uc-bucaqsızlıq 2021
uca
OBASTAN VİKİ
Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi. Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar. Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.
Uc beyin
Uc beyin — lat. telencephalon uc beyin qovuğundan diferensasiyaetmiş törəmələrə böyük beyin yarımkürələri — lat. hemispheria cerebri, görməqabaraltının görmə hissəsi — lat. pars optica hypothalami, komissural sistemdən (bitişmə sistemindən) hesab olunan döyənək cismi — lat. corpus collosum və ön bitişmə — lat. commissura anterior aiddir. Uc beyin yüksək inkişaf dərəcəsinə çatmışdır; yuxarı tərəfdən və yanlardan beyin kötüyünü çəpgən kimi əhatə etmişdir. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Uc bəyliyi
Uc bəyliyi (Osmanlıca: اوج بگلیکی — uc bəyliyi); orta əsrlərdə xristian ilə islam dünyasının arasındakı müsəlman sərhəd bölgələri üçün istifadə olunan bir tanıtımdı. Uc bəyliyinin xristian tərəfindəki qarşılığı, yunanca AKRON (άκρον) olaraq adlandırılırdı. Sərhəd bölgələrində öz torpaqlarını müdafiə öhdəçiliyi götürən kəslərə Bizans tərəfində Akrit (ακρίται), müsəlman tərəfdə isə qazi (Osmanlıca: غازى) adlanırdı. İslamın erkən orta əsrlər dövründə yayılmasıyla birlikdə, Şərqi Anadolu xristian ilə İslam dünyalarını arasında ən əhəmiyyətli sərhəd bölgəsi halına gəlmişdir. Bu bölgənin sakinləri, ola biləcək bir hücumu geri oturtmaq ya da düşmən torpaqlarına hücum təşkil etmək üçün davamlı səfərbər olmaq məcburiyyətində idi. Sərhəd bölgələrdə bu səbəblə çox xüsusi bir həyat tərzi inkişaf etmişdir. Yerli xalqın bu həyat tərzləri, xalq ozanları üçün fərqli dastanlara ilham qaynağı olmuşdur. Bizans qəhrəmanlıq dastanı olan Digenis Akritas ya da müsəlmanların Battal Qazi dastanı bu cür əsərlərin ən çox tanınan nümunələridir. Sərhəd (uc) bölgələrdə yaşayan xalq üçün, yeri gəldiyində tərəf dəyişdirmək, qarşı tərəfin qadınlarını qaçırmaq və əsirləri öz mədəniyyətlərinə mal etmək kimi adətlər məşhur idi. Oğuz boyundan türkmənlərin Orta Asiyadan Anadoluya girməsi və 1071-ci ildə zühur edən Malazgirt müharibəsi sonrasında, Bizans imperatorluğu ilə ibarət olan sərhədlər türkmən köçərilər tərəfindən əhatə edilirdi.
Uca andız
Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir. Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax.
Uca aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Uca sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Ucdan uca şifrələmə
Ucdan-uca vəya başdan-sona şifrələmə (End-to-end encryption/E2EE) yalnız son uclardakı istifadəçilərin oxuya biləcəyi bir rabitə sistemidir. Onun məqsədi İnternet provayderləri və şəbəkə administratorları kimi potensial dinləyicilərin söhbətin şifrəsini açmaq üçün lazım olan şifrələmə açarlarına daxil olmasının qarşısını almaqdır. E-poçt və söhbət şəbəkələri də daxil olmaqla, bir çox mesajlaşma sistemlərində mesajlar vasitəçilərdən keçir və alıcının sonradan əldə etməsi üçün üçüncü tərəfdən saxlanılır. Mesajlar şifrələnsə belə, onlar adətən yalnız "tranzit yolunda" şifrələnir və üçüncü tərəfdən deşifrə olunmuş şəkildə saxlanılır. Bu, üçüncü tərəfə axtarış və digər funksiyaları təmin etməyə və ya qəbuledilməz məzmunu skan etməyə imkan verir, lakin bu, həm də o deməkdir ki, üçüncü tərəf sistemində saxlanılan mesajlara girişi olan hər kəs tərəfindən arxa qapı vasitəsilə və ya qəsdən oxuna və sui-istifadə edilə bilər. Bu, repressiv hökumətlər altında yaşayanlar, bilgi ifşası, kütləvi nəzarət, etibarları üçüncü tərəflərin məlumatlarını qoruma bacarığına bağlı olan bizneslər, "hack"lənmə riski olacaq dərəcədə önəmli anlaşmalar və xəbərləşmələr, və sağlıq, cinsəllik və yetkinlik yaşına çatmayanlar haqqında həssas məlumatların paylaşılması kimi yüksək gizlilik tələb edən hallarda narahatlıq yarada bilər. Başdan sona şifrələmə faktiki göndərici və alıcı istisna olmaqla, verilənlərin oxunmasının və ya gizli şəkildə dəyişdirilməsinin qarşısını almaq məqsədi daşıyır. Mesajlar göndərən tərəfindən yalnız alıcıya şifrlənir, ona görə də üçüncü tərəfin onun şifrəsini açmaq üçün bir yolu yoxdur və şifrələnmiş şəkildə saxlayar. Qəbuledici şifrələnmiş məlumatları qəbul edir və şifrəsini açır. Üçüncü tərəflər ötürülən və ya saxlanılan bu şifrələnmiş məlumatların şifrəsini deşifrə edə bilmədiyindən, məsələn, ucdan-uca şifrələmədən istifadə edən şirkətlər öz istifadəçilərinin mesajlarını səlahiyyətlilərlə paylaşa bilməzlər.

Digər lüğətlərdə