Trialet silsiləsi
Trialet silsiləsi (gürc. თრიალეთის ქედი) — Gürcüstanın ərazisində yerləşən dağ silsiləsi. Kür çayının sağ sahili boyunca yerləşir. Silsilə 150–200 km məsafədə uzanır. Tiflisdən qərbdə qərarlaşır. İnzibati baxımından Tetritskaro, Tsalka, Kaspi, kimi vilayətlərin ərazisini əhatə edir. Silsilənin eni 30 km bərabərdir. Öz növbəsində böyük bir suayırıcı rolunu oynayır. Paleogen dönəmində vulkan fəaliyyəti nəticəsində meydana gəlmişdir. Əsasən vulkanik suxurlardan təşkil olunmuşdur
Silsilənin ən hündür zirvəsi Şaviklde dağıdır.