Terminal Access Control Access System (TACACS)

Məsafədən autentifikasiya protkolu – BBN Planer İnternet-provayder firması tərəfindən yaradılmış və Cisco Systems şirkəti tərəfindən istifadə edilmişdir. Hazırda IETF tərəfindən standart kimi qəbul edilmiş yeganə standartdır. Məsafədəki istifadəçinin adını və parolunu yoxlamağa imkan verir.
TEMPEST
Testbed
OBASTAN VİKİ
Media Access Control
Media Access Control (MAC) — şəbəkə qurğularının ötürmə mühitinə irişmə metodunu təsvir etmək üçün ümumi termin. Çox zaman lokal şəbəkələrə (LAN) aid işlədilir. Yeddi səviyyəli ISO/OSI modelində kanal səviyyəsinin aşağı altsəviyyəsinə aid edilir. Mühitə erişmə metodlarının, kadrların formatının, ünvanlamanın spesifik xüsusiyyətlərini göstərir. Rabitə kanalına çoxlu erişmələri dəstəkləyir, informasiya və idarəedici kadrların qəbulunu və verilişini həyata keçirir, ötürülmə xətalarını aşkarlayır. IEEE 802.3 standartında təyin olunub.
MAC (Media Access Control)
Media Access Control (MAC) — şəbəkə qurğularının ötürmə mühitinə irişmə metodunu təsvir etmək üçün ümumi termin. Çox zaman lokal şəbəkələrə (LAN) aid işlədilir. Yeddi səviyyəli ISO/OSI modelində kanal səviyyəsinin aşağı altsəviyyəsinə aid edilir. Mühitə erişmə metodlarının, kadrların formatının, ünvanlamanın spesifik xüsusiyyətlərini göstərir. Rabitə kanalına çoxlu erişmələri dəstəkləyir, informasiya və idarəedici kadrların qəbulunu və verilişini həyata keçirir, ötürülmə xətalarını aşkarlayır. IEEE 802.3 standartında təyin olunub.
Microsoft Access
Microsoft Access — verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir. Bu proqram relyasiya verilənlər bazası (VB) ilə işləyir. Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur. Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access. Proqramla bərabər eyni adlı pəncərə açılır. Üç rejimdən biri seçilir: Blank Database (Новая база данных) – yeni boş bazanın təşkili.
Hybrid Access Networks
Hibrid Giriş Şəbəkələri, lent genişliyini yaxşılaşdırmaq üçün iki fərqli şəbəkə texnologiyasının birləşdirildiyi genişzolaqlı giriş şəbəkələri üçün xüsusi bir arxitekturaya malikdir. Bu cür Hibrid Giriş Şəbəkələri üçün ən geniş yayılmış motiv bir xDSL şəbəkəsini LTE kimi simsiz şəbəkə ilə əlaqələndirməkdir. Texnologiya ümumi və DOCSIS, WiMAX, 5G və ya peyk şəbəkələri kimi müxtəlif növ giriş şəbəkələrini birləşdirmək üçün tətbiq oluna bilər. Genişzolaqlı Forum bu cür şəbəkələrin yerləşdirilməsi üçün xüsusi bir quruluş təyin etmişdir. Bu cür hibrid giriş şəbəkələri üçün əsas məqsədlərindən biri, küçə kabineti ilə ev arasında uzun məsafələri qət edə bilməyən G.Fast və ya VDSL2 kimi daha sürətli xDSL texnologiyalarının tətbiq olunmasının həmişə sərfəli olmadığı kənd yerlərində daha sürətli internet xidmətləri təmin etməkdir. Avropada, xüsusən də bəzi hökumətlər, şəbəkə operatorlarında 2020-ci ilədək bütün sakinləri minimum 30 Mbps sürətlə İnternet xidmətləri ilə təchiz etməyi tələb edirlər. İkinci istifadə məqsədi, həm xDSL şəbəkəsinin, həm də simsiz şəbəkənin eyni zamanda uğursuz olacağı ehtimalını nəzərə alaraq, giriş bağlantısının etibarlılığını təmin etməkdir. Üçüncü məqsəd isə sürətli xidmət dönüşü adlanır. Müştəri dərhal hibrid şəbəkə girişini qura bilər və şəbəkə operatoru simli hissəni quraşdırarkən simsiz ayağını istifadə edə bilər. Hibrid Giriş Şəbəkələri yaratmaq üçün Geniş Zolaqlı Forum tərəfindən bəzi üsullar müəyyən edilmişdir.
Network Access Point
Network Access Point – İnternet xidməti provayderlərin, yaxud başqa şəbəkələrin İnternetə çıxışını təmin etmək üçün baş yola (BACKBONE) qoşulduğu yer. Daha aşağı səviyyəli şəbəkələr, adətən, POP nöqtələri vasitəsilə birləşdirilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Random Access Memories
Random Access Memories — fransız elektron musiqi dueti Daft Punkun 2013-cü ilin mayında buraxılmış dördüncü studiya albomu.
Integrated access device
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
TACACS+
TACACS+ – məsafədən autentifikasiya protokolu. Cisco Systems şirkəti tərəfindən əlavə təhlükəsizlik tədbirlərini, o cümlədən şəbəkə komunikasiyalarının mühafizəsini (parolların ələ keçirilməsinin qarşısının alınması), girişə nəzarətin təkmilləşdirilməsini və qeydiyyat aparılmasını dəstəkləyir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Terminal
Terminal (ing. terminal) — hansısa sistemi xarici aləmlə birləşdirən xəttin son hissəsi. Nəqliyyat şəbəkəsində - sərnişinlərin düşüb-minməsi və yükün doldurulub-boşaldılması məntəqəsi. Kompyüter terminalı — giriş-çıxış qurğusu, monitor və klaviatura. Mobil telefon şəbəkəsi — mobil telefon abonenti. Neft məhsullarının saxlanması üçün istifadə edilən neft terminalı. Terminal (film, 2004) — Stiven Spilberqin filmi. Terminal — Kompüterdə istifadə olunan əmr sətiri. Qrafik Terminal - (ing. graphics terminal, ru.
POS terminal
POS terminal (ing. Point Of Sale) – ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödə­nilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılma­sı, habelə nağd pul vəsaiti­nin alınması üçün nəzərdə tutulmuş avadanlıq. Kreditkart.info Arxivləşdirilib 2018-08-06 at the Wayback Machine https://www.taxes.gov.az/az/post/940 https://tedris.taxes.gov.az/assets/upload/files/5.POS-Terminal.pdf Vikianbarda POS terminal ilə əlaqəli mediafayllar var.
Podcast terminal
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir. Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin populyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir. Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir. Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt. Podkastçı (ing. podcaster) — peşəkar və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər. azərbaycanca podkastlərdən pulp radiyosuna işarə etmək olar ki dunya və azərbaycan adəbiyat və musiqi sahəsində səsli faylar tolid edirlər.
Podkast terminal
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir. Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin populyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir. Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir. Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt. Podkastçı (ing. podcaster) — peşəkar və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər. azərbaycanca podkastlərdən pulp radiyosuna işarə etmək olar ki dunya və azərbaycan adəbiyat və musiqi sahəsində səsli faylar tolid edirlər.
İntellektual terminal
İntellektual terminal (ing. intelligent terminal; rus. интеллектуальный терминал; türk. programlanır uçbirimi) – öz yaddaşı, prosessoru, proqramlaşdırılan avadanlıqları olan və əsas prosessordan asılı olmadan müəyyən funksiyaları yerinə yetirə bilən terminal. Fərdi kompüter terminal emulyasiyası vasitələrindən və ya kommunikasiya proqram təminatından istifadə etdikdə onu intellektual terminal hesab etmək olar. Ancaq, adətən, intellektual terminallar daxil edilən verilənləri yalnız ekrana və ya printerə yönəldə bilir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Windows Terminal
Windows Terminal — "Microsoft" tərəfindən "Windows 10" və daha sonrakı versiyalar üçün hazırlanmış, "Windows" Konsolunu əvəz edən çox vərəqəli terminal emulyatoru. "Windows Terminal" hər hansı bir komanda sətri proqramını ayrı bir vərəqədə (tabda) çalışdıra bilər. "cmd.exe", "PowerShell", WSL, SSH və "Azure Cloud Shell Connector"u çalışdırmaq üçün əvvəlcədən konfiqurasiya edilmişdir. "Windows Terminal" öz renderinq backendi ilə gəlir. "Windows 11"də 1.11 versiyasından başlayaraq, komanda sətri proqramları köhnə Windows Konsolu əvəzinə bu daha yeni backenddən istifadə edilərək çalışdırıla bilər. "Windows 11 22H2" və "Windows Terminal 1.15" versiyasından etibarən "Windows Terminal" defolt proqram olaraq "Windows" Konsolu əvəz edir. "Windows Terminal" 2019-cu ilin may ayında "Microsoft"un "Build 2019" proqramçı konfransında "Windows" Konsolu üçün müasir alternativ olaraq elan edildi və "Windows Terminal"ın mənbə kodu ilk dəfə 3 may 2019-cu ildə "GitHub"da paylaşıldı. İlk test versiyası 10 iyul 2019-cu ildə çıxan 0.2 idi. Layihənin ilk stabil versiyası (versiya 1.0) 19 may 2020-ci ildə buraxıldı və "Microsoft Windows" bu zaman "Terminal Preview" kimi stabil versiya ilə birlikdə quraşdırıla bilən test versiyalarını buraxmağa başladı. Terminal komanda sətrinin frontendidir.
Blue System
Blue System — 1987-ci ildə alman ifaçısı Diter Bolen tərəfindən qurulan Sinti pop qrupudur. == Yaranması == "Blue System" qrupu 1987-ci ildə Modern Talking qrupunun dağılmasından sonra Diter Bolen tərəfindən yaranmışdı. "Blue System" qrupu "Modern Talking" qrupunun uğurlarını təkrar edə bilməmişdi. "Blue System" qrupunun karyera boyu 13 albomu və 30 sinqlı təqdim edilmişdi. Bu qrupun adı ilə Diter Bolen 1989-cu ildə SSRİ-də konsert vermişdir. Konsertdəki görüntülərini "Love Me on the Rocks" mahnısında göstərilir. Mahnıda SSRİ-nin konsert zalındakı tamaşaçıları, onunla görüşmək istəyən pərəstişkarları və SSRİ ordusunun əsgərlərini görmək mümkündür. 1990-cı illərin əvvəlindən etibarən mahnı stilini təmamilə dəyişir. Bu isə fanatlar arasında qrupun populyarlığını aşağı salır. 1997-ci ildə Diter Bolen qərar verir ki, Modern Talking qrupunu yenidən səhnəyə gətirsin.
System V
System V-UNIX sisteminin AT&T və başqa şirkətlər tərəfindən təqdim olunan versiyası. Bir tərəfdən, System V, əsasən AT&T tərəfindən nəzarət olunan standartdır, başqa tərəfdən, bir çox şirkətlərin təklif etdiyi kommersiya məhsuludur. Ayrı-ayrı versiyalar nömrələnir, məsələn, System V.4 onu bildirir ki, o, 4 versiyasıdır. Sistem V-nin dörd əsas versiyası 1, 2, 3 və 4 saylı nömrələrə buraxılmışdır. System V Release 4 və ya SVR4 kommersiya cəhətdən ən uğurlu versiya idi və "Unix Sistem Birləşməsi" Əsas Unix təchizatçılarının əməkdaşlığını istədi. Bir neçə ümumi kommersiya Unix xüsusiyyətinin mənbəyi idi. Sistem V bəzən SysV-ə qısaldılır.2012-ci ildən etibarən Unix bazarı dörd V Variantları arasında bölünür: IBM AIX, Hewlett-Packard HP-UX, Oracle Solaris. [1] Açıq mənbə OpenSolaris davamı olan illumos paylamaları. Sistem V, 1982-ci ildə UNIX Sistemi III-nin varisidir. AT & T, Sistem V-ni işləyən öz donanımlarını satarkən, əksər müştərilər AT & T-nin tətbiqinə əsaslanan bir dilerdən bir versiyasını yerinə yetirdilər.
Media Control Charts
Media Control Charts — Almaniyanın rəsmi hit paradı. Hit parad "Media Control GfK International" şirkəti tərəfindən təqdim edilir.
Self Control (mahnı)
"Self Control" (azərb. Özünü idarəetmə‎) – Lora Breniqanın ifa etdiyi populyar mahnılarından biridir. İlk dəfə İtaliya ifaçısı Raffaele Riefoli (qısa adı: RAF) tərəfindən ifa edilmişdir. Orijinal sinql uğur qazansa da, Lora Breniqan tərəfindən ifa edilən kaver versiya daha çox populyarlıq qazanmışdır. 7" single "Self Control" — 4:08 "Silent Partners" — 3:58 12" maxi "Self Control" (extended version) — 5:00 "Silent Partners" (extended version) — 4:10 Mahnının klipi Nyu Cersi və Nyu Yorkda çəkilmiş, ilk dəfə olaraq aprel ayında 1984-cü ildə istehsal edilmişdir. Bu mahnının remeyki "In The Night No Control" adı ilə Hind filmi olan Oyunçular kralı filmində səsləndirilmişdir.
Məlumat terminal avadanlığı
Məlumat terminal avadanlığı və ya Data terminal avadanlığı (DTE) — istifadəçi məlumatlarını siqnallara çevirən və ya qəbul edilmiş siqnalları yenidən çevirən son cihazdır. Bunları növbə dövrələri də adlandırmaq olar. DTE cihazı məlumat dövrəsini dayandıran avadanlıqla (DCE) əlaqə yaradır. DTE, məlumat mənbəyi və ya məlumat anbarı kimi xidmət edən və məlumat kommunikasiyasına nəzarət funksiyasını keçid protokoluna müvafiq olaraq yerinə yetirməyə imkan verən məlumat stansiyasının funksional bölməsidir. Adətən, DTE cihazı terminaldır, DCE isə modem və ya operatora məxsus digər cihazdır. Məlumat terminalı avadanlığı istifadəçilərin əlaqə yaratmasına imkan verən bütün zəruri funksiyaları yerinə yetirən tək bir avadanlıq parçası və ya çoxsaylı avadanlıqların bir-birinə bağlı olan alt sistemi ola bilər. İstifadəçi DTE ilə əlaqə yarada bilər və ya DTE özü istifadəçi ola bilər.
Terminal (film, 2004)
"Terminal" (ing. The Terminal) — 2004-cü il ABŞ komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan filmdə baş rollarda Tom Henks və Ketrin Zeta-Consdur. Filmin ilk baxışı 18 iyun 2004-cü ildə baş tutmuşdur. Film Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava Limanında terminalda saxlanılan, ABŞ-yə girişinə qadağa qoyulan və eyni zamanda çevrilişə görə öz doğma ölkəsinə qayıda bilməyən birisi haqqındadır. Belə ki, pasportu artıq etibarsız olduğu üçün Amerikaya girmə haqqını itirmiş vəziyyətdə olan Viktor nə ölkəsinə geri dönə bilir, nə də Amerikaya girə bilir. Ölkəsindəki döyüş bitənə qədər hava limanı terminalının tranzit sərnişinlər salonunda gözləmək məcburiyyətində qaldığına görə başına gəlməyən qalmır. Film qismən də 1988-ci ildən 2006-cı ilədək Fransanın Paris şəhərindəki Şarl de Qoll Hava Limanının 1 saylı terminalında 18 il qalmış Mehran Kərimi Nasserinin həyatından ilhamlanaraq çəkilmişdir. Krakoziya (Кракозия və ya Кракожия) adlı qondarma dövlətdən ABŞ-yə səyahət edən Viktor Navorski (Tom Henks) yalnız Nyu-Yorkun Con Kennedi adına hava limanına çatarkən anlayır ki, doğma vətənində qəfil vətəndaş müharibəsi başladığına görə artıq onun pasportu etibarlı deyil. Nəticədə, ABŞ Krakoziyanı suveren dövlət kimi tanımır və indi vətəndaşlığı olmayan şəxs olduğuna görə nə ölkəyə daxil olmağa, nə də evinə qayıtmağa icazə verilir.
