Hacıağabəyli — Azərbaycan Respublikasının Göyçay rayonunun Yeniarx kənd inzibati ərazi dairəsində kənd.[1] Rayon mərkəzindən cənub–qərbdə, Göyçay–Ucar avtomobil yolu kənarında, Ərəbşahverdi və Müskürlü kəndlərin qonşuluğunda, Şirvan düzündə yerləşən kənd.
Hacıağabəyli | |
---|---|
40°35′ şm. e. 47°39′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı hacı olan ailələr saldığına görə belə adlandırılmışdır. Oykonim "ağabəylilərin hacıya mənsub hissəsi" mənasındadır. Yaşayış məntəqəsi XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı Hacı olan ailələr saldığına görə belə adlandırılmışdır.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 249 nəfər əhali yaşayır.[2]
Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq və meyvəçiliklə məşğul olur.[3]
Kənddə Hacağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir[4].
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |