Aşağı Quşçu
Aşağı Quşçu | |
---|---|
40°57′20″ şm. e. 45°40′22″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6015[2] |
Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd.[3]
Toponimikası
Oykonim "aşağıda yerləşən Quşçu kəndi" deməkdir. Etnotoponimdir.[4]
Tarixi
Aşağı Quşçu kəndinin sakinləri əsli Qədim Azərbaycan torpağı olan Qarabağdan — Şuşadandır. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə yürüşü zamanı Şuşanın Aşağı Quşçu kəndindən köçüb Tovuzun dağlarında yaşamağa başlamışlar. Sonralar zaman keçdikcə bəziləri aşagılara (arana) köçməyə başlamışlar. O dövürdən Aşağı Quşçu yaranmışdır.
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd rayon mərkəzindən 7 km cənub-şərqdə, Bakı-Tbilisi şose və dəmiryolunun kənarında, Əsrikçayın sahilində, dağ ətəyində yerləşir.
Həm yayı, həm də qışı mülayim keçir.
Əhalisi
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 8268 | 4116 | 4152 |
2009[6] | ↗9320 | ↗4597 | ↗4723 |
Şəhidləri
- Ələsgərov Həsrət Vahid oğlu (2001-2020)[7] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Hüseynov Rəcəb Nazim oğlu (1994-2020)[8] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Qurbanlı Elvin Mehman oğlu (1999-2020)[9] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Poladov Elçin Adil oğlu (2001-2020)[10] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Süleymanov Fizuli Bahadur oğlu (1992-2020)[11] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Verdiyev Elburus İlyas oğlu (1993-2020)[12] — İkinci Qarabağ müharibəsi şəhidi.
İqtisadiyyatı
Kənddə 2 üzüm emalı zavodu var. Bundan başqa 2 böyük meyvə soyuducusu mövcuddur. Ayrıca kənddə Tovuzun su ilə təchizinə xidmət edən su anbarı var.
Kənd əhalisi əsasən əkinçilik və maldarlıq, həmçinin bağçılıq, bostançılıq, ticarət ilə məşğul olur.
Mədəniyyəti
Kənddə Aşağı Quşçu kənd kitabxana filialı,[13] Aşağı Quşçu kənd Mədəniyyət Evi,[14] Aşağı Quşçu poçt şöbəsi (AZ6015)[15] fəaliyyət göstərir.
Təhsil
Kənddə İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbi, Aşağı Quşçu kənd 1№-li tam orta məktəbi[16] və İmran Bayramov adına Aşağı Quşçu kənd ümumi orta məktəbi[17][18] fəaliyyət göstərir.
Bundan başqa kənddə Aşağı Quşçu kənd 1 №-li körpələr evi-uşaq bağçası və Aşağı Quşçu kənd 2 №-li körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[19]
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Aşağı Quşçu həkim məntəqəsi yerləşir.[20]
İstinadlar
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
- ↑ https://www.e-gov.az/az/services/readwidenew/3544.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ Aşağı Quşçu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 57. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 212". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Vətən müharibəsi şəhidi Ələsgərov Həsrət Vahid oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
- ↑ "Vətən müharibəsi şəhidi Hüseynov Rəcəb Nazim oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- ↑ "Vətən müharibəsi şəhidi Qurbanlı Elvin Mehman oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- ↑ "Vətən müharibəsi şəhidi Poladov Elçin Adil oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- ↑ "Vətən müharibəsi şəhidi Süleymanov Fizuli Bahadur oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- ↑ "Vətən müharibəsi şəhidi Verdiyev Elburus İlyas oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
- ↑ Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)[ölü keçid]
- ↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.