Ləkçılpaq

LəkçılpaqAzərbaycan Respublikasının Göyçay rayonunun Ləkçılpaq kənd inzibati ərazi dairəsində kənd.[1]

Ləkçılpaq
40°34′11″ şm. e. 47°51′19″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 27 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ləkçılpaq xəritədə
Ləkçılpaq
Ləkçılpaq

Kənd ağsaqqaların dediyinə görə kənd əhalisinin böyük bir hissəsi kəndə 1801-ci ildə baş vermiş Şamaxı zərzələsindən sonra köçmüşür.Mənbələrə görə köç Şamaxı rayonunun Göylərdağ kəndindən başlamış və Ləkçıplaq və ona qonşu olan kəndlərdə başa çatmışdır.Bunuda qeyd edək ki, kənd ərazisində məhəllələrin hər biri qədim adlara malikdir.Bunalar misal olaraq Kosallı,Daşdəmirli,Dəlləkli,Soflu və digər məhəllə adları göstərilə bilər.Qədim məhəllə adları kəndin yaşının ən azı 300-400 il olduğunu göstərir.

Şirvan düzündədir. Ləkçıplaq variantında da qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim "meşəsiz ərazidə yərləşən Lək kəndi” mənasındadır. Əslində, ləkçılpaq va ya çılpaqlək ləklərin bir qolunun adıdır. XIX əsrə aid mənbələrdə qaşqaylann tərkibində 100 ailəlik təyyibi-lək adlı bir tayfa haqqında məlumat verilir. Etnonimin birinci komponenti (təyyib) ərab dilində "bürünmüş, sarınmış” mənasını bildirir. Ləkçılpaq təyyibi-lək adının qarşılığıdır.[2]

2009-cu ilin siyahıya alınmasına əsasən kənddə 5660 nəfər əhali yaşayır.[3]

Kənddə Ləkçıplaq kənd məscidi dini icması fəaliyyət göstərir[4].Məscid kənd əhalisinin təşəbbüsü ilə tikilib.

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]

Ləkçıplaq kəndində 2 məktəb fəaliyyət göstərir.Məktəblər Ləkçıplaq kənd 1 saylı və 2 saylı tam orta məktəbləridir.Ləkçıplaq kənd 1 saylı tam orta məktəbindən hər il abuturiyentlər yuksək balla məzun olurlar.Göyçay rayon üzrə ilk 700 bal yığan Ləkçıplaq kənd 1 saylı tam orta məktəbinin 2018-ci il məzunu Qədirli Şəkər Nail qızıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)