Mollahəsənli (Daşkəsən)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mollahəsənli
40°29′11″ şm. e. 46°06′05″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 515 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Mollahəsənli xəritədə
Mollahəsənli
Mollahəsənli

MollahəsənliAzərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd.[2]

Toponimikası

Antropooykonim Molla Həsən şəxs adından və mənsubluq bildirən "-li" şəkilçisindən düzəlib. Yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır.[3]

Tarixi

Yerli məlumata görə, kəndi vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs salıb.

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 472 247 225
2009[5] ↗515 ↗258 ↗257

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Mollahəsənli kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.[6]

Mədəniyyəti

Kənddə Mollahəsənli kənd kitabxana filialı, Mollahəsənli kənd klubu fəaliyyət göstərir.[7]

Təhsil

Kənddə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi fəaliyyət göstərir.[8]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Mollahəsənli kənd tibb məntəqəsi yerləşir.[9]

İstinadlar

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 44" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-31.
  3. Mollahəsənli (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 115. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
  6. "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  7. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  8. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  9. "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər

Həmçinin bax