Alxasava — Azərbaycan Respublikasının Göyçay rayonunun Alxasava kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Birinci və İkinci Alxasova kəndləri vahid yaşayış məntəqəsi kimi birləşdiyindən həmin məntəqə Alxasova kəndi adlandırılmışdır. Alxasova kəndi İncə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alxasova kənd Soveti yaradılmışdır.[2]
Alxasava | |
---|---|
40°34′15″ şm. e. 47°56′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 41 m |
Saat qurşağı | |
Alxasova oykonimi şəxs adı (Alxas) və oba sözlərindən ibarətdir. Oykonim "Alxasa məxsus oba" mənasındadır. 1993-cü ilədək Birinci və İkinci Alxasova (Alxasoba) kəndlərindən ibarət idi.[3]
Kənd Böyük Qafqaz dağlarının cənubunda, Qaraməryəm tirəsinin ətəyində, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin mövqeyi Dövranlı, İncə və Aşağı Qaraməryəm kəndlərinə daha yaxındır, Göyçay şəhərindən şərq istiqamətdə yerləşir. Ərazisinin 40%-i dağlıq, 60%-i düzənlikdir. Kəndin mərkəzindən Yuxarı Şirvan kanalı keçir.
Əhalisinin əksər hissəsini qaraman türkləri təşkil edir. Əhalisinin sayı 809 (2009) nəfərdir.
Əhalinin əsas məşğuliyyəti narçılıq, taxılçılıq, bağçılıq, əkinçilik və heyvandarlıqdan ibarətdir.
Göyçay rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |