Qaraməryəm — Azərbaycan Respublikasının Göyçay rayonunun Qaraməryəm kənd inzibati ərazi dairəsində kənd.[2]
Qaraməryəm | |
---|---|
40°36′58″ şm. e. 48°01′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 151 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Şirvan düzündən şm-da Girdimançay ilə Göyçay çayı arasında uzanan yüksəklikdə, Qaraməryəm tirəsinin ətəyindədir. Bəzi tədqiqatçılara görə, qismən təhrifə uğramış toponim Qaramərən olmalıdır. Qəsəbə adını oradakı eyniadlı çayın adından almışdır. Çayın adı qara və monqol dilindəki mərən (çay) sözlərindən ibarət olub, "qara çay" mənasındadır. Əslində qəsəbə ətəyində yerləşdiyi eyniadlı tirənin adı ilə adlanır. Keçən əsrin əvvəllərində kəndin adı Qaraməryəm variantında da qeydə alınmışdır.[3]
1918-ci ildə kəndin ərazisində Qaraməryəm döyüşləri baş vermişdir.
2009-cu ilin siyahıya alınmasına əsasən qəsəbədə 1528 nəfər əhali yaşayır.[4]
Qəsəbədə 1 ümümtəhsil məktəbi, 1 uşaq baxçası,, 1 klub, 2 kitabxana, 1 rabitə şöbəsi, 1 elektron ATS, xəstəxana və doğum evi, 2 aptek, 1 yanğınsöndürmə məntəqəsi vardır.
Qəsəbədə "Fatimeyi Zəhra" məscidi dini icması fəaliyyət göstərir[5].
Göyçay rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |