Valyuta Bloku

digər dövlətə və ya dövlətlərə qarşı vahid valyuta siyasəti həyata keçirən ölkələr qrupu.
Valyuta Blokadası
Valyuta Borcu
OBASTAN VİKİ
Valyuta
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Aventin bloku
Aventin bloku (it. Secessione dell'Aventino) — İtaliyada antifaşist müxalifətçi partiya və siyasi qruplaşmaların bloku. 1924-cü ildə yaradımışdı. Aventin blokuna bu ad patrisilərlə mübarizə dövründə Aventin təpəsində sığınacaq tapan Qədim Roma plebeyləri haqqında rəvayətlə əlaqədar verilmişdi. Faşizmə qarşı açıq kütləvi mübarizə aparmaq üçün İtaliya Kommunist Partiyası (İKP) da Aventin blokuna qoşulmuşdu, lakin Aventin blokuna daxil olan digər partiyalar İKP-nin ümumi siyasi tətil elan etmək və parlament əleyhinə çıxmaq təklifini qəbul etmədilər. İKP parlament tibunasından faşizmin ifşasını davam etdirmək üçün blokdan çıxıb parlamentə qayıtdı. 1926-cı ildə Mussolininin faşist hökuməti müxalifətin fəaliyyətini qadağan etdi. Kütlələrdən ayrı düşən Aventin blokunun qalıqları faşizmə qarşı mübarizədə ciddi rol oynamadı. Лопухов Б. Р. Авентинский блок // Советская историческая энциклопедия. / Под ред.
Avqust bloku
Avqust bloku (rus. Августовский блок) — Rusiya SDFP-nin Praqa şəhərində keçirilən VI konfransından sonra özünü Kommunist Partiyasına qarşı qoyan antipartiya qrup və cərəyanlarının (trotskiçi, təsviyəçi və bundçuların) ittifaqı. 1912-ci ilin avqustunda Vyanada Lev Trotskinin təşəbbüsü ilə təşkil edilmişdi. Orqanı "Lüç" qəzeti idi. Trotski ittifaqın fəaliyyətini bolşeviklərlə menşevikləri "birləşdirmək" və "barışdırmaq" olduğunu bildirmiş, lakin Vladimir Lenin hakimiyyətinə görə, o, protelariatın gizli inqilabi partiyasını ləğv etməyə çalışan menşevik-təsviyəçiləri müdafiə edirdi. Lenin əvvəllər bildirmişdir ki, Trotski açıq təsviyəçilərdən daha "alçaq və zərərlidir", çünki o, "fəhlələri aldadaraq, özünü elə göstərir ki, fraksiyalara qoşulmuş, həqiqətdə isə menşevik-təsviyəçiləri müdafiə edir". Ona görə, "Avqust bloku"nun əsas məqsədi fəhlələri inqilabdan uzaqlaşdırmaq, bolşevik partiyası və onun leninçi mərkəzi komitəsinə qarşı mübarizə aparmaqdan ibarət idi. Azərbaycan Sovet Ensiklopediyasında bildirilir ki, inqilabi fəhlə hərəkatının daha da yüksəlməsi, partiyanın möhkəmləndirilməsi sahəsində aparılan gərgin iş, trotskiçilərin prinsipsizliyinin bolşeviklər tərəfindən ifşa olunması "Avqust bloku"nun süqutunu sürətləndirirdi. Blok 1913–1914-cü ildə dağıdılmışdır. Kitablar Avqust bloku // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Azadlıq Bloku
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalifət siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyaları tərəfindən təşkil olunmuşdur. 2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar. 2012-ci ildə blokun buraxıldığı deyildi. 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir. Ümumilikdə 65-i Yeni Azərbaycan Partiyası, 36-sı isə bitərəf namizəd olmaqla 146 namizəd içindən Azərbaycan Xalq Cəbhəsi Partiyası 2, Azadlıq Bloku isə 1 deputat çıxarmışdır. Çünki, deputat seçilmiş Əhəd Cəfərli AXCP-nin klassiklər qanadının üzvü idi.
