tranzaksiyasız
tranzistorlu
OBASTAN VİKİ
Tranzistor
Tranzistor (ing. transistor) — elektrik siqnallarını gücləndirmək, idarə etmək və generasiya etmək üçün üçelektrodlu yarımkeçirici cihaz. Tranzistor giriş, boşaltma və mənbə hissələrindən ibarətdir, bunlar adətən emitter, kollektor və baza adlanır. Tranzistorlar BJT(bipolar junction transistor) və FET(field effect transistor) olmaqla iki növə ayrılır. 1948-ci ildə üç fizikin - Ualter Houzer Bratteyn, Con Bardin və Vilyam Şoklinin fəaliyyəti nəticəsində tranzistor kəşf olunmuşdur. 1956-cı ildə Ualter Bretteyn "Yarımkeçiricilərin tədqiqinə və tranzistor effektinin kəşfinə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Bir qayda olaraq elektrik siqnallarının gücləndirilməsi, yığılması və dəyişilməsi üçün istifadə edilir. Prinsipial sxemlərdə "VT" və ya "Q" kimi işarə edilir. Tranzistor elektronik siqnalları və elektrik enerjisini gücləndirmək, çevirmək üçün istifadə olunan yarımkeçirici qurğudur. O, xarici kontura qoşulmaq üçün ən az 3 terminaldan təşkil olunmuş yarımkeçirici materialdan ibarətdir.
Məntiqi tranzistor-tranzistor
Məntiqi tranzistor-tranzistor (MTT)(ing. Transistor–transistor logic (TTL))— rezistorlar və bipolyar birləşmiş tranzistorlardan hazırlanmış rəqəmli sxemlər sinfidir. Bu məntiqi transistor-tranzistor adlanır, çünki hər iki məntiqi element funksiyası və gücləndirmə funksiyası tranzistorlar tərəfindən yerinə yetirilir. MTT geniş yayılmış inteqral sxem ailəsindən olduğu üçün məşhurdur və kompüterlər, sənaye, avadanlıq və cihazlar, məişət elektrik cihazları, sintezatorlar kimi bir çox sahələrdə istifadə olunur. MTT bəzən MTT-uyğun məntiq səviyyəsi' mənasında da işlədilir. 1963-cü ildən inteqral sxemlərin təqdimatından sonra MTT tranzistorları bir neçə yarımkeçirici şirkət, xüsusilə məşhur olan Texas İnstruments tərəfindən istehsal olunmağa başladı. MTT kompüter və digər rəqəmli elektronikanın əsasında durur.
Foto tranzistor
Foto tranzistor-Üzərinə işıq düşdüyündə kollektor-emitter ucları arasındakı müqavimət dəyəri azalan elementdir. Ümumiyyətlə bir yükün işıq ilə idarə edilməsində açar elementi olaraq istifadə edilər. Foto tranzistorlar normal tranzistor kimi PNP və ya NPN olaraq istehsal edilirlər.Fototranzistorlar, baza ucuna işıq düşdüyündə K-E arasından cərəyan keçməsini təmin edən elementlərdir. Fotodiyotlardan fərqli olaraq işıqla hasil edilən cərəyanı gücləndirə bilərlər. Bu xüsusiyyətləri sayəsində fotodiodlardan çox üstündürlər. == Foto tranzistorun quruluşu == Fototranzistorlar iki ya da üç ayaqlı olaraq istehsal edilir. Üç ayaqlı olan modellərdə lupa rənglənmiş olarsa element normal tranzistor halına keçər. Lupa rənglənməzsə və baza ucu da dövrəyə bağlanacaq olursa baza iki təsir söz mövzusu olacağından K(kollektor)-E(emitter) arasından keçən cərəyanın miqdarındakı dəyişmə daha çox olur. Iki ayaqlı fototranzistorlarda(istifadə rahatlığı baxımından) baza ucu çölə çıxarılmaz.Foto tranzistorların quruluşu şəkildə östərilmişdir. Üç yarım keçiricinin birləşməsindən ibarət olan fototranzistorların K-B(baza) ucları arasına bağlanmış olan fotodioda işıq enerjisi (foton) gələ bilməsi üçün baza ucunun olduğu hissəyə lupa şəklində şüşə yerləşdirilmişdir.
MDY-Tranzistorlar
MDY-Tranzistorlarda (ing. MISFET( metal–insulator–semiconductor field-effect transistor)) idarəedici elektrod cərəyan keçirən kanalın keçidə yaxın yerləşən qatından dielektrik qatı vasitəsilə izolə edilir. Ona görə MDY-tranzistorları izolə olunmuş idarəedici elektrodlu tranzistorlar sırasına aid edilirlər. MDY-Tranzistorlar MOY-Tranzistorlardan daha ümumi termindir: belə ki, bütün MOY-tranzistorlar MDY-tranzistorlardır, ancaq bütün MDY-tranzistorlar MOY-tranzistorlar deyil. MDY-tranzistorlar silisiumdan hazırlanır, dielektrik kimi isə silisium oksidindən istifadə edilir. MDY-tranzistorların iş prinsipi eninə yönəlmiş elektrik sahəsinin təsiri altında yarımkeçiricinin dielektriklə sərhəddə səthyanı qatının keçiriciliyinin dəyişməsinə əsaslanır. Yarımkeçiricinin səthyanı qatı MDY-tranzistorlarda cərəyan keçirən kanal rolunu oynayır. MDY-tranzistorlar ümumi halda dördelektrodlu cihazlardır. Dördüncü elektrod rolunu əsas yarımkeçirici lövhəyə birləşdirilən altlıq oynayır. Altlıq, adətən, 0 potensiala qoşulur.
MOY-Tranzistorlar
Metal oksid yarımkeçirici sahə effekti tranzistoruları (MOYSET) — elektron siqnalları dəyişmək və gücləndirmək üçün istifadə olunan tranzistor. MOYSET rəqəmli və analoq sxemlərin hər ikisində ən əsas tranzistordur. == Tərkibi == Adətən alternativ yarımkeçirici silisiumdur, ancaq bəzi çip istehsalçıları, xüsusən, IBM və Intel son zamanlar silisium və germaniumun kimyəvi birləşmələrindən istifadə etməyə başlayıb.

Digər lüğətlərdə