu. Albom 14 fevral, 2004-cü il tarixində işıq üzü görmüşdür. Tərkibində 21 mahnı olan alboma Ələkbər Tağıyev, Xanım İsmayılqızı, Novruz Aslan, Fikrət Əmirov, Vüqar Camalzadə, Rəşad Haşımov, Eldar Mansurov, Natiq Qəzənfəroğlu, Andrey Babayev, Gövhər Həsənzadə, Polad Bülbüloğlunun bəstələri daxildir. Aranjimanların müəllifi Rafiq Hacıyev, Yaşar Baxış, Vüqar Camalzadə, Azər Cəfərov, Siyavuş Kərimi, Rəşad Haşımov, Rüstəm Rzayev və Aytən İsmixanovadır. Azərbaycan və rus dilində ifa olunan mahnılar müvafiq olaraq Tam məxfi və Совершенно секретно adlı disklərdə yer alır.
Tam rəqabət bazarı
Təkmil rəqabət (ing. perfect competition) — iqtisadi nəzəriyyədə eynicinsli məhsul istehsal edən və qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik çoxlu sayıda satıcı və alıcının olduğu bazar. Təkmil rəqabət bazarındakı məhsullar tam əvəzedicidir. Başqa sözlə satıcıların təklif etdiyi məhsullar və xidmətlər istər keyfiyyət, istərsə xarakter baxımından bir-birindən fəqlənmir. Buna misal kimi 50 satıcı tərəfindən eyni çaydan əldə edilib satılan suyu göstərmək olar. Bu bazarda heç bir satıcı istehsalı artıraraq və ya azaldaraq qiymətlərə təsir etmək imkanına malik deyil. Həmçinin heç bir alıcı da məhsul tədarükünü azaldıb qiymətlərin aşağı enməsinə səbəb ola bilmir. Məsələn, su satışı ilə məşğul olan 50 satıcının hər biri bazarda cəmi 2%-lik paya malikdir. Bu səbəbdən qiymətə təsir gücləri demək olar ki, yoxdur. Yuxarıdakı xüsusiyyət birbaşa bununla bağlıdır.
Tam ögey qohumluq
Tam ögey qohumluq — əvvəlki ailədən uşaqları olan valideynlərin ailə qurduqdan sonra uşaqlarının bir-biri ilə qohumluq münasibətləri. Tam ögey bacı-qardaşlar bir ailədə böyüsələr də, bir-birləri ilə bioloji qohumluqları yoxdur . Bir atadan ya anadan olan olan uşaqlar sadəcə ögey qardaş-bacı sayılırlar.
Tam ədədlər (kompüter)
Tam, tam ədəd (ing. integer ~ ru. целый, целочисленный ~ tr. tam sayı) – “bütöv ədəd”, məsələn, 350 və ya 764. Proqramlaşdırma dillərində tam ədədlərdən sayma və ya nömrələmə məqsədilə, məsələn, ildəki günlərin sayı (1–365), yaxud gündəki saatların sayı (0–23), verilən tipi kimi geniş istifadə edilir. Məsələn, C dilində dəyişənin adından öndə duran “int” açıqlayıcısı (deskriptoru) həmin dəyişənin tipinin tam olduğunu göstərir. Tam ədədlər istər müsbət, istərsə də mənfi ola bilər, tutduqları baytların sayından asılı olaraq uzun (long) və ya qısa (short) kimi açıqlana bilər. Qısa tam ədədlər (məsələn, –2147483648-dən 2147483647-dək) daha kiçik diapazonu əhatə edir. Tam ədədlərlə aparılan hesablamalar həmişə sürətlə yerinə yetirilir, çünki onları göstərmək üçün daha az sayda bit istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tam ətraflı axtarış
Tam ətraflı axtarış – 1. Verilənlər bazasının hər bir yazısında, yaxud axtarış ağacının bütün bəndləri üzrə axtarış. 2. Bütün variantları araşdırmaqla məsələnin həlli. Tam ətraflı axtarış alqoritmlərinin tətbiqinə variantların sayının kombinator partlayışı (COMBINATORIAL EXPLOSION) mane olur. Məsələn, şahmat lövhəsində mümkün vəziyyətlərin sayı 10 üstü 120 olur, yəni onların tam ətraflı axtarışı praktik olaraq mümkün deyil.
Tam dərəbəylik (film, 2012)
Tam dərəbəylik — Takeşi Kitano filmi.
