Yekəxana (Göyçay)
Naviqasiyaya keç
Axtarışa keç
Yekəxana | |
---|---|
40°37′33″ şm. e. 48°02′37″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yekəxana — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kənd Qaraməryəm tirəsinin ətəyindədir. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870-ci ildə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy; 32 ailədən ibarət Yekəxana İbrahimbəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir. Oturaqlaşdıqdan sonra onlar iki kənd salmışdılar. Talib bəy və İbrahimbəy bu ailələrin başçıları olmuşlar. Sonralar oykonimin ikinci komponentləri ixtisar olunmuş, kəndin adı Yekəxana kimi rəsmiləşdirilmişdir.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Göyçay rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |