Muradxanlı (Qubadlı)
Muradxanlı | |
---|---|
39°27′16″ şm. e. 46°37′35″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 754 m |
Saat qurşağı | |
Muradxanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi[redaktə | mənbəni redaktə et]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ilin 2 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası[redaktə | mənbəni redaktə et]
Muradxanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqələri keçmişdə yayı Zəngəzur qəzasında, qışı isə Qarabağda keçirmiş təklə tayfasının muradxanlı tirəsinə mənsub ailələrin oturaqlaşaraq məskunlaşması nəticəsində yaranmış və həmin tirənin adı ilə adlandırılmışdır.[2]
Əhalisi[redaktə | mənbəni redaktə et]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 42 evdə 164 şiə kürd yaşayırdı.[3]
1 noyabr 1992-ci ildə Qubadlı rayonunun Muradxanlı kəndinə ermənilərin silahlı basqını nəticəsində 5 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.[4] Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.[5]
Abidələri[redaktə | mənbəni redaktə et]
- Qalalı qalası (yeraltı keçidlə, V əsr) - Muradxanlı kəndi (İNV № 4699)
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.
- ↑ "Arxivlənmiş surət". 2008-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-03.
- ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |