Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti (APYC; Азәрбајҹан Пролетар Јазычылар Ҹәмијјәти) — Azərbaycan SSR-də ədəbi təşkilat. == Tarixi == Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti 1928-ci ildə Bakıda "Qızıl qələmlər" cəmiyyəti əsasında yaradılmışdır. 1928 və 1929-cu illərdə iki qurultayı olmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin fəaliyyətində proletar ədəbiyyatının hegemonluğu uğrunda və burjua ideologiyası əleyhinə mübarizə ilə yanaşı, ədəbi inkişafa maneə olan qrupbazlıq, inzibatçılıq halları nəzərə çarpır, vulqar sosioloji səhvlərə yol verilirdi. Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin "Ədəbi-bədii təşkilatların yenidən qruplaşması haqqında" 23 aprel 1932-ci il tarixli qərarına əsasən Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş və Azərbaycan Yazıçılar İttifaqı yaradılmışdır.
Fəxri Proletar Döş Nişanı
"Fəxri proletar" döş nişanı
Fəxri Proletar Döş Nişanı — Azərbaycan SSR-in ilk dövlət mükafatı. == Tarixi == 1920-ci ilin yayında təsis edilmiş və 1921-ci ilin sonunadək mövcud olmuşdur. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə). Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunmuşdur. Nişanın ortasında Yer kürəsinin mavi və sarı rənglərlə minalanmış qabarıq təsviri üzərində üzüyuxarı şəkildə qırmızı rəngli ay-ulduz yerləşdirilmişdir. Nişanın yuxarı hissəsində 1920 rəqəmi yazılmışdır. Nişanın çevrəsi boyu ərəb qrafikası ilə "Azərbaycan Şura Cümhuriyyəti" sözləri yazılmışdır. Nişan Bakı zərgərləri tərəfindən əllə hazırlanırdı. == Təltif olunanlar == Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi.
Azad Proletar Ədəbiyyatı Akademiyası
Azad Proletar Ədəbiyyatı Akademiyası (ukr. Вільна Академія Пролетарської Літератури) və ya qısaca VAPLİTE (ВАПЛІТЕ) — Ukrayna SSR-də ədəbi ittifaq. == Tarixi == İttifaq 1926-cı ilin fevralında Xarkovda təsis edilmişdir. Faktiki lideri Mikola Xvılevoy, prezidenti Mixail Yalovoy və sonradan Nikolay Kuliş, katibi isə Arkadi Lyubçenko olmuşdur. Təşkilat Qərbi Avropa mədəniyyətinin ən yaxşı nailiyyətlərini mənimsəməklə yeni Ukrayna ədəbiyyatının yaradılmasının təməlində dayanmışdı. Kommunist Partiyasının rəsmi tələblərini qəbul edərək, ədəbi siyasət məsələlərində VAPLİTE müstəqil mövqe tutmuş və yeni Ukrayna ədəbiyyatının ixtisaslı müəlliflər tərəfindən yaradılması ideologiyası üzərində dayanmışdır. Xvılovinin fikirləri Ukrayna SSR-in partiya və hökumət nümayəndələri tərəfindən VAPLİTE-nin tənqidinə səbəb olmuşdur. Xvılovinin "Odunçular" əsəri xüsusilə kəskin hücuma məruz qalmışdı. 28 fevral 1928-ci il tarixində davamlı təqiblərə görə VAPLİTE öz-özünü ləğv etmək məcburiyyətində qalmışdır. Təşkilatın üzvləri fəaliyyətlərini "Literaturniy yarmarok" antologiyasında (1928–1929) və "Prolitfront" təşkilatında davam etdirmişlər.
Proletar Bakısının Sovetlərini Möhkəmləndirək (1934)
Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. Film saxlanılmayıb.
Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934)
Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. Film saxlanılmayıb.
Bakinski proletari
"Bakinski proletari" (az.-əski. باکینسکی پرولئتاری‎, rus. Бакински пролетари; mənası – Bakı proletarları) — Çar Rusiyası dövründə Azərbaycanda gizli fəaliyyət göstərmiş bolşevik qəzeti, RSDFP Bakı təşkilatının orqanı. == Tarixi == Qəzetin ilk nəmrəsi 20 iyun 1907 ildə Bakıda çıxmışdır. Birinci nömrəsi RSDFP Bakı təşkilatı Balaxanı rayonunun, ikinci nömrəsi Balaxanı və Qara Şəhər rayonlarının orqanı kimi çıxmışdır. Qəzet marksizm–leninizm nəzəriyyəsini təbliğ etmiş, proletariatın sinfi mübarizəsində partiyanın avanqard rolunu təmin etmək uğrunda ardıcıl, menşeviklərə qarşı fəal mübarizə aparmış, Vladimir Leninlə, "Proletari" və "Sosial-demokrat" qəzetlərinin redaksiyaları ilə əlaqə saxlamışdır. Yerli partiya orqanlarının möhkəmləndirilməsi sahəsində aparılan işlərə xüsusi diqqət yetirilirdi. Nəşri sonuncu – 7-ci nəşrindən sonra, 29 avqust 1909-cu ildə mətbəənin dağıdılması təhlükəsi ilə əlaqədar dayandırılmışdır.
Molodoy proletari
Molodoy proletari (az-əbcəd. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Proletari (qəzet)
Proletari — Həftəlik gizli bolşevik qəzeti. RSDFP-nin Mərkəzi Orqanı idi. Həmin partiyanın III qurultayının qərarı əsasında yaradılmışdır. Partiyanın Mərkəzi Komitəsi Plenumunun qərarı ilə 1905-ci il aprelin 27-də (mayın 10-da) V. İ. Lenin Mərkəzi Orqanın məsul redaktoru təyin edildi. Qəzet 1905-ci il mayın 14-dən (27-dən) noyabrın 12-dək (25-dək) Cenevrədə nəşr olunmuşdur. 26 nömrəsi çıxmışdır. "Proletari" köhnə, leninçi "İskra"nın xəttini davam etdirdi; "Vperyod" bolşevik qəzetinin ənənələrini tamamilə qoruyub saxladı. V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 138.
Proletarsk
Proletarsk — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Bütün ölkələrin proletarları birləşin!
"Bütün ölkələrin proletarları, birləşin!" (rus. Пролетарии всех стран, соединяйтесь!) — SSRİ-nin dövlət şüarı. Şüarın müəllifi Karl Marksdır. == Şüarın digər dillərdə yazılışı == ərəbcə: !يا عمال العالم اتحدوا (oxunuş: Yā ummāl el-ʿālem ittaḥidū!) ermənicə: Պրոլետարներ բոլոր երկրների, միացե՜ք belarusca: Пралетарыі ўсіх краін, яднайцеся! bolqarca: Пролетарии от всички страни, съединявайте се! (okunuşu: Proletarii ot vsichki strani, saediniavaite se!) katalanca: Proletaris de tots els països, Uniu-vos! çincə: 全世界无产者,联合起来! xorvatca: Proleteri svih zemalja, ujedinite se! çexcə: Proletáři všech zemí, spojte se! estonca: Kõigi maade proletaarlased, ühinege!
Proletariat diktaturası
Proletariat diktaturası (rus. Диктату́ра пролетариа́та) —marksist nəzəriyyəyə görə, fəhlə sinfinin maraqlarını əks etdirən siyasi hakimiyyət forması. Marksizmə görə bir yerdə sinfi bərabərsizlik varsa, orada o sinfin diktatorluğu vardır. Lakin proletariat diktatorluğu cəmiyyətin çoxunu əhatə edən işçi və əməkçilərin ancaq özlərininn istismarçı azlığa qarşı uyğuladığı bir diktatorluqdur. Beləliklə bu yardılmış idarə forması işçi və əməkçi sinif üçün demokratiya, istismarçı azlıq üçün isə diktatorluqdur. Eynən bu gün də (sözdə kapitalist demokratiya) bir qrup sömürücü kapitalist üçün demokratiya, cəmiyyətin istismar edilən çoxluğu üçün isə diktator olması kimi. Marksizmdə diktatorluq qavramı bir siyasi idarə etmə forması deyil, sinif üstünlüyünü başa salır. Proletariat diktaturasında cəmiyyətin istismarçı çoxluğunu yaradan əməkçi siniflərə dönük bir basqı və zorbalıq ola bilməz. Onlar daha öncə heç yaşamadıqları qədər azadlığa və demokratiyaya qovuşacaqlar. Özləri istehsal edib, özləri idarə etməyə başlayacaqlar.
