Cirdək

Vikipediya saytından
Nemoralis (müzakirə | töhfələr) (tənzimləmə) tərəfindən edilmiş 10:38, 27 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Cirdək
40°43′13″ şm. e. 45°34′28″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 285 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Cirdək xəritədə
Cirdək
Cirdək

CirdəkAzərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.[2]

Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.

Kənddə havanın orta illik temperaturu 8-13 C, yanvarda -5-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400–700 mm-dir.

Kəndin yer adları: Qız Dağı, Kalafalıq, Göyəmli, Kəmər Qayası, Böyük Qaya, Hərrəmələr, Qamışlı, Cilli, Quşburnu, Dovşançalan, Arxac, Çökək, Qırmızı Qaya, Balacırım, Böyükcırım

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 283 134 149
2009[5] ↗285 ↗148 ↘137

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Cirdək kəndinin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıqarıçılıq kənd təsərrüfatının mühüm sahələridir.

Kənddə Cirdək kənd kitabxana filialı,[7] Cirdək kənd klubu[8] fəaliyyət göstərir.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənd ərazisində ziyarətgah olan Hacı Mirbağırın ocağı var.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. Cirdək // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 125. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
  5. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 211". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  6. "Vətən müharibəsi şəhidi Sarıyev Tural İsmayıl oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
  7. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  8. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]