Domain Name System
Domain Name System və ya qısaca DNS (Adların Domen Sistemi) — internet və ya digər İnternet Protokolu (IP) şəbəkələrindəki kompüterlər, xidmətlər və digər resurslar üçün iyerarxik və paylanmış adlandırma sistemidir. İnternetdə hər bir kompüter təkrarolunmaz (unikal) ünvana malikdir. Kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. O, müxtəlif məlumatları əlaqəli qurumların hər birinə təyin edilmiş domen adları ilə əlaqələndirir. Ən əsası, o, asanlıqla yadda saxlanan domen adlarını əsas şəbəkə protokolları ilə kompüter xidmətləri və cihazlarını tapmaq və müəyyən etmək üçün lazım olan ədədi IP ünvanlarına tərcümə edir. Adların Domen Sistemi hər bir domen üçün səlahiyyətli ad serverləri təyin etməklə domen adlarının təyin edilməsi və bu adların İnternet resurslarına uyğunlaşdırılması məsuliyyətini həvalə edir. Şəbəkə administratorları özlərinə ayrılmış ad sahəsinin alt domenləri üzərində səlahiyyəti digər ad serverlərinə həvalə edə bilərlər. Bu mexanizm paylanmış və xətaya dözümlü xidmət təqdim edir və vahid böyük mərkəzi məlumat bazasından qaçmaq üçün nəzərdə tutulmuşdur. DNS-i izah etmək üçün tez-tez istifadə edilən bir bənzətmə ondan ibarətdir ki, o, insan dostu kompüter host adlarını IP ünvanlarına çevirərək İnternet üçün telefon kitabçası kimi xidmət edir. Məsələn, example.com domen adı daxilindəki host adı 93.184.216.34 (IPv4) və 2606:2800:220:1:248:1893:25c8:1946 (IPv6) ünvanlarına çevrilir.
Graphical Kernel System
Graphical Kernel System (GKS) – kompüter qrafikasının beynəlxalq standartı; Amerika Milli Standartlar İnstitutu (ANSI) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən rəsmən tanınır. GKS qrafik görüntülərin təsviri, manipilyasiyası, saxlanması və ötürülməsinin standart üsullarını proqramçıların ixtiyarına verən interfeysdir. GKS aparat deyil, tətbiqi səviyyədə fəaliyyət göstərir və ayrı-ayrı qurğularla deyil, “məntiqi işçi stansiyalarla” – giriş və çıxış qurğularının kombinasiyaları ilə (məsələn, klaviatura, siçan və monitor) işləyir. Bunun sayəsində görüntüləri müxtəlif qurğular vasitəsilə daxil etmək və çıxarmaq olar və onları heç bir çətinlik çəkmədən ötürmək olar. 1978-ci ildə buraxılmış GKS standartı ilkin olaraq ikiölçülü qrafiklərin emalı üçün nəzərdə tutlmuşdu; sonrakı GKS-3D modifikasiyasında üçölçülü qrafiklərlə işləmək imkanları yarandı. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Korean Broadcasting System
Korean Broadcasting System (KBS) (kor. 한국방송공사, Hanguk Bangsong Gongsa) Cənubi Koreyanın milli ictimai yayımçısıdır. 1927-ci ildə qurulmuşdur və Cənubi Koreyanın ən böyük televiziya şəbəkələrindən biri olan radio, televiziya və onlayn xidmətlər göstərir.
System Request klavişi
Sys Req klavişi(Sys Req key,клавиша Sys Req)-bəzi IBM və onunla uyumlu klaviaturalarda olan və klaviaturanı yenidən kökləməyə, yaxud bir seansdan başqasına keçməyə imkan verən klaviş. Adətən, Print Screen ilə eyni klavişdə yerləşir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 832 s.