Kommunist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Mühərrik bloku
Mühərrik bloku — daxili yanma mühərriklərində porşen-sürüngəc, dirsəkli val və silindrlərin daxili olduğu mühərrik hissəsidr. Aşağı hissədən mühərrik bloku yağ vannası-karterlə örtülür. Mühərrik bloku yaxarı hissədən silindr başlığı ilə qapanır. Mühərrik bloku mühərrikin böyük sayda hissələrini daşıdığına, yüksək temperaturda işləyən yanma kamerasına malik olduğuna, həmçinin enerji çevrilməsi üçün məsuliyyətli olan ötürmə mexanizmlərinin yaratdıqları reaksiya qüvvələrini götürdüyünə görə, onun hazırlanmasına xüsusi tələbatlar qoyulur. Mühərrik blokları həmişə tökmə yolu ilə hazırlanır. Material kimi çuqun və aluminiumdan (yüngül mühərriklər üçün) isifadə olunur. Hava ilə soyudulan mühərriklərdə adətən silindr bloku mühərrik blokunun üzərinə qoyulur. Dizel mühərriklərində isə bloku asan montaj və demontaj edəbilmək üçün onu bir neçə hissədən hazırlayırlar. Rezo Əliyev. Maşınqayırma leksikonu.
Qida bloku
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Qərb bloku
Qərb bloku (ing. Western Bloc) — Soyuq müharibə dövründə Şərq blokuna qarşı ABŞ və NATO ilə müttəfiq olan ölkələrə verilən ad. Şərq blokuna SSRİ və ÇXR rəhbərliyindəki Varşava Müqaviləsi Təşkilatı ölkələri daxil idi. Qərb bloku ölkələrinin hökumətləri və mətbuatlarını özlərinə "Azad dünya" və "Qərb dünyası", Şərq bloku ölkələrinə isə "Kommunist dünyası" və ya "İkinci dünya" deyirdilər. Belçika Kanada Danimarka Fransa Almaniya (1990-cı ildən) Qərbi Almaniya (1955-ci ildən) Yunanıstan (1952-ci ildən) İslandiya İtaliya Lüksemburq Niderland Norveç Portuqaliya İspaniya (1982-ci ildən) Türkiyə (1952-ci ildən) Böyük Britaniya ABŞ Avstraliya Yeni Zelandiya ABŞ Avstraliya Fransa (1965-ci ilə qədər) Yeni Zelandiya Pakistan (1972-ci ilə qədər) Filippin Tailand Cənubi Vyetnam (1975-ci ilə qədər) Böyük Britaniya ABŞ Antanta İttifaq dövlətləri Antihitler koalisiyası Berlin-Roma-Tokio oxu Şərq bloku Matloff, Moris. Makers of Modern Strategy. Ed. Peter Paret. Prinston: Princeton UP. 1971. 702.
Seçki bloku
Seçki bloku — dövlət seçkili orqanlarına seçki dövründə bir neçə siyasi partiyaların ümumi proqramla vahid namizədlərin irəli sürülməsi üçün yaratdığı birlik.
Sosialist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Ticarət bloku
Ticarət bloku — blok üzvləri üçün ticarət maneələrini endirən və ya aradan qaldıran bir qrup ölkə. Ticarət bloku yaratmaq üçün ölkələr beynəlxalq müqavilələr bağlayırlar. İqtisadi inteqrasiyanın müxtəlif dərəcələrindəki ticarət blokları mövcuddur: Azad ticarət sahəsi Gömrük İttifaqı Ümumi bazar Bir sıra ölkələr iki və ya daha çox fərqli ticarət blokuna aiddir. Ticarət bloklarının təsnifatında təkrarlanmamaq üçün bu ölkələr ən aktiv ticarət bloklarından yalnız birinə həvalə edilmişdir. Blokların "fəaliyyəti" aşağıdakı üç meyara görə qiymətləndirilir: Əhəmiyyətli praktik nailiyyətlərin olması (yalnız blok üzvlərinin real hərəkətləri ilə dəstəklənməyən bəyannamələr deyil) Son (və ya müntəzəm) fəaliyyətlər (iclaslar, yeni müqavilələr, daxili prosedurlar) Gələcək iqtisadi inteqrasiya üçün iddialı planların olması və onun icrası üçün dəqiq bir son tarix. Xəritədəki müəyyən rənglər müxtəlif bloklar üçün dəfələrlə istifadə olunur. Tünd rəng tam bir penis deməkdir; açıq rəngli- assosiativ üzv, müşahidəçi, gələcək iştirakçı, namizəd və ya oxşar status.
