teleqram

is. télégramme m ; bir kəsi ~la çağırmaq faire venir qn par télégramme ; bir kəsə ~ göndərmək envoyer un télégramme à qn

teleqrafxana
telemexanika
OBASTAN VİKİ
Teleqram
Teleqram (yun. τηλέ — uzaq, γραμμα — yazı) — teleqraf vasitəsilə ötürülən məlumat. 21 oktyabr 1832-ci ildə dünyada ilk teleqram Pavel Lvoviç Şillinqin (Baron Pavel L'vovitch Schilling) Sankt-Peterburqdakı mənzilində yerləşdirilmiş elektromaqnit teleqraf aparatından göndərilmişdir. Bu teleqramın mətni on sözdən ibarət idi. 6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: “A patient waiter is no loser” (“Səbr edən heç vaxt uduzmur”). Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitə- silə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi. Bu işarələrin müxtəlif say və ardıcıllığı müəyyən hərf bildirirdi. Morzenin quraşdırdığı 60 kilometrlik teleqram xətti ilk dəfə prezident seçkilərinə dair məlumatların verilməsində istifadə olunmuşdur.
Azərbaycanın İstiqlaliyyəti haqqında teleqram
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az.-əski. ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az.-əski. ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir. == Tarixi == 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar.
Zimmermanın teleqramı
Zimmermanın teleqramı — 1917-ci ilin yanvarında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən göndərilən və ABŞ Almaniyaya qarşı Birinci Dünya müharibəsinə girdiyi təqdirdə Almaniya imperiyası ilə Meksika arasında hərbi ittifaq təklif edən gizli diplomatik teleqram. Almaniyanın köməyi ilə Meksika Texas, Arizona və Nyu-Meksiko ştatlarını ələ keçirəcəkdi. Teleqram Britaniya kəşfiyyatı tərəfindən ələ keçirilib. Məzmunun üzə çıxması amerikalıları xüsusən Almaniyanın Xarici İşlər üzrə Dövlət katibi Artur Zimmerman martın 3-də teleqramın həqiqi olduğunu açıq şəkildə etiraf etdikdən sonra qəzəbləndirdi. Bu, 1917-ci ilin aprelində ABŞ-nin Almaniyaya müharibə elan etməsinə dəstək yaratmağa kömək etdi. Şifrənin açılması Birinci Dünya müharibəsi zamanı Britaniya üçün ən əhəmiyyətli kəşfiyyat zəfəri kimi təsvir edilmişdir və bu elektron kəşfiyyatın dünyaya təsir göstərdiyi ən erkən hadisələrdən biri kimi qeyd olunub. Mesaj 1917-ci il yanvarın 17-də Almaniya imperiyasının Xarici İşlər Nazirliyinin dövlət katibi Artur Zimmermann tərəfindən göndərilmiş şifrəli teleqram şəklində gəlmişdi. Mesaj Almaniyanın Meksikadakı səfiri Henrix von Ekkardta göndərilirdi. Zimmerman bu teleqramı Almaniyanın fevralın 1-də sərhədsiz sualtı müharibəsinin bərpası ərəfəsində göndərdi, Almaniya hökuməti bunun ABŞ ilə müharibəyə səbəb olacağını güman edirdi. Teleqramda Ekkarda göstəriş verilirdi ki, əgər ABŞ müharibəyə girəcəyinə əmin olsa, o, Almaniyadan maliyyələşəcək hərbi ittifaq təklifi ilə Meksika hökumətinə müraciət etməlidir.

Digər lüğətlərdə