İşıqlı (Qubadlı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
İşıqlı
39°23′49″ şm. e. 46°39′45″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 688 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 165 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
İşıqlı xəritədə
İşıqlı
İşıqlı

İşıqlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

İşıqlı kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Ciyciyi olmuşdur. Zəngilan r.nunda Ciyciyi dərəsi adlı yer də qeydə alınmışdır. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, sonralar tələffüzdə İşıqlı formasına düşmüşdür. 1937-ci ildə yaxınlığındakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmiş, kəndin ərazisi xeyli böyümüşdür. Kəndin ərazisindəki köhnə qəbiristanlıq hazırda Şeyx Şərif qəbiristanı adlanır.[3]

1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə əsasən kürdlərdən ibarət 208 nəfər yaşayırdı.[4]

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Кавказский календарь. Тф. 1911. 151.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]