Xalq bloku
Xalq bloku (və ya Xalq ittifaqı) (malay dilində: Pakatan Rakyat) — Malayziyada 2008-cü il seçkilərində vahid cəbhədə çıxış edən 3 müxalifət partiya - Demokratik Hərəkat Partiyası, Panmalayziya İslam Partiyası və Xalq Ədalət Partiyası tərəfindən yaradılmış təşkilat. Saravaka Milli Partiyası da Saravak ştatı səviyyəsində bu blokun üzvüdür. Xalq bloku 2008-ci il seçkilərində parlamentdə olan 222 yerdən 82-ni əldə edərək parlamentdə iqtidarda olan Milli Cəbhəninin mövqelərini əhəmiyyətli surətdə sıxışdırdı. (Əvvəli seçkilərdə müxalifətin cəmi 21 yer var idi) və Kedah, Kelantan, Selanqor və Pinanq ştatlarında yeni hokumətlər təşkil etdilər. İlk dövrdə blok hökuməti Perakda təşkil olunmuşdur, lakin federal hökumətin və Perak sultanının təzyiqi nəticəsində blok ştat üzərində nəzarəti itirdi. Xalq bloku Kuala-Lumpurda da ustünlük qazansa da, mövcud olan qanunvericiliyə əsasən mer də daxil olmaqla, paytaxtın inzibati orqanlarının rəhbərləri federal hökumət tərəfindən təyin olunurdu . 5 may 2013-cü ildə keçirilən seçkilərdə blok parlamentdə 89 yer aldı və Kelantan, Pinanq və Selanqor ştatları üzərində öz nəzarətini saxladı . Müxalifətdə olan 3 partiyanın koalisiyasının yaranması Malayziyada ikipartiyalı sistemin meydana çıxmasına səbəb oldu. Bir tərəfdən blok təşkilatı kimi Malayziyanın milli təşkilatlarının aparıcı qüvvələrini təmsil edən və 13 partiyanı əhatə edən Milli Cəbhə, digər tərəfdən Xalq bloku Malayziyada hakimiyyət uğrunda mübarizənin fəal iştirakçılarına cevrilmişlər. Partiyalardan təşkil olunan Milli Cəbhədən fərqli olaraq milli prinsiplər əsasında təşkil olunan Xalq bloku formal olaraq çoxmillətli partiyalar (sol, liberal və islam istiqamətli) və Malayziyanın bütün vətəndaşları üçün açıq idi .
Şərq bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Noqata (valyuta)
Noqata (rus. Ногата) — Kiyev Rus dövlətinin pul sistemi vahidlərindən biri. X əsrdə daha keyfiyyətli dirhəmləri keyfiyyətsiz dirhəmlərdən fərqləndirmək məqsədilə yaradılmışdır. XI əsrdə Noqata 1/20 qrivnaya və 1,25 kunaya (XII əsrdə 2,5 kunaya) bərabər idi. Noqata adı pul ifadəsi kimi XV əsrin axırlarınadək saxlanılmışdır. Ногата // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Словарь нумизмата.
Regional valyuta
Regional valyuta (ing. Local currency, alm. Regionalgeld‎, fr. Monnaie locale) — yerli hakimiyyət orqanları, ticarət-sənaye, aqrar, maliyyə, həmçinin özəl şəxs tərəfindən ödəniş və investisiya vasitəsi kimi qəbul edilmiş reginal pul vahidi. Regional valyuta ABŞ, Kanada, Avstriya, Böyük Britaniya və s. ölkələrdə istifadə edilir. Margrit Kennedy, Bernard A. Lietaer: Regionalwährungen. Riemann, München 2004. ISBN 3-570-50052-7. Mathias Weis, Heiko Spitzeck: Der Geldkomplex.
Valyuta bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.
