Çivandərə

Çivandərə — İrəvan quberniyasının İrəvan qəzasında kənd adı[1] XIX əsrin sonlarından mənbələrdə adı çəkilmir. Qıpcaqların Çipan tayfasının adını əks etdirir.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Чивандәрә // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.

Tarixi Azərbaycan əraziləri
Çivandərə
Ümumi məlumatlar
Bölgə İrəvan quberniyası

1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qarni nahiyəsində çuvan[2][3], XIX srdə Batum əyalətinin Artvin dairəsində Çuvan, Tiflis quberniyasının Qori qəzasında Çivan-Ubani[4] və Özbəkistanda Çuvan-Sirak kənd adları ilə[5] mənşəcə eynidir. Türkiyədə Ərzrum əyalətində Çivanqala adlı yaşayış məntəqəsi vardır. Onun digər adı Avnikqaladır[6][7]. Ərzrum əyalətində Avnik adlı kənd də bu qalanın adı ilə bağlıdır (eynə orada). Avnik qalasının adı "Kitabi Dədə Qorqud" eposunda çəkilir. Bu da maraqlıdır ki, 1588-ci ilə aid mənbədə Qarabağın "Otuziki ulusun"da Qara-Çiyan adlı oymaq qeyd olunmuşdur[8].

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  2. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  3. Bəndəliyev N.S. Dağlıq Şirvan oronimlərində bə’zi etnonimlərin izləri. "Azərbaycan SSR EA Xəbərləri" (Yer elmləri serutası), 1979, № 3.
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  5. ТолостоваЛ.С. Отголоски ранних гтапов егтногенеза нарадов средней азий в историцеской ономастике. "Ономастика Средней Азий". М., 1978, С. 9–10
  6. . Повествование Вардапета Аристокеса Ластиверцы. Перевод с др. армянского К.Н.Юзбашяна. М., 1968.
  7. Захарий Канакерци. Хроника. Пер. с арм. языка, М.Д.Дарбинян-Меликян. М., 1969.
  8. Kirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979.