Venesuela

coğ. Venezuela m

veneroloq
Venetsiya
OBASTAN VİKİ
Venesuela
Venesuela Bolivar Respublikası (isl. República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Paytaxtı Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916.000 km², əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m).
Merida (Venesuela)
Merida (Mérida, tam adı isp. Santiago de los Caballeros de Mérida) — Venesuelanın qərb hissəsində şəhər. Ölkənin Merida ştatının paytaxtı və ən böyük şəhəri. Əhalisi 345 489 min nəfər, şəhərətrafı qəsəbələrlə birlikdə 500 min nəfərdən çoxdur. Şəhər dəğətəyi zonada, 1 630 metr hündürlükdə, And dağlarının Kordilyera-del-Merida zolağının aşırımları arasında yerləşir. Şəhərdə dünyanın ən hündür (4 765 m) və ikinci ən uzun (12,5 km) Merida kanat yolu yerləşir. Oradan Bolivar pikinə mənzərə açılır. == Meridanın tarixi == Birinci dəfə Merida qeyri-qanuni yolla 1558-ci ildə ispan Xuan Rodriges Suares tərəfindən salınıb və Santyaqo-de-Los-Kabalyeros-de Merida adlandırılıb. Şəhər salınmasına İspaniya kral hakimiyyəti tərəfindən rəsmi razılıq olmadığından o həbs edilir və Boqotaya göndərilir. Ölüm hökmü ərəfəsində o yoxa çıxır və Venesuelanın Truxilyo şəhərində gizlənir.
Venesuela bayramları
Venesuela bayramları:
Venesuela bayrağı
Venesuela bayrağı — Venesuelanın Dövlət bayrağı Venesuela bayrağını düzəldən Cənubi Amerika azadlıq hərəkatının rəhbəri Fransisko Miranda olub. Sarı, mavi və qırmızı rəngli bayraq ilk dəfə 1806-cı ildə "Leandr" gəmisində qaldırılmışdır. Həmin gəmi vasitəsilə Mirandanın başçılığı altında könüllülərdən ibarət dəstə Nyu-Yorkdan Cənubi Amerikaya yollanıb. Bayraqdakı sarı rəng qızıl və digər faydalı qazıntılarla zəngin olan Amerika qitəsini, qırmızı rəng ıspaniyanın qanlı hökmranlığını, mavi rəng isə onları ıspaniyadan ayıran Atlantik okeanını təmsil edir. 1817-ci ildən etibarən bayrağın mavi zolağında ölkənin 7 əyalətinin sayına uyğun olaraq, 7 ulduz şəkli peyda olur: Karakas, Barinas, Barselona, Kumana, Marqarita, Merida, Truhilo.
Venesuela macarları
Venesuela macarları (mac. Venezuelai magyarok; isp. húngara en Venezuela) - Cənubi Amerika qitəsinin şimal hissəsində yerləşən Venesuelada məskunlaşmış macar əsilli əhali. == Tarixi == Venesuelada macar icmasının formalaşması İkinci dünya müharibəsindən sonraya təsadüf edir. 1956-cı ildə baş vermiş Macar inqilabıda Venesuelaya mühacirət edən macarların sayını artırmışdır.
Venesuela mətbəxi
Venesuela mətbəxi — Amerika qitəsinin xalqları, Avropadan gələnlərin adətləri və Afrika, Asiya mətbəxinin bəzi elementləri əsasında formalaşıb. Bir çox Latın Amerikası ölkələri kimi burada da mətbəxin əsasını ət, qarğıdalı, düyü, kartof, xüsusi bananlar və müxtəlif kombinasiyalarda istifadə olunan bir çox ərzaqlar və ədviyyatlar tutur. Venesuelanın milli yeməkləri acı, tutumlu, eyni zamanda çox yüngüldür. Yerli qəlyanaltılar və yüngül yeməklər əsasən "arepa" (qarğıdalı kökəsi) və ya "tamale"dən ibarətdir. Onların içinə cürbəcür qarnir – ət, balıq, yumurta, pendir və ərzaqlar töküb bükürlər. Çox vaxt kökələr çörək əvəzi, hətta sousu götürmək üçün qaşıq rolunda istifadə olunur. Turistlərə, həmçinin "aquakate-relenyo-kon-kamarones" – içi krevetlərlə doldurulmuş avokadodan, "sankoço" – tərəvəz və ətdən, ya balıqdan hazırlanmış qatı şorbadan, ya da alabalıqdan dadmaq məsləhətdir.Ət – Venesuela mətbəxinin ikinci mühüm məhsuludur. Burada quş, donuz, mal ətindən müxtəlif yeməklər, şorbalar hazırlanır. Venesuelanın milli yeməyi "pabellin-kriolyo" hesab olunur. Yeməyin tərkibinə mal əti, düyü, qara paxla, qızardılmış banan daxildir.
Venesuela serbləri
Venesuela serbləri — Cənubi Amerika qitəsinin şimal hissəsində yerləşən Venesuelada məskunlaşmış serb əsilli əhali. Venesuela serblərinin sayı 1.500–2.000 nəfərdir.Venesuelada serb icmasının yaranması və formalaşması İkinci dünya müharibəsindən sonraya təsadüf edir. Müharibədən sonra Yuqoslaviya Sosialist Federativ Respublikasında yaranmış vəziyyətə görə bir siyasi mühacirlərin əhəmiyyətli hissəsi Venesuelaya mühacirət etmişdir. Müasir icma üzvləri həmin mühacirlərin törəməliridir. 1955-ci ildə Karakas şəhərində Serb Ortodoks Xristian İcması yaradılır. 1966-cı ildə icma tərəfindən paytaxtda Serb Ortodoks Kilsəsinə məxsus kilsə fəaliyyətə başlayır. 1965-ci ildə Araqua şəhərində yaradılan Serb Sosial Klubu serb xalqının milli adətlərininin və mətbəxinin tanıdılması sahəsində fəaliyyət göstərməkdədir. Tanınmış Venesuela serblərindən Major Beyzbol Liqasında mübarizə aparan St. Louis Cardinalsın oyuncusu Migel Sokoloviçi misal göstərmək olar.
Venesuela çexləri
Venesuela çexləri — Cənubi Amerika qitəsinin şimal hissəsində yerləşən Venesuelada məskunlaşmış çex əsilli əhali. Venesuelada yaşayan çexlərin sayı iki min nəfərə yaxındır. == Tarixi == Venesuelaya çexlərin gəlişi İkinci dünya müharibəsidən sonraya təsadüf edir. 1950-ci illərdə Venesuelada yaşayan avropalıların ən kiçik icması çexlərə məxsus idi. 50-ci illərin məlumatlarına əsasən ölkədə 1,124 çex yaşayırdı. Serb icmasından fərqli, çex icmasının Venesuelada məskunlaşmasının əsas səbəbi siyasi amillər olmamışdır. Əsasən daha inkişaf etmiş ölkələrə getmək istəyən çexlər Venesueladan keçid məntəqəsi kimi istifadə etmək fikirində idilər. Ölkənin çexlər üçün cəlb edici olmasının bir digər səbəbi digər dövlətlərdən fərqli Venesuela üçün viza rejiminin daha sadə olmasında idi.1968-ci ildə Çexoslovakiyadan gələn ikinci mühacir dalğası ilə Venesuela çexlərinin sayında artım müşahidə olundu. 70-ci illərin Qərbi Avropasında xaricdə yaşamaq məqsədi ilə insanların daha çox üz tutduqları ölkələr ABŞ və Kanada idi. Cənubi Amerikada icmaları olan bəzi xalqların nümayəndələri isə Venesuela və digər Latın Amerikası ölkələrini seçmişdilər.