Valyuta dəhlizi
Valyuta dəhlizi — valyuta məzənnəsinə dövlət və maliyyə institutlarının inzibati təsiri şəraitində çevik və qabaqcadan məlum olan valyuta məzənnəsi. Maliyyə-iqtisadi vəziyyətin sabitliyini pozan böhran hadisələrinin qarşısını almaq məqsədi ilə müəyyən olunur. İqtisadi inkişafın mənfi meyillərini yumşaldan təbii amillərin zəifləməsi zamanı valyuta dəhlizinin tətbiqi məqsədəuyğundur. Valyuta dəhlizinin fəaliyyət göstərmə mexanizmi ondan ibarətdir ki, valyuta məzənnəsinin nəzarət olunan dəyişməsi iqtisadi vəziyyətdəki real dəyişikliklərə uyğun olaraq baş verir. Lakin valyutaların məzənnə nisbətlərinin dəyişməsi prosesi birja sessiyaları zamanı görünməmiş (bəzən müzaidənin iştirakçıları tərəfindən qəsdən törədilən) hərəkətlərin təsirinə məruz qalmır. Başqa sözlə, məzənnə nisbətlərinin dəyişməsi və valyuta məzənnəsinin müəyyən edilməsi yalnız ciddi məhdudlaşdırılmış və normativ-hüquqi aktlarla möhkəmlənmiş hədlərdə tərəddüd edə bilər. Mahiyyətcə valyuta dəhlizinin tətbiqi iqtisadiyyatda real dəyişikliklərə uyğun olaraq valyutaların məzənnə nisbətlərindəki üzən və əvvəlcədən bilinən dəyişikliklərin zəruriliyinin hökumət tərəfindən qəbul və eyni zamanda məzənnələrin əsaslandırılmayan artması, yaxud azalması hesabma möhtəkirlik əməliyyatlarının (və müvafiq olaraq mənfəətin) həyata keçirilməsi imkanının kəsişməsi deməkdir. Valyuta dəhlizi iqtisadi vəziyyəti tam dəqiqləşdirməyə və deməli, xarici iqtisadi əməliyyatların aparılması zamanı riski azaltmağa imkan verir. Bu, bütövlükdə bütün iqtisadiyyat üçün kifayət qədər ciddi sabitləşdirici amildir. Lakin bu amil o vaxta qədər müsbət hesab oluna bilər ki, valyuta dəhlizinin fəaliyyət göstərməsi nəticələri işin real vəziyyətinə uyğun gəlir.
Valyuta işarələri
Valyuta işarəsi və ya simvolu — pul vahidi adının qısa işarə olunması. Bu hərf, hərf birləşməsi, heroqlif, heca, xüsusi işarə və ya simvol şəklində göstərilə bilər. Bundan başqa onu təsvir etmək üçün qrafem, qrafik qısaltmalar, abbreviatura (hərf kodu şəklində daxil olmaqla), şərti hərf nişanları və həmçinin onların kombinasiya növlərindən istifadə olunur. Hətta bütöv bir söz valyuta işarəsi kimi istifadə edilə bilər. Həmçinin "Valyuta işarələri (simovlları)" müəyyən Unicode standartı qrafeminin (¤) adıdır, hansı ki bəzən bütöv oxşar simvol qrupu üçün emblem kimi istifadə olunur. "Valyuta simvolları" (ing. Currency Symbols) — 20A0-20CF aralığında yerləşən və bəzi valyutaların yığcam təsvirlərini özündə cəmləşdirən Unicode standartında tipoqrafik işarə qrupunun adı. Bir sıra səbəblərə görə standartın digər qruplarına aid olunan işarələrlə birlikdə onlar "Valyuta Simvolu" kateqoriyasını təşkil edirlər, hansına ki standartın 8-ci versiyasının dərcində 53 qrafem (qədim simvolları saymadan) daxil idi, baxmayaraq ki, əslində dünyada daha çox valyuta simvolu mövcuddur. Valyuta işarələri çox vaxt unikal olmur, eyni simvol bir neçə valyutanı təsvir etmək üçün istifadə olunur. Eyni zamanda, bəzi pul vahidlərinin ümumiyyətlə xüsusi simvol yoxdur və onları göstərmək üçün sadə qısaltmalardan istifadə olunur.