Tam məxfi (film, 2004)
"Tam məxfi" serialı 2004-cü ildə Planet Parni iz Baku studiyası tərəfindən çəkilmişdir. Serialda məşhur KVN-çilər Tahir İmanov, Cabir İmanov, Elçin Həmidov, 2000 ilin KVN çempionları Azər Axundov, Böyükağa Əliyev, Atilay Mirzoyev, yumoristlər Rafael İsgəndərov, Coşqun Rəhimov, müğənni Aygün Kazımova, Elariz Məmmədoğlu, Cavan Zeynallı, Eyyub Yaqubov, İradə İbrahimova və s. iştirak etmişlər. Maddi vəziyyətləri fərqli olan iki gəncin saf məhəbbəti haqqındadır. Filmdə həmçinin, Bakıda özlərini kübar sayaraq yalnız rus dilində danışan və əksinə rusdilli olmasına baxmayaraq bacarmasa da azərbaycanca danışmağa səy göstərənlər əks etdirilir. Serial 21 seriadan ibarətdir. İlk plana görə 79 seriya olmalı idi. Lakin "Məhəllə 2: Moskvada" filminin çəkilişləri üçün Planet Parni iz Baku serialı 21 ci seriada qurtarmaq qərarına gəldilər. Filmin ilk 16 seriyasındaki hadisələr, yavaş-yavaş, tələsmədən baş verir. Lakin artıq 17-ci seriyada böyük bir sıçrayışla hadisələr bir neçə ay sonraya ötürülür.
Tam məxfi (serial, 2004)
"Tam məxfi" serialı 2004-cü ildə Planet Parni iz Baku studiyası tərəfindən çəkilmişdir. Serialda məşhur KVN-çilər Tahir İmanov, Cabir İmanov, Elçin Həmidov, 2000 ilin KVN çempionları Azər Axundov, Böyükağa Əliyev, Atilay Mirzoyev, yumoristlər Rafael İsgəndərov, Coşqun Rəhimov, müğənni Aygün Kazımova, Elariz Məmmədoğlu, Cavan Zeynallı, Eyyub Yaqubov, İradə İbrahimova və s. iştirak etmişlər. Maddi vəziyyətləri fərqli olan iki gəncin saf məhəbbəti haqqındadır. Filmdə həmçinin, Bakıda özlərini kübar sayaraq yalnız rus dilində danışan və əksinə rusdilli olmasına baxmayaraq bacarmasa da azərbaycanca danışmağa səy göstərənlər əks etdirilir. Serial 21 seriadan ibarətdir. İlk plana görə 79 seriya olmalı idi. Lakin "Məhəllə 2: Moskvada" filminin çəkilişləri üçün Planet Parni iz Baku serialı 21 ci seriada qurtarmaq qərarına gəldilər. Filmin ilk 16 seriyasındaki hadisələr, yavaş-yavaş, tələsmədən baş verir. Lakin artıq 17-ci seriyada böyük bir sıçrayışla hadisələr bir neçə ay sonraya ötürülür.
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası (ing. On-Line Encyclopedia of Integer Sequences, OEIS) — tam saylı ardıcıllıqları özündə saxlayan internet-ensiklopediyadır. Müəllif və başqa hüquqları — Sloan Neyliyə aiddir. 2012-ci ilin yanvar ayında 200 mindən çox ardıcıllığı özündə saxlayırdı.
İşığın tam daxili qayıtması
İşığın tam daxili qayıtması — işıq optik sıx mühitdən optik seyrək mühitə keçdikdə düşmə bucağının müəyyən αlim<90° qiymətində sınma bucağını β≥90° olması və tamamilə düşdüyü mühitə qayıtması hadisəsidir. Limit bucağı sınma bucağının 90°-nə uyğun gələn düşmə bucağına deyilir. İşığın sınma qanunu — düşmə bucağı sinusunun sınma bucağı sinusuna nisbəti ikinci mühitin birinci mühitə nisbətən sındırma əmsalına bərabərdir: sinα/sinβ=n2/n1. Onda sinαlim/sin90°=1/n1. Yəni, bu üsulla mühitin havaya(təqribən vakuuma)nisbətən sındırma əmsalını hesablamaq olar. Mütləq sındırma əmsalı — vakuuma nisbətən sındırma əmsalıdır və işıq sürətinin mühitdə vakuuma nisbətən neçə dəfə azaldığını göstərir: n=c/v. Sındırma əmsalının (n) vahidi yoxdur. Optik sıx mühit — sındırma əmsalı böyük olan mühitdir. Məsələn, işıq sudan havaya, şüşədən havaya keçdikdə tam daxili qayıtma baş verir. Nisbi sındırma əmsalı mütləq sındırma əmsallarının nisbətinə bərabərdir və sındırma əmsalı böyük olan mühitdə işığın sürəti kiçikdir.
Əkinçi 1875-1877 (tam mətn)
Kükü kənd tam orta məktəbi
Tam çevrilmə ilə inkişaf edən cücülər
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Bakı şəhəri 6 nömrəli tam orta məktəb
6 nömrəli məktəb-lisey — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Nailiyyətləri == 2008 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi. 2013— "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi 2018— "Təhsildə inkişaf və innovasiyalar üzrə" II qrant müsabiqəsinin qalibi 2019 — "Təhsildə inkişaf və innovasiyalar üzrə" III qrant müsabiqəsinin qalibi == Məzunları == == Şəhid məzunları == Eldar Abdulla oğlu Tağızadə — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Lənkəran şəhər 1 nömrəli tam orta məktəb
Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb - Lənkəran şəhərində ümumi təhsil müəssisəsi == Tarix == === Rus Çarlığı dönəmi (1856-1918) === 1827-ci ilin oktyabr ayında xalq maarifi nazirliyinə müraciət edilərək Zaqafqaziyada qəza məktəblərinin açılması xahiş olunur və Peterburqda bu xahişin yerinə yetirilməsinə razılıq da verilir. Lakin həmin illərdə Lənkəranda məktəb açmaq üçün əlverişli bir bina tapılmır. 1850-ci ildə Nuxa (Şəki) və Salyanla yanaşı Lənkəranda da “Müsəlman məktəbi” açıldı. Lənkəran məktəbinin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə Məmmədəli Səfiyevin xüsusi xidməti olmuşdur. Onlar məktəb üçün mebel əldə etmiş, Səfiyev həm də rus dilini pulsuz tədris etməyi öhdəsinə götürmüşdü. 1853-cü ildə qəbul edilmiş yeni məktəb nizamnaməsinə əsasən Quba, Ordubad (1854) və Lənkəranda (1856) birsinifli ibtidai, Şamaxıda isə ali dördsinifli məktəb (1854) açıldı. 1856-cı il sentyabrın 21-də ibtidai məktəbin fəaliyyətə başlaması ilə Lənkəranda ümumi təhsil verən ilk dövlət məktəbinin əsası qoyuldu. Məktəbin ilk direktoru Çeripov olmuşdur. 1870-ci ildə Lənkəran birsinifli ibtidai məktəbi ikisinifli ibtidai məktəbə çevrildi. Məktəbin XIX əsrin sonlarında yeri dəyişsədə 1907-ci ildə Mirzə İsmayıl Qasirin Lənkəranda açdığı Üsuli-Cədid məktəbi ilə indiki Lənkəran şəhər 1 nömrəli məktəb əvvəlki yerlərinə köçmüş, beləliklə məktəbdə azərbaycandilli və Rus dilli şöbələr fəaliyyət göstərmişdir.
Nəsimi rayon 5 saylı tam orta məktəb
Bakı şəhəri Nəsimi rayon Samir Hacıyev adına 5 saylı tam orta məktəb — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ümumi təhsil müəssisəsi. == Haqqında == Bakı şəhəri 5 nömrəli orta məktəbin əsası 1 sentyabr 1970-ci ildə qoyulmuşdur. 25 sentyabr 1994-cü il Xalq Deputatları Sovetinin Rəyasət Heyyəti tərəfindən verilmiş qərara əsasən, şəhid Samir Hacıyevin adı Bakı şəhəri 5 nömrəli tam orta məktəbə verilib. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması tələbinə uyğun olaraq, Bakı şəhəri 5 və 292 nömrəli tam orta məktəbləri birləşdirilməklə yenidən təşkil edilmiş və onlar müvafiq olaraq 5 nömrəli tam orta məktəb adlandırılmışdır. Məktəbin məzunu olmuş Birinci Qarabağ müharibəsi şəhidi Samir Hacıyevin adını daşıyan, bütün avadanlıqlarla təchiz olunmuş bu məktəbdə 2022-2023-cü tədris ilində 2102 şagird təhsil alır və onların təhsili ilə 135 müəllim məşğul olur. Məktəb “Məktəbin innovasiya fəaliyyəti təhsilin keyfiyyətinin əsas şərtidir! “ devizi altında ibtidai (1-4 siniflər), ümumi-orta (5-9 siniflər) və tam orta ( 10-11 siniflər) təhsil səviyyələrini əhatə etməklə 1 növbəli, 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi şagirdlərə ingilis və rus dilləri və 2-ci sinifdən başlayaraq şahmat fənni tədris olunur. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Pedoqoji kollektivin 99% ali təhsilli müəllimlərdən ibarət olub, onlar içərisində “Əməkdar müəllim”, “Elmlər namizədi”, “Fəlsəfə doktoru”,”Tərəqqi medalı”na layiq görülmüş, “Qabaqcıl təhsil işçisi”ləri, “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibləri yer tutur.
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi — Qaravəlli kəndində orta məktəb. Yeni məktəb binası şagirdlərin istifadəsindədir, məktəb kompyuret ilə təmin olunub.