Azərbaycan–Venesuela münasibətləri
Azərbaycan–Venesuela münasibətləri — Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Venesuela Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 9-da tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin may ayının 12-də qurulmuşdur.
Venesuela Bolivar Respublikası
Venesuela Bolivar Respublikası (isl. República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Paytaxtı Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916.000 km², əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m).
Venesuela Quru Qoşunları
Venesuela Quru Qoşunları – Venesuela Silahlı Qüvvələrinin 4 növündən biri == Tərkibi == === Rəhbərlik === Quru Qoşunlarının Baş Rəhbərliyi (isp. Comando General del Ejército) Quru Qoşunlarının təlim rəhbərliyi (isp. Comando de Educación del Ejército) Quru Qoşunlarının maddi-texniki təminatı rəhbərliyi (isp. Comando Logístico del Ejército) Quru Qoşunlarının aviasiya rəhbərliyi === Diviziyalar === 1-ci piyada diviziyası (isp. 1ra División de Infantería) 2-ci piyada diviziyası 3-ci piyada diviziyası 4-ci tank diviziyası 5-ci meşə piyada diviziyası 9-cu Moto-kavaleriya diviziyası === Korpuslar === 6 -cı injener korpusu === Briqadalar === 42-ci paraşutlı piyada briqadası (isp.
Venesuela Silahlı Qüvvələri
Venesuela Silalı Qüvvələri (isp. Fuerzas Armadas de Venezuela) - Venesuela Respublikasının silahlı qüvvələri. Azadlığın, müstəqilliyin müdafiəsi və respublikanın ərazi bütövlüyünün qorunması üçün nəzərdə tutulub. Quru-qoşunlar, hərbi-dəniz, hərbi-hava qüvvələrindən və milli qvardiyadan ibarətdir.
Venesuela Hərbi Dəniz Qüvvələri
Venesuela Hərbi Dəniz Qüvvələri (isp. Armada Nacional Bolivariana) — Venesuela Silahlı Qüvvələrinin 4 növündən biri. 2005-ci ildə Venesuela Hərbi Dəniz Qüvvələrində 18300 nəfər xidmət edirdi.
Venesuela Hərbi Hava Qüvvələri
Venesuela Hərbi Hava Qüvvələri (rəsmi olaraq Bolivarian Respublikasının Hərbi Hava Qüvvələri (isp. Aviación Militar Nacional Bolivariana) – Venesuela Silahlı Qüvvələrinin 4 növündən biri.
Venesuela siyasi böhranı (2019)
2019-cu ilin yanvarında yeni bir mərhələyə keçən Venesuela siyasi böhranı — müxalifətin hərəkətləri nəticəsində iki güc mərkəzi ortaya çıxır. Venesuela Milli Asambleyasının Spikeri Xuan Quaydo, Nikolas Maduronun ikinci müddətə prezident seçilməsi ilə əlaqədar həyata keçirdiyi andiçmə mərasiminin ardından baş qaldıran çox minlik mitinqlərin fonunda özünü prezident səlahiyyətlərinin icraedicisi elan edir. Venesuela Prezidentinin özü isə prezidentlik müddətinin sonuna qədər hakimiyyətdə qalacağını bildirir. Nikolas Maduro baş vermiş hadisəni dövlət çevrilişinə cəhd hesab edərək, bunda ABŞ hökumətini ittiham etmiş və Amerika Birləşmiş Ştatları ilə diplomatik əlaqələri kəsmişdir. Venesuelada ağırlaşan siyası qarşıdurma dünya ictimaiyyətinin qütbləşməsinə səbəb oldu. Xuan Quaydonu ABŞ, Lima qrupu ölkələri (Meksika istisna), Amerika Dövlətləri Təşkilatı, dünyanın bir sıra ölkələri dəstəklədi. 26 yanvar tarixində Avropa İttifaqı ölkələri Nikolas Maduronun 8 gün ərzində yeni seçkilərin keçirilməsi barədə qərar verməyəcəyi təqdirdə Xuan Quaydonu prezident kimi tanıyacağını bəyan edir. Maduronu isə Rusiya, Çin, Boliviya, Kuba, Meksika, Nikaraqua, Salvador, İran, Türkiyə və CAR dəstəkləyir. 26 yanvarda ABŞ-nin Rusiyanın etirazlarına qarşı başlatdığı BMT Təhlükəsizlik Şurasının təcili toplantısı, yalnız xarici siyasət səviyyəsində qarşıdurmanın ağırlaşmasına gətirib çıxardı. Bir çox ölkələrin danışıqlar yolu ilə böhranı həll etmək və onun beynəlxalq səviyyəyə qaldırılmasına mane olmasına baxmayaraq, prezident Nikolas Maduroya qarşı xarici təzyiq artmaqda davam edir.
