Xoşbulaq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xoşbulaq
40°27′45″ şm. e. 46°01′37″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.901 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Xoşbulaq xəritədə
Xoşbulaq
Xoşbulaq

Xoşbulaq (əvvəlki adı: Xaçbulaq) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Zağalı kənd Sovetinin Xaçbulaq kəndi Xoşbulaq kəndi adlandırılmışdır.[3]

Toponimikası

Qədim xəritələrdə kəndin adı Xanbulaq olaraq göstərilir. Kəndin ərazisi keçmişdə Yelizavetpol qəzasına daxil olan Əhmədli, Alabaşlı, Kamanlı, Hacallı, Qarabağlar, Lək, Şadılı və başqa kəndlərin yaylaq yeri olmuşdur. Sonrakı dövrlərdə kəndin adı dəyişdirilmiş və girişindəki xaçlı bulağın adına uyğun olaraq 1991-ci ilədək Xaçbulaq adlandırılmışdır. 1991-ci ildən Xoşbulaq adlanır. 1991-ci ildən kəndin adı "Xoşbulaq" kimi rəsmiləşdirilmişdir. Kəndin əvvəlki adı Xaçbulaq idi. Bu toponim Qafqaz Albaniyası ilə bağlıdır.

Tarixi

Kəndə 1967-ci ildə sel gəlmiş və çoxlu insan tələfatı olmuşdur.

Tarixi abidələri

Xoşbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
51 Xoşbulaq kurqanları[4] Son tunc-İlk dəmir dövrü Xoşbulaq kəndi Axeoloji Dünya

Coğrafiyası və iqlimi

Kənd Qoşqarçayın sahilində, Şahdağ silsiləsinin ətəyində, rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 1879 951 928
2009[6] ↗1901 ↗982 ↘919

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir. Yaylaq mövsümündə xoşbulaqlılar evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla gəlir əldə edir. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.[7]

Kənd ərazisindən Daşkəsən-Xoşbulaq magistral təbii qaz xətti keçir, kənddə Xoşbulaq avtomatik qazpaylayıcı stansiya fəaliyyət göstərir.[8]

Mədəniyyəti

Kənddə 1 №-li, 2 №-li və 3 №-li Xoşbulaq kənd kitabxana filialları, Xoşbulaq kənd Mədəniyyət Evi, Xoşbulaq kənd klubu fəaliyyət göstərir.[9]

Kənddəki gölün kənarında qədim müsəlman məzarları aşkarlanmışdır. Burda Qara seyidin qəbri hələ də ziyarət edilən yerdir. 2020-ci ilin sentyabr ayında Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri tapılmışdır.[10]

Təhsil

Kənddə Daşkəsən rayon Xoşbulaq kənd tam orta məktəbi və Daşkəsən rayon Xoşbulaq kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[11]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Xoşbulaq kənd həkim məntəqəsi yerləşir.[12]

Şəxslər

Şəkillər

İstinadlar

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 44" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-31.
  3. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
  4. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 3" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
  7. Azərbaycanın ən gözəl 12 kəndi – FOTO Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine oxu.az
  8. "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  9. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  10. Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri aşkarlanıb Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine azertag.az
  11. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  12. "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər

Həmçinin bax