veps

veps
venzel
vepslər
OBASTAN VİKİ
Veps dili
Veps dili — Veps xalqının ana dili. Veps dili Rusiya Federasiyasında danışılan fin mənşəli üç dildən biridir. 1989-cu ilə olan məlumata əsasən 12.500 nəfər veps dilindən ana dili kimi istifadə etmişdir. Yalnız Kareliya Respublikasında rəsmi statusa malik olan veps dilində danışan şəxslərin sayı son illər sürətlə azalmaqdadır. Verilən son məlumatlara əsasən 6.360 nəfər bu dili ana dili olaraq danışır. Fin mənşəli olduğundan Rusiya Federasiyasında olan digər dillərdən fərqli olaraq, kiril yox latın əlifbası ilə yazılır.
Vepslər
Vepslər (rus. вепсы) - Ural xalqlarının fin qrupuna mənsub olan xalq. Hazırda vahid etnik əraziyə malik deyillər. Vepslər 3 qrupa ayrılırlar. I qrup - Şimal vepsləri - Kareliya Respublikası ərazisində, Oneqa gölünün cənub-qərb sahillərində yaşayırlar. II qrupa Sankt-Peterburq vilayəti ərazisində, Oyati və Kapşi çaylarının kənarında, Voloqda vilayətinin Vıteqra və Babayevsk rayonlarında yaşayan vepslər daxıldir. III qrup -Cənub vepsləri isə Sankt-Peterburq vilayətinin Yefimovski rayonunun şimalında yaşayırlar. Cənub vepsləri özlərinin bensya, qalanları isə lyudinkau adlandırırlar. XX əsrin əvvəllərinə qədərki tarixi-etnoqrafik ədəbiyyatda çud adı ilə tanınmışlar. Vepslər Ural dil ailəsi fin qrupunun pribaltika-fin qoluna mənsub olan veps dilində danışırlar.