vezuvian

vezuvian
vezikulyar
OBASTAN VİKİ
Vezuvian
Vezuvian (idokraz) Ca10(Mg, Fe)2 Al4 [SiO4]5 [Si2O7]2 (OH)4 — Tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Berilliumlu (~9% BeO), manqanlı (4,5%-dək MnO), nadir torpaq elementli (serium qrupu TR ~ 16,7 %), titanlı (4,7 %-dək TiO2) vezuvianlar; viluit – tərkibində 3 %-dən çox B2O3 olan vezuvian. Rəng — zeytunu-yaşıl, sarımtıl-yaşıl, yaşıl, zümrüdü-yaşıl, sarı, çəhrayı, qırmızı, mavi, qara; Mineralın cizgisinin rəngi — ağ, yaşılımtıl, qonuru; Parıltı — şüşə, yağlı; Şəffaflıq — şəffaf, yarımşəffaf; Sıxlıq — 3,3–3,6; Sərtlik — 5–6,5; Kövrəkdir; Ayrılma — qeyri-mükəmməl, prizma {110} üzrə bir qədər yaxşı; Sınıqlar — tikanlı, qeyri-hamardan qabıqvariyədək; Morfologiya — kristallar: vertikal cizgili prizmatik, bəzən bipiramidal; İkiləşmə: qeyd olunmayıb; Mineral aqreqatları: dənəvər, radial-şüalı, paralel-çubuqvari. Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal-metasomatik dəyişikliyə uğramış trapplarda aşkar edilmişdir. Ultraəsası qələvi süxur massivlərinin metasomatitlərində təzahür edir. Qneyslərdə, xlorit şistlərində, bəzən fillit və roqoviklərdə iştirak edən vezuvian metamorfik proseslərin məhsuludur. Monte-Somma vulkanının tullantıları vezuvianla zəngindir. Səpintilərdə də toplanır.