təkləmə

təkləmə
təklələr
təkləmək
OBASTAN VİKİ
Təkləmə
Təkləmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir. Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur. İkinci dəstənin başçısı cavab verir: Birinci dəstənin başçısı. İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur: İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur.
Təkləməkan
Təkləməkan və ya Təklə-Məkan (çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى <(Uyğur sözü olub (Ərəb məhşəlli) Təklə — ترك Tərk "getmək, tərk etmək" və Məkan "yaşayış yeri", yəni "Tərk edilmiş ərazi") — Çinin qərbində Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən səhra. Dünyanın ən böyük qumlu səhralarından biridir. Şərqdən qərbə uzunluğu 1000 km-dən çox, eni isə 400 km təşkil edir. Səhranın sahəsi 300,000 km² təşkil edir. Səhranın əmələ gəlməsin əsas səbəblərindən biri okean və dənizlərdən uzaqlığıdır. Üstəlik dağların arasında yerləşməsi yağıntı gətirən buludların əraziyə daxil olmasının qarşısını alır. Çökmə suxurlardan təşkil onun səhra Tarim dağ düzənliyində yerləşir. Tarim çayının gətirdiyi çöküntülər demək olar ki, müxtəlif vastələrlə bütün səhraya yayılır.

Digər lüğətlərdə