Kürd Mahruzlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kürd Mahruzlu
39°12′57″ şm. e. 46°44′08″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kürd Mahruzlu xəritədə
Kürd Mahruzlu
Kürd Mahruzlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kürd Mahruzlu və ya Kürd MahrızlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Etimologiyası

Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır.[2] Əsl adı "Kürd Mafruzlu" olmuşdur.[3]

Tarixi

Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır.[3] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

Coğrafiyası və iqlimi

Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir.[3]

Əhalisi

14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı.[5]

Qalereya

Erməni işğalında dağıdılmış Kürd Mahruzlu kəndi







Mənbə

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк
  3. 1 2 3 Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. "Qubadlının bu kəndləri azad edildi". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  5. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893

Xarici keçidlər