Dövlət terrorizmi
Dövlət terrorizmi
Dövlət terrorizmi bir dövlət tərəfindən düşünülmüş və məqsədyönlü şəkildə digər dövlətin ərazisində həyata keçirilən zorakılıq metodudur. Əsas məqsəd reallıqda təsir göstərə bilmədiyi və ya geosiyasi, siyasi, iqtisadi, ideoloji maraqlar naminə həmin dövləti öz təsiri altına salmaq və ya ümumilikdə məhv etməkdir. Ümumiyyətlə, dövlət terrorizmi siyasi dövlətlər tərəfindən strategiya formasında işlənib hazırlanır və həyata keçirilir. Ermənistan Respublikası 1988-ci ildən başlayaraq Azərbaycana qarşı dövlət terrorizmi siyasəti həyata keçirir.
Dövlət terrorizmi həmçinin dövlətin mülki şəxslərə qarşı zorakılığını ifadə etmək üçün istifadə edilən bir termindir. Dövlət terroru aktları dedikdə, adətən güc strukturlarının (polis və digər hüquq-mühafizə orqanları) əməkdaşları tərəfindən vətəndaşların qanunsuz saxlanılması, öldürülməsi, oğurlanması, işgəncə verilməsi, məhkəməsiz və istintaqsız edam edilməsi başa düşülür.
Dövlətin xüsusi orqanlarının əməkdaşları tərəfindən törədilən terror aktlarına da dövlət terrorizmi deyilir.
Dövlət tərəfindən dəstəklənən terrorizmdə — dövlətin özü terrorda iştirak etmədiyi halda, terror qruplarını maliyyələşdirir və dəstəkləyir.
== Terrorla bağlı Cenevrə bəyannaməsi ==
1987-ci il terrorizm məsələsi ilə bağlı Cenevrə Konfransı («The Geneva Declaration on Terrorism») bəyannamə qəbul etdi və bu bəyannamədə aşağıdakı hallar dövlət terrorizmi kimi müəyyən edilir.
Polis dövlətinin vətəndaşlara qarşı yönəlmiş praktikası: müşahidə, toplantıları dağıtmaq, xəbərlərə (media) nəzarət etmək, döyülmələr, işgəncələr, saxta həbslər, kütləvi həbslər, saxta ittihamlar, saxta məhkəmələr, qətllər.