Valyuta müdaxiləsi
Valyuta məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Valyuta riskləri
Valyuta riskləri (ing. exchange rate exposure) - xarici ticarət, kredit, valyuta əməliyyatları, fond və əmtəə birjalarında əməliyyatlar aparılarkən xarici valyutanın milli valyutaya nisbətən məzənnəsinin dəyişməsi ilə əlaqədar valyuta itkiləri təhlükəsi. Bu təhlükə açıq valyuta mövqeyi olduqda yaranır. İxracatçılar və idxalatçılar üçün valyuta riskləri, qiymət valyutası onlar üçün xarici valyuta olduğu halda yaranır. Onlar kontraktın bağlanması ilə kontrakt üzrə ödəniş arasındakı müddətdə maddi itkiyə məruz qala bilərlər. Lakin məzənnələr əks istiqamətdə dəyişdikdə ixracatçılar və idxalatçılar ziyana düşür. Əgər borcluların borcu və kreditorların krediti başqa ölkələrin valyutası şəklində ifadə edilmişdirsə, borclular və kreditorlar, xarici valyuta şəklində avuarlann saxlayıcılan, dövlət təşkilatlan və banklar, eləcə də ölkələrin rəsmi valyuta ehtiyatlan valyuta risklərinə məruz qala bilərlər. Ölkələrin valyuta risklərindən müdafiə vasitəsi, ilk növbədə, forvard kontraktlan və svoplar haqqında sazişlərdir. Valyuta risklərini minimallaşdırmağın əsas istiqamətləri: tədiyə valyutası kimi milli valyutadan istifadəsi, müqaviləyə valyuta məzənnəsinin dəyişməsindən asılı olaraq pul öhdəliklərinin dəyişməsi haqqında şərtlər daxil edilməsi, valyuta fyuçerslərinin köməyi ilə hecirləmə. Valyuta risklərinin üç növü fərqləndirilir: Gələcəkdə valyuta məzənnəsinin dəyişməsi nəticəsində aktivlərin və passivlərin dəyəri dəyişə bilər.
Valyuta siyasəti
Valyuta İnstitutu
Valyuta İnstitutu (ing. monetary institute) – ixtiyari pul siyasəti qarşısında sabit məzənnəni qorumaq üçün hazırlanmış valyuta lövhəsi ilə mərkəzi bank arasındakı pul hakimiyyətinin ara forması. Valyuta İnstitutu mərkəzi bankın sonraki prototipidir. İlk pul quruluşunun 1861-ci ildə, Hindustanın geniş bölgəsinin İngilis müstəmləkəsi olduğu zaman Britaniya Hindistanda qurulduğuna inanılır. 1861-ci ildə koloniya kağız pullar haqqında bir qanun qəbul etdi, ona görə xüsusi banklardan pul çıxarmaq hüququ Hindistanın müstəmləkə hökumətinə verildi. Xüsusi bank qeydləri 1867-ci ilə qədər dövriyyədə olmağa davam etdi. Pul məsələsinin yeni təşkilati-hüquqi forması qarışıq xarakter daşıyırdı. Rəsmi emitent Maliyyə Nazirliyinin Kağız Pulların Çıxarılması Departamenti tərəfindən təmsil olunan Hindistanın müstəmləkə hökuməti idi. İngiltərə Bankı banknotların buraxılmasından texniki olaraq məsuliyyət daşıyırdı. Pul dövriyyəsinin təşkili müstəmləkə hökumətinin agentləri rolunda səlahiyyətli banklar tərəfindən həyata keçirildi.
Xarici valyuta
Valyuta dəyişdirilməsi
Valyuta dəyişdirilməsi (ing. currency substitution) — milli pulun tədavül vasitəsi kimi xarici valyutalarla əvəz edilməsi və qanuni ödəniş vasitəsi statusu almış xarici valyutalar olmadan əmanət. İqtisadi dildə valyuta əvəzlənməsi oxşar hadisəni — qeyri-rəsmi (faktik, qismən, kölgə) dollarlaşmanı təsvir edən dollarlaşmanın formalarından biri ilə sinonimdir. İqtisadiyyat nəzəriyyəsində "valyuta əvəzi" anlayışı 1977-ci ildə Buenos-Ayres Universitetində (Argentina) işləyərkən Gilermo Kalvo və Karlos Rodriges tərəfindən təqdim edilmişdir. İfadə onlar tərəfindən valyuta əvəzlənməsi baxımından real məzənnənin təhlili çərçivəsində istifadə olunub. İlk tədqiqatçıların gəldiyi əsas nəticə ondan ibarət idi ki, valyuta əvəzetməsi olduğu halda pul kütləsinin artması milli valyutanın dəyərdən düşməsinə səbəb olur. Bu termin iqtisadi ədəbiyyatda 1970-ci illərdən, inkişaf etməkdə olan iqtisadiyyatlarda valyutanın deregulyasiyası və maliyyə bazarlarının liberallaşdırılması proseslərinin başladığı vaxtdan fəal şəkildə istifadə olunur. Valyuta əvəzlənməsinin iki əsas anlayışı var. Onlardan biri Qilyermo Kalvo və Karlos Veq (Cons Hopkins Universiteti) tərəfindən hazırlanmışdır. Onların variantında valyuta əvəzedicisi xarici valyutanın daxili bazarda tədavül vasitəsi kimi istifadə edilməsidir.