Çaxırlı — Azərbaycan Respublikasının Göyçay rayonunun Çaxırlı kənd inzibati ərazi dairəsində kənd.[1] Rayon mərkəzindən cənub–şərqdə, Şilyan çayının sağ sahilində, rayonoun Ucarla həmsərhəd ərazisində, Şirvan düzündə yerləşən kənd.
Çaxırlı | |
---|---|
40°30′12″ şm. e. 47°50′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisinin sayı 3259 (2009) nəfərdir.[2]
Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, və bağçılıqla məşğul olur.
A.Bakıxanovun qeyd etdiyinə görə, bu kəndin adı oğuz türklərindən olan çəkərli (çakar, çakır, caxır, çaxırlı) tayfasının adı ilə əlaqədardır. Çəkərlilər eramızın əvvəllərində Şimalı Qafqazda yaşamış türkdlli, türkmənşəli bulqarların çakar tayfasından təşəkkül tapmışlar. Çakar tayfasının müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək burada məskunlaşmışdır.[3]
Tapperin Şahsevənlər haqqında tarixi araşdırmaları göstərir ki, Çaxırlı kəndinin adı Çakurlu və ya Cagirlu adlı tayfadan gəlir. Bu müəllifin fikrincə onlar uzaq keçmişdə kürd əsilli olub türkləşmiş tayfadır, lakin bunun üçün ciddi bir tarixi fakt ortaya qoymur. Şahsevən tayfalarından fərqli olaraq Cagirlu tayfası Muğan ərazisində ta 15-ci əsrdən yaşayıblar orada, Qızılağacda, Kür çayının Xəzərə tökülən hissəsində kiçik bir əmirlikləri olub. Məsələn, 1490-cı illərdə Ağqoyunlu Rüstəm Mirzənin müdafiəçilərindən biri olan Həsən bəy Çakurlu Ərdəbil və Muğanın hakimi olub. Səfəvilər dövləti yaranandan ta 1612-ci ilə qədər Ərdəbil və Muğanın hakimləri Çakurlular olublar. 1612-ci ildə Şah Abbas onları daha da şimala, Salyan və ətraflarına köçürür. Sonrakı illərdə tarixi mənbələrdə Şirvan və Şəki ətraflarında yaşayan Çakurluların adı çəkilir. XIX əsrin əvvələrində Çakurluların bir hissəsi köçərək Qaradağdakı Hacıəlili tayfalarına qoşulur.[4]
Kənddə Çaxırlı kənd məscidi dini icması fəaliyyət göstərir[5].
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |