Arabanın dal və qabaq oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu, il feili əsasında yaranıb, ilmək, ilgək, ilmə, ilişmək sözlərinin kökü il məhz əlaqə yaratmaq mənası ilə uyğun gəlir. Bəzi türk dillərində xəstəliyin yoluxmasına da ulaşma deyirlər (bizdə də ilişmək sözü bu mənada işlədilir). Ehtimal ki, elə yoluxmaq kəlməsi də ulaşmaq sözünün təhrif edilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)