Aşağı Qaraməryəm

Aşağı QaraməryəmAzərbaycan Respublikasının Göyçay rayonunun Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Aşağı Qaraməryəm kəndi Alxasova kənd Sovetinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndi Alxasava kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Aşağı Qaraməryəm
40°34′45″ şm. e. 47°58′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Qaraməryəm xəritədə
Aşağı Qaraməryəm
Aşağı Qaraməryəm

Toponim "Qaraməryəm (əsli Qaramaryan) adlı yaşayış məntəqəsinin aşağı hissəsi" mənasındadır. Mənbələrdə Aşağı Qaraməryəm variantında da qeyd olunur. İki komponent "qara" (böyük) və "maryam" (dağın gündöyən hissəsi, çöl bitkiləri ilə əhatə olunmuş sahə) komponentlərindən ibarət olub, "böyük otlaq sahəsi, dağın gündöyən ətəyi" mənalarını bildirir. Ərazinin coğrafi mövqeyi də bu izaha uyğundur.[4]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən şərqdə, Qaraməryəm tirəsinin cənub yamacında, Yuxarı Şirvan kanalının sol sahilində, İncə, DövranlıQarayazı kəndlərinin yaxınlığında yerləşir.

Əhalisi 909 (2009) nəfərdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, bağçılıq, pambıqçılıqheyvandarlıqdan ibarətdir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  3. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  4. Aşağı Qaraməryəm // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.