teleskop-reflektor

teleskop-reflektor
teleskop
teleskopik
OBASTAN VİKİ
Reflektor (teleskop)
Reflektor (lat. reflect - əks etdirmək) optik teleskopların bir növüdür. Onun obyektivi çökük güzgü və ya güzgülər sistemindən ibarətdir. Reflektorun iş prinsipi işığın əks olunmasına əsaslanır. Reflektor XVII əsrdə refraktora bir alternativ olaraq yaradılmışdır, o zaman o xromatik aberrasiyaya məruz qalan bir sistem idi. Reflektorun digər optik aberrasiyalar meydana gətirməsinə baxmayaraq, çox geniş diametrli obyektivlər üçün istifadə olunur. Demək olar ki, astronomik müşahidələrdə istifadə olunan bütün böyük teleskoplar reflektordur. Reflektorların bir çox növləri mövcuddur, bundan başqa görüntü keyfiyyətini yaxşılaşdırmaq və ya görüntünü mexaniki cəhətdən uyğun yerə salmaq məqsədilə əlavə optik elementlərdən istifadə oluna bilir. Reflektorlarda güzgüdən istifadə olunduğundan bu cür teleskoplar bəzən katoptrik də adlandırılır. Çökük güzgülərdən linza əvəzinə istifadə etmək fikri İbn əl-Haytəm -in XI əsrdə apardığı optika tədqiqatlarından sonra erkən müasir Avropada Latın tərcümələrində geniş büsət aldı.Refraktonun kəşfindən qısa bir müddət sonra Qaliley, Civanni Fransisko Sadeqo və başqaları çökük güzgülərin prinsipləri haqqında bilikləri genişləndirərək, obyektivi güzgü olan teleskopun yaradılması fikrinini ortaya çıxardılar.
Teleskop
Teleskop (q. yun. τῆλε [tele] "uzaq" + σκοπέω [skopeo] "baxmaq") — kosmik obyektlərin öyrənilməsində , həmçinin kainatdakı kosmik cisimlər arasındakı radioşüalanmanın müşahidəsində istifadə olunan optik cihaz. Artıq teleskop sözü geniş anlamda, elektromaqnit şüalarının böyük bir sahədə dalğa uzunluğunu təyin edə bilən cihazlara verilən ümumi ad kimi başa düşülür. Elektromaqnit dalğalarını (məsələn, gözlə görünən işıq olar bilər) toplayaraq uzaq obyektlərin müşahidəsinə kömək edən optik cihazdır. Teleskop müşahidə edilən və öyrənilən kosmik obyektlərin ölçüsünü böyüdərək insan gözünün onu görməsinə imkan yaradır. Müşahidə astronomiyanın açarıdırsa, teleskop da müşahidənin açarıdır. Sağlam insan gözü açıq səmada cəmi 6000 ətrafında ulduz gördüyü halda, müasir teleskoplar sayəsində milyardlarla ulduz görə bilir. Ona görə də teleskop əsas astronomiya cihazıdır. İnsanlar daim bir çox əşyaları adi gözlə gördüklərindən daha yaxşı görmək istəmişlər.
Balon teleskop
Balonla teleskop, sub-orbital astronomik teleskopdur. Bu teleskop Yer atmosferinin aşağı, sıx hissəsindən yuxarı qalxmağa imkan verən bir və ya daha çox stratosferik balonlardan asılır. Bu tip teleskoplar peyk teleskoplarına nisbətən çox az nüfuzetmə qabiliyyətinə malikdir, ancaq üstünlüyü daha az maliyə tələb etməsidir. Eyni zamanda atmosferin mane törətdiyi tezlik intervallarının müşahidəsinə imkan verir. Balon teleskopların çatışmayan cəhəti onun nisbətən aşağı hündürlüklərdə istifadə olunması və yalnız bir neçə gün uçuş müddətinə malik olmasıdır. Lakin onların maksimal hündürlüyü təxminən 50 kilometr ətrafında olub, 15 km-lik hündürlük limitinə malik olan Koyper Hava Rəsədxanasının və İnfraqırmızı Astronomiya üçün Stratosferik Rəsədxananın təyyarə əsaslı teleskopları kimi teleskopların hündürlük limitindən xeyli yüksəkdir Bir neçə balon teleskoplarda teleskopun zədələnməsinə və ya məhv olmasına səbəb olan qəzalar baş vermişdir. Balon teleskopdan zeniti gizlədir, lakin çox uzun süspansiya bunu 2°-ə qədər azalda bilər. Teleskop stratosfer küləklərinin induksiyasından, həmçinin balonun yavaş fırlanmasından və kəfgir hərəkətindən izolə olunmalıdır. Azimut sabitlik maqnitometr vasitəsilə saxlanıla bilər, plus bir giroskop və ya daha qısa müddətli düzəlişlər üçün ulduz izindən istifadə oluna bilər. Üç ölçülü-azimut, hündürlük və çarpaz axından ibarət montajlama boru hərəkəti üzərində ən yaxşı nəzarəti təmin edir.
Teleskop (bürc)
Şimal Tacı (lat. Telescopium) - göyün CƏNUB yarımkürəsində bürc.
Teleskop (dəqiqləşdirmə)
Teleskop — astronomik qurğu. Teleskop (bürc) — göyün CƏNUB yarımkürəsində bürc. Teleskop (qəzet) — 1999-cu ildə nəşr olunmuş qəzet.
2-metrlik teleskop
2-metrlik teleskop və ya Şamaxı Astrofizika Rəsədxanasının 2 m-lik teleskopu Teleskop Zeiss-2000 reflektoru “Carl Zeiss Jena” (Almaniya) firmasının istehsalıdır. 1964-cü ildə rəsədxanaya gətirilib və 1966-cı ildə istifadəyə verilmişdir. Coğrafi koordinatları: λ=48° 35' 50ʺE, φ=40° 46' 51ʺN. Teleskop dəniz səviyyəsindən 1435 m hündürlükdə qurulmuşdur. Kupolun və binanın xarici üst qatı temperatur izolyasiyası üçün alüminium lövhələrlə örtülmüşdür == 2-metrlik teleskop haqqında ümumi məlumat == Almaniyanın “Carl Zeiss JENA” firmasının istehsalıdır və 1966-cı ildə istifadəyə verilmişdir. Əsas güzgü parabolikdir, diametri 2080 mm, fokus məsafəsi 9000 mm-dir. 2-metrlik teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulmuşdur: • Baş fokus. İşıq qüvvəsi-1:4.5. Fokal səthdə miqyas 23″/mm. Cihazları: fotoqrafik müşahidələr üçün korrektor tədbiq etməklə faydalı sahəsi 21′x21′ olan baş fokus kasset qurğusu, zəif obyektlərin spektrlərinin alınması üçün istifadə olunan 2 difraksiya qəfəsi və 3 kamera ilə təchiz olunmuş baş fokus spektroqrafı; • Kasseqren fokusu. Ekvivalent fokus məsafəsi 29500 mm.