veps
ver-al 2021
OBASTAN VİKİ
Vepslər
== Haqqında == Vepslər (rus. вепсы) - Ural xalqlarının fin qrupuna mənsub olan xalq. Hazırda vahid etnik əraziyə malik deyillər. Vepslər 3 qrupa ayrılırlar. I qrup - Şimal vepsləri - Kareliya Respublikası ərazisində, Oneqa gölünün cənub-qərb sahillərində yaşayırlar. II qrupa Sankt-Peterburq vilayəti ərazisində, Oyati və Kapşi çaylarının kənarında, Voloqda vilayətinin Vıteqra və Babayevsk rayonlarında yaşayan vepslər daxıldir. III qrup -Cənub vepsləri isə Sankt-Peterburq vilayətinin Yefimovski rayonunun şimalında yaşayırlar. Cənub vepsləri özlərinin bensya, qalanları isə lyudinkau adlandırırlar. XX əsrin əvvəllərinə qədərki tarixi-etnoqrafik ədəbiyyatda çud adı ilə tanınmışlar. Vepslər Ural dil ailəsi fin qrupunun pribaltika-fin qoluna mənsub olan veps dilində danışırlar.