İnçə — Azərbaycan Respublikasının Göyçay rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd.[1] Rayon mərkəzindən şərqdə, Yuxarı Şirvan kanalının sağ sahilində, İsmayıllı–Müsüslü avtomobil yolu üzərində, Şirvan düzündə yerləşən kənd.
İnçə | |
---|---|
40°33′29″ şm. e. 47°58′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
İnçə toponimi XI – XII əsrlərdə Şimalı Qafqazda yaşamış qədim qədim qıpçaq tayfalarından biri olan əncə / incə tayfasının adı ilə bağlıdır. “İncə” sözü bir qayda olaraq kiçik çaylara verilən addır. İncələr XIII əsrin birinci yarısında bəzi qıpçaqların tərkibində Azərbaycana gəlmişdir. Yerli əhali İncə adını çox zaman İnçə formasında tələffüz edir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4008 nəfər əhali yaşayır.
Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, baramaçılıq və bağçılıqla məşğul olur.
Göyçay rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |