Hamiləlik toksikozu
== Hamiləlik toksikozu(hestozu) ==
Hamiləlik toksikozu mayalanmış yumurta hüceyrənin inkşafı ilə əlaqədar meydana çıxan və çoxlu simtomlarla xarakterizə olunan xəstəlik sayılır. Bu simptomlardan tez –tez və qabarıq şəkildə meydana çıxanlar:MSS-i pozğunluqları, qan-damar və maddələr mübadiləsi pozğunluqlarıdır. Baş vermə vaxtına və klinik əlamətlərinə görə toksikoz iki qrupa bölünür:erkən toksikoz (qusma, hipersalivasiya(və ya ptializm), dermatoz) və gecikmiş toksikoz(hidrops, nefropatiya, preeklampsiya və Eklampsiya)
Xüsusi qrupa nadir forma toksikozlar-hepatopatiya(toksiki),sarılıq, qaraciyərin kəskin distrofiyası, hamiləlik tetaniyası, xoreya, osteomalasiya, atropatiya aiddir.
Erkən hestoz adətən bədənin susuzlaşması, gecikmiş hestoz isə toxumalarda həddən artıq mayenin toplanması ilə xarakterizə olunur.
Erkən toksikozlar. Buna bəzən"hamiləliyin I yarısının toksikozu" da deyilir. Hamiləliyin 1–3 aylarında meydana çıxır. Bu qrup patalogiyalara hamiləliyin ilk aylarında baş verən qusmalar və hipersalivasiya(ptializm) aiddir. Erkən hestozların baş vermə səbəbini həcmcə böyüməkdə olan uşaqlığın reseptorlarından gələn həddən artıq çox saylı impulslarla vegetativ sinr sisteminin(qabıqaltı nüvələrin , xüsusilə də retikulyar formasiya)qıcıqlanması ilə izah edilir.("neyro-reflektor nəzəriyyə")Sinir sistemində meydana çıxan bu dəyişiliklərə görə hamiləliklə əlaqədar orqanizmdə adaptasiya (uyğunlaşma)prossesləri baş verə bilmir, bütun bunlar isə erkən hestozların inkşaf etməsinə gətirib çıxarır.
Həmçinin hamiləlik toksikozunun yaranmasına səbəb olan faktorlara mədə-bağırsaq traktının xroniki xəstəlikləri, genital hipoplaziya, astenik sindrom, uşaqlığın reseptor funksiyasının pozulması və.s.