TOVLAMAQ

1. Ədəbi dilimizdə 2 əsas mənası var:

1.1 “Hərəkət etdirmək”. 

1.2 “dilə tut­maq, aldatmaq”. Dialektlərdə (Qazax, Şamaxı..) sözün “eşmək”, “burmaq” mə­na­sı da var. Mənbələrdə “мешалка” anlamını verən tuğlavıc “вертеть” mə­nasında işlədilən tuqlandırqa sözləri vardır. Deməli, sözün hərəkət və eşməklə bağlı mənaları, əslində, dolamaq kəlməsi ilə əlaqədardır. Dolamaq təhrif nəticəsində tovlamaq şəklinə düşüb. Mənbələrdə “yalan”, “hiylə” mənasını verən tev sözü də qeydə alınıb, tovlamaq (əsli: tevləmək) sözü “hiylə yolu ilə qarşıdakını özünə tabe etmək” deməkdir.

2. Ərəb dilində tov sözü var, “könüllü hərəkət” deməkdir, tovlamaq işi könüllü görmə­yə cəlb etmək kimi də anlaşıla bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TOTU
TOVUZ (QUŞ)

Digər lüğətlərdə