vektor-kardioqram

vektor-kardioqram
vektor-kardioqrafiya
vektor-kardioskop
OBASTAN VİKİ
Vektor
Vektor (riyaziyyat və fizika)
Vahid vektor
Vahid vektor (normallaşdırılmış vektor boşluğu vahid vektordur) — modulu (uzunluğu) vahidə bərabər olan vektor.
Vektor (həndəsə)
Vektor — riyaziyyatın müxtəlif sahələrində müxtəlif cür təyin olunur. Xətti cəbrdə vektor — vektor fəzasının (və ya xətti fəzanın) elementidir. Vektorları ədədə vurmaq olar, eləcə də onları toplamaq olar. Vektorları həmçinin başqa vektorların xətti kombinasiyası şəklində göstərmək olar. Bazis bir-birindən xətti asılı olmayan elə vektorlar küllüsünə deyilir ki, həmin vektorlarla bütün fəzanı əhatə etmək olar. Sonlu fəzada sonlu bazis vektorlar mövcuddur və bu zaman fəzanın hər bir vektorunu bu bazis vektorları ilə yeganə şəkildə aşağıdakı şəkildə ayırmaq mümkündür: x → = ∑ i = 1 n x i e → i , {\displaystyle {\vec {x}}=\sum _{i=1}^{n}x_{i}{\vec {e}}_{i},} burada e → 1 , … , e → n {\displaystyle {\vec {e}}_{1},\dots ,{\vec {e}}_{n}} — bazis, x 1 , … , x n {\displaystyle x_{1},\dots ,x_{n}} isə x → {\displaystyle {\vec {x}}} vektorunun verilmiş bazisdə koordinatlarıdır. Həndəsədə vektor anlayışı cəbrdəkindən fərqlənir. Belə ki, burada vektorlar; sərbəst və rabitəli vektora ayırırlar. Rabitəli vektor və ya istiqamətlənmiş parça (istiqamətlənmiş düz xətt parçası) — Evklid fəzasında nizamlı nöqtələr cütlüyüdür. Sərbəst vektor — istiqamətlənmiş düz xətt parçalarının ekvivalentlik sinfidir.
Vektor analizi
Vektor analizi — Riyazi analiz metodlarını vektorlara, ümumiyyətlə iki və ya üç ölçülü məkanda yayan riyaziyyatın bir qolu.
Vektor displeyi
Vektor displeyi (vector display) – ekranda görüntünü yaratmaq üçün elektron şüasını x-koordinatı və y-koordinatı üzrə sapdıran elektron-şüa borusu. Məsələn, vektor displeyində xətt çəkmək üçün videoadapter siqnalları sapdıran qurğuya göndərir ki, elektron şüası xətt boyunca hərəkət etsin; darama sətirlərindən ibarət heç bir fon yoxdur, ona görə də ekrana çıxarılan xətt piksellərdən yaranmır. Vektor displeylərindən, adətən, ossilloskoplarda və DVST (DIRECT-VIEWING STORAGE TUBE) displeylərində istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vektor prosessoru
Vektor prosessoru (Vector processor) – rəqəmli verilənlərin birölçülü massivləri (vektorlar) üzərində paralel hesablamalar üçün komandalar toplusuna malik olan kompüter. Vektor prosessoru ilə matris prosessoru oxşar məsələləri həll etsələr də, onlar arasında fərq var: vektor prosessorda vektor bütövlükdə xüsusi funksional bloka verilir, matris prosessorunda isə vektorun hər bir elementi ayrıca hesab qurğusuna göndərilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vektor (riyaziyyat və fizika)
Vektor (lat. vector — "daşıyıcı") — istiqamətlənmiş düz xətt parçası. Riyaziyyat, fizika və mühəndislikdə vektor dedikdə, Evklid fəzasında (və ya müstəvidə) ədədi qiyməti və istiqaməti ilə xarakterizə olunan həndəsi obyekt başa düşülür. Vektorlara misal kimi radius vektoru, sürət və moment vektorlarını göstərmək olar. Əgər fəzada koordinat sistemi verilərsə, vektor onun koordinatlar çoxluğu ilə yeganə formada təyin oluna bilər. Buna görə də riyaziyyat, informatika və başqa elmlərdə nizamlı ədədlər çoxluğuna vektor deyilir. Daha ümumi mənada, riyaziyyatda vektor hər hansı vektor (xətti) fəzanın elementi kimi qəbul edilir. Xətti cəbrdə vektorlar ümumi formada matris, tenzor kimi ifadə oluna bilir, bu halda vektor dedikdə müvafiq olaraq bir sıra və ya sütun vektoru, birinci tərtib tenzor kimi başa düşülür. Vektorlar üzərindəki əməllərin xassələri vektor hesabında öyrənilir. a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} elementlərindən (komponentlərindən) ibarət vektor aşağıdakı şəkillərdə işarələnir: ⟨ a 1 , a 2 , … , a n ⟩ , ( a 1 , a 2 , … , a n ) , { a 1 , a 2 , … , a n } {\displaystyle \langle a_{1},a_{2},\ldots ,a_{n}\,\rangle ,\ \left(a_{1},a_{2},\ldots ,a_{n}\,\right),\{a_{1},a_{2},\ldots ,a_{n}\,\}} .