terabayt
terapaskal
OBASTAN VİKİ
Terakt
Terrorizm (lat. terror – qorxu, vahimə) və ya Tədhiş (ərəb. تدهيش‎ – dəhşətə salma, çaşdırma) — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması. Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirilə bilməz. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür. Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri qanunaziddir. Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Sözügedən təhlükə transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir. Müasir terrorizmin tarixi eramızın I əsrindən indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların keçirdiyi terror aktlarında başlayır.
Vyanada terakt (2020)
Vyanada terakt — 2 noyabr 2020-ci il tarixdə, Avstriyanın paytaxtı Vyana şəhərində altı fərqli yerdə çoxsaylı silahlı şəxslərin iştirakı ilə davam edən bir sıra terror hadisələri. Terakt nəticəsində terrorçulardan biri də daxil olmaqla bir neçə nəfər həlak olmuş, biri polis məmuru olmaqla bir neçə şəxsin yaralandığı bildirilmişdir. Bu, 2015-ci ilin noyabr ayında Paris şəhərinə edilən hücumlardan sonra Avropada ilk koordinasiyalı silahlı hücum idi. Hücumlar yerli vaxtla saat 20:00 radələrində, Avstriyanın paytaxtı Vyana şəhərindəki Şvedenplatsda silahlı bir adamın vətəndaşlara atəş açması ilə başladı. Terror hücumu bazar ertəsi günü Avstriyada yerli vaxtla gecə yarısından 06:00-a qədər komendant saatı daxil olmaqla yeni COVID-19 məhdudiyyətləri qüvvəyə mindiyi üçün ölkə daxilində karantin rejiminin gecə yarısı başlamasından bir neçə saat əvvəl gerçəkləşdi. Bu, hazırda Avropada COVID-19 infeksiyasının yayılmasına mane olmaq üçün tətbiq olunan bir neçə məhduriyyətdən biridir. Daha sonra bir neçə dəfə atəş açıldı. Qaçan digər terrorçular barədə məlumatlar qeyd olunur. Atışmada bir terrorçu da daxil olmaqla ən azı səkkiz nəfər öldü. Yerli "Kurier" qəzeti bir terrorçunun Vyananın mərkəzindəki yəhudi məhəlləsindəki kafe və barların kənarında oturan insanlara təsadüfi formada atəş etdiyini bildirir.
Zaxoda terakt (1995)
Zaxoda terakt — 27 fevral 1995-ci ildə, səhər saat 8:18-də İraqda, Kürdüstan regionunda, Dəhuk mühafəzəsində, Türkiyə sərhədindən 19 kilometr (12 mil) məsafədə yerləşən Zaxo şəhərində bombalı maşının partlaması. Bu, insidentdən doqquz ay əvvəl başlayan İraq Kürdüstanında vətəndaş müharibəsi zamanı baş vermişdir. Bomba 150 kiloqram (330 funt) çəkidə dinamitdən hazırlanmışdır. Avtomobil (taksi) çoxlu ziyarətçisi olan bazarda yerləşən çayxananın önündə partlamışdır. Terakt zamanı 100 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdır.
"Krokus Siti Holl"da terakt
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Moskva şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir. Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.
PKK təşkilatının həyata keçirdiyi teraktların siyahısı
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1978-1989)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1980-ci illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1990-1999)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1990-cı illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2000-2009)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2000-ci illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2010-2016)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2010-cu illər)