Yekəxana — Azərbaycan Respublikasının Göyçay rayonunun Qaraməryəm kənd inzibati ərazi dairəsində kənd.[1]
Yekəxana | |
---|---|
40°37′33″ şm. e. 48°02′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Qaraməryəm tirəsinin ətəyindədir. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870-ci ildə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy; 32 ailədən ibarət Yekəxana İbrahimbəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir. Oturaqlaşdıqdan sonra onlar iki kənd salmışdılar. Talib bəy və İbrahimbəy bu ailələrin başçıları olmuşlar. Sonralar oykonimin ikinci komponentləri ixtisar olunmuş, kəndin adı Yekəxana kimi rəsmiləşdirilmişdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır.[3]
Göyçay rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |