Məlikkənd — Azərbaycan Respublikasının Göyçay rayonunun Məlikkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Məlikkənd | |
---|---|
40°32′59″ şm. e. 47°49′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 21 m |
Saat qurşağı | |
Kəndin adı Məlikkəndi olmaqla mənası hökmdarın kəndi, məliyin olduğu yer mənasındadır. IX əsrdə Şirvanşahlar dövlətinin ətraf kəndlərin idarəedilməsi üslübu məliklik mərkəzlərindən biri, həmçinin yerli qazi-məhkəmə sisteminin mərkəzi. Məlikkənd kəndində 1876-ci ildə Göyçay qəzasinda ilk məktəb qazi Abdulhəmid tərəfindən açilmişdir və 1905-ci ildə rus-tatar məktəb çevirilmişdir. 1920-ci ildək ətraf kəndlərin əhalisi bu məktəbdə təhsil almişdir. Azərbaycan milli azadlıq hərəkatinin iştirakçisi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, Göyçay qəzasinin nümayəndəsi Əfəndiyev Haci Hüseyn Abdulla əfəndi oğlu bu məktəbi bitirib, istanbulda təhsilini davam etdirmişdir. Hazırda köhnə məktəbin ərazisində həmin dövrün yadigarı olan yaşı 150 ildən çox çinar ağacı vardır.
Şirvan düzündədir. Oykonim Məlik şəxs adından və kənd sözündən ibarət olub, "Məlikin kəndi, Malikə maxsus kənd” mənasındadır. Kənd vaxtila dağılmış, sonralar yenə həmin adla yenidən bərpa olunmuşdur.[2]
Kənd Göyçay rayonunun mərkəzindən 15 km cənubda düzən ərazidə yerləşir. ərazi vaxti ilə Göyçay çayının qolu Şilyan çayi sahili boyunca cənubdan şimala gedən karvan yolunda yerləşən məntəqə olmuşdur. iqlimi düzən dağətəyi, isti subtropikdir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 820 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və bağçılıqdır. Şirvan zonasinda ən yaxşi göycə alça sortu bu ərazidə yetişir.
Göyçay rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |