tipiklik
tipologiya
OBASTAN VİKİ
Xəncər (Tipoqrafik)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İlk gürcü tipoqrafiyası abidəsi
İlk gürcü tipoqrafiyası abidəsi — Tbilisinin tarixi rayonu Qədim şəhərdə, II İrakli meydanında yerləşən abidə. Abidə çar Rostomun hamamları və Kür çayının sahilində ilk tipoqrafiyanın yanında ucaldılmışdır. Tipoqrafiya 1709-cu ildə çar VI Vaxtanq tərəfindən əsası qoyulmuşdur. Burada Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poeması çap edilmişdir. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с.

Digər lüğətlərdə