Proletariya
Proletariya (alm. Proletariat‎; lat. proletarius — yoxsul sözündən) — müasir cəmiyyətdə əsas siniflərdən biri, muzdlu fəhlə; fəhlə sinfi. Yoxsul, heç bir mülkiyyəti olmayan adama deyilir. Marksist nəzəriyyədə proletariat istehsal vasitələrinə sahib olmayan sinfin adıdır. Proletar maaş alan fəhlədir. Proletariat, feodalizmin həll edilməsilə mülksüzləşən insanların, əmək gücünü müəyyən ödəniş qarşılığında satmaqdan başqa həyat variantı qalmaması ortaya çıxan, istehsaldakı mövqeləri etibarilə müəyyən bir qrup təşkil edən təbəqənin sinfi kimi tanınmasıdır. Marksizm proletariat və burjuaziya (kapitalist sinif) bir-birinin ziddi iki mövqeyə ayırır, nümunə olaraq zavod işçisi pulunu mümkün qədər almaq istəyərkən müdir sayılan istehsal vasitələrinə malik insanlar da mümkün qədər az verməyə çalışır. Bunun da arxasında, hər iki sinif, istehsaldakı yerləri və ictimai həyatdakı mövqeləri tamamilə qarşıdurma vəziyyətindədirlər. Bu qarşıdurma müvəqqəti və aradan qaldırılan deyil, əksinə, ancaq sinifsiz cəmiyyətə keçdikdə bitəcək bir qarşıdurmadır.
Proletarski rayonu (Rostov-na-Donu)
Proletarski rayonu (rus. Пролетарский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1929-cu ildə təsis edilən rayon. Rayon Naxçıvan-na-Donu, Aleksandrovskaya, Berberovski ərazilərinin birləşdirilməsi nəticəsində meydana gəlmişir. 14 noyabr 1779-cu ildə II Yekatterinanın əmri ilə Krımdan köçmüş erməniləri Müqəddəs Dimitri Rostovski qalası yaxınlığında şəhər salınmasına göstəriş verir. Krım xanlığından köçmüş xristianlar Don çayının aşağı axarlarında Nor-Naxçıvan şəhərini salırlar. 1782-cü ildə Nor-Naxçıvan şəhərində 4 min insan yaşayırdı. 1828-ci ilin fevralında şəhər rəsmi olaraq Rusiya imperiyasına daxildir. Şəhər rəsmi «Naxçıvan-na-Donu» olaraq adlandırılır. Burada şəhər ticarəti inkişaf edir. 1825-ci ildə şəhərdə 33 fabrik vardı.
Proletarski rayonu (Rostov vilayəti)
Proletarski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Yayon mərkəzi Proletarsk şəhəridir. Rayon mərkəzindən Rostov-na-Donu şəhərinə olan məsafə 206 km təşkil edir. Rayon 1924-cü ildə təşkil olunmuşdur. 1944-cü ildə onun ərazisinə Kalmıs rayonunun bir hissəsi birləşdirilmişdir. 1963-cü ildə Orlovski rayonunun hesabına genişlənsədə 1965-ci ildən ondan ayrılmışdır. Elə həmin ildə Srmikarakorski rsyonunun iki kənd sovetliyi ona birləşdirilmişdir Proletarnı rayonu Rostov vilayətinin cənub-şərqində yerləşir. Şimaldan Veselovski, Semikarakorski Martınovski, şərqində Orlovski, cənubdən və qərbdən isə Salski rayonu əhatələnmişdir. Rayonun ərazisi 2740 km² təşkil edir. Manıç çayı üzərində inşa edilən su anbarı onun iqtisadiyyatına böyük təsir göstərmişdir.
Bütün ölkələrin proletarları, birləşin!
"Bütün ölkələrin proletarları, birləşin!" (rus. Пролетарии всех стран, соединяйтесь!) — SSRİ-nin dövlət şüarı. Şüarın müəllifi Karl Marksdır. == Şüarın digər dillərdə yazılışı == ərəbcə: !يا عمال العالم اتحدوا (oxunuş: Yā ummāl el-ʿālem ittaḥidū!) ermənicə: Պրոլետարներ բոլոր երկրների, միացե՜ք belarusca: Пралетарыі ўсіх краін, яднайцеся! bolqarca: Пролетарии от всички страни, съединявайте се! (okunuşu: Proletarii ot vsichki strani, saediniavaite se!) katalanca: Proletaris de tots els països, Uniu-vos! çincə: 全世界无产者,联合起来! xorvatca: Proleteri svih zemalja, ujedinite se! çexcə: Proletáři všech zemí, spojte se! estonca: Kõigi maade proletaarlased, ühinege!
Banksia prolata
Dryandra longifolia (lat. Dryandra longifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.