Venesuelada Vikipediyanın bloklanması
Venesuelada Vikipediyanın bloklanması — 11 yanvar 2019-cu ildə Venesuelada telekommunikasiya xidmətlərinin əsas provayderi və domen operatoru olan dövlət şirkəti CANTV tərəfindən bütövlükdə Vikipediyaya qoyulmuş senzura. CANTV istifadəçilərini nəzərə aldıqda Vikipediyanın Venesuelada bloklanması 1.5 milyon insanı əhatə edir. == Kontekst == Bloklanma vikipediyanın ispan versiyasında Nikolas Maduro, Xuan Quaydo, «Venesuela Prezidenti» və «Venesuela Prezidentlərinin siyahısı» məqalələrində baş vermiş redaktə müharibəsi sonucunda ortaya çıxmışdır. Münaqişənin səbəbi qeydiyyatdan keçmiş istifadəçilərlə yanaşı anonim istifadəçilər tərəfindən 2018-ci ildə Venesuela Prezident seçkilərində Nikolas Maduronun 2019-2025 dövrünə prezident seçilməsi və Venesuela Milli Asambleyasının Xuan Quaydonu prezident elan etməsini paralel olaraq göstərməsindən doğur. == Bloklanma == 12 yanvar 2019-da müşahidəçi NetBlocks İnternet resursu Venesuelada Vikipediyanın bütün dil versiyalarını bloklamaq üçün texniki sübutlar topladı. Məhdudiyyətlər ölkənin ən böyük telekommunikasiya provayderi olan CANTV tərəfindən qoyulmuşdur. NetBlocks telekommunikasiya infrastrukturunu təsir edən ciddi bir şəbəkə pozuntusunu ortaya çıxardı və bu əvvəlki 24 saat içərisində Venezuelalıların məlumat əldə edə biləcəyi digər məhdudiyyətlər ilə üst-üstə düşdü. Belə hesab edilir ki, bunun səbəbi "Venesuela Respublikasının 51-ci prezidenti" kimi Xuan Quaydo haqqında Vikipediyaya bir məqalə yazmaq cəhdidir. Toplanan məlumatlar göstərir ki, bir neçə veb saytda senzuraya məruz qalmışdır. Bu o deməkdir ölkədə qeyri siyasi sabitlik internet üzərində nəzarətin artırılmasının əsas səbəbi ola bilər.
Venesuelanın federal mülkiyyəti
Federal mülkiyyət (isp. Dependencias Federales), Venesuelanın federal mülkiyyəti hərdən səhvən: Ştat federal mülkiyyət (isp. Estado Dependencias Federales) — Venesuelanın ayrı bir inzibati və ərazi vahidi, Karib və Venesuela Körfəzində adalarından (12 ada qrupu) əksəriyyətini birləşdirən ada.
Ба́лтика безу́мство небезынтере́сно Пена́ты по-наме́днишнему ря́бчиковый со́почный эфио́пка диагно́ст колдова́ть оды́шка реве́нь укори́зненный homopause hyaluronic acid Lucullan panniered rabbitry soliloquium thalassochemistry воздушно-канатный недоконченный номиналист тигрица элиминация