İraq müharibəsi (2003–2011)

İraq müharibəsiABŞ və onun müttəfiqlərinin İraqa Səddam Hüseyn rejmini devirmək məqsədilə müdaxiləsi.

İraq müharibəsi
Saat istiqamətində, ilk təsvir: ABŞ əsgərlərinin Səmərra şəhərində patrul nəzarəti etməsi, ikinci təsvir: Bağdad meydanındakı Səddam Hüseyn heykəlinin dağıdılması, üçüncü təsvir: Bağdadın cənubunda bir avtomobilə yerləşdirilmiş bombanın partadılması, sonuncu təsvir: İraq əsgərlərinin müqaviməti.
Tarix 20 mart 2003 – 18 dekabr 2011
Yeri İraq
Səbəbi neomühafizəkarlıq[d], Qalıq yanacaqlar, İnsan hüquqları, Plasdarm, 11 sentyabr terror aktları
Nəticəsi

ABŞ ordusunun ölkədən çəkilməsi

Münaqişə tərəfləri

İraq
BƏƏS
Mehdi Ordusu
Əl-Qaidə
İraq İslam Ordusu
Əqrəblər

NATO
ABŞ
Böyük Britaniya
Peşmərgə
Yeni İraq Ordusu
Oyanış Hərəkatı

Komandan(lar)

Səddam Hüseyn
Qusey Hüseyn  
Udey Hüseyn  
Tariq Əziz  Təslim
Müqtəda əs-Sədr
İzzət İbrahim
İsmayil Cəburi
Əbu Musab  
Əbu Eyyub Masri
Üsamə bin Laden

Corc Uoker Buş
Tommi Franks
Rikardo Sançez
Corc Kessi
Devid Petreus
Toni Bler
Qordon Braun
Nuri əl-Maliki

Tərəflərin qüvvəsi

375,000+
70.000 (sünnilər)
60.000 (Mehdi ordusu)

300.000 +
50.000

İtkilər

Ordu – 6,370-10,800
Digər – 18,136-23,837
Saxlanılan – 18,900

Koalisya – 11,057
ABŞ – 4.483
Britaniya – 179

8 il 8 ay davam edən müharibə İraqda 1.033.0000 insanın ölümünə səbəb oldu. Öldürülən insanların 48% silahlı qarşıdurmalar zamanı, 20% bomba yüklü atomobillərin partadılmasında, 20% hava hücumları zamanı həlak olmuşdur.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibə əvvəli geosiyasi vəziyyət

[redaktə | mənbəni redaktə et]
"Səhrada tufan" əməliyyatı 1991-ci il 17 yanvar

1980–1988-ci illər İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə baxmayaraq, İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı hərbi təcavüzə başlayır. İraq hökuməti sübut etməyə çalışmışdır ki, Osmanlı imperiyası dövründə Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə vilayətindən qoparılmışdır. BMT-nin Təhlükəsizlik Şurası İraqa zəbt etdiyi ərazidən öz qoşunlarını geri çəkmək üçün 1991-ci ilin 15 yanvarına qədər vaxt vermişdir. Bir gün sonra, daha doğrusu, yanvarın 16-dan 17-nə keçən gecə şərti adı " "Səhrada tufan" " əməliyyatı ilə tərkibi əsasən ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi qoşun kontingenti Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başlayır və qısa müddət ərzində Küveyt ərazisi İraq qoşunlarından təmizlənir.
Bununla "ürəyi soyumayan" BMT-nin Təhlükəsizlik Şurası İraqa qarşı daha sərt tədbirlərə əl atır və müxtəlif sanksiyalar tətbiq etməyə başlayır. Başqa sözlə desək İraqdan hər cür xammal və hazır məhsulun çıxarılmasına ilk növbədə neftin və təbii qazın ixracına, eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla İraqa xammalın, hazır məhsulların, xüsusilə hərb sənayesinə kömək edəcək məmulatların idxalına qadağa qoyulur.
1998-ci ilin dekabrında ABŞBöyük Britaniya hərbi hava və hərbi dəniz qüvvəlləri İraqı, ilk növbədə Bağdadı raket atəşinə tutur.[1]
ABŞ rəhbərliyindəki müttəfiq qüvvələr 1993, 1996, 1998 və 2001 illərdə İraqa qarşı hava hücumları, sonra tətbiq olunan BMT embarqosu 1996-cı ildə başlayan qida qarşılığı Neft proqramı ilə yumşaldıldı.
ABŞ-nin İraqa mümkün ola biləçək hərbi müdaxiləsi haqqında ilkin ehtimallar Kütləvi informasiya vasitələrində 2001-ci il 11 sentyabr hadisələrindən sonra peyda olmağa başladı. Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Böyük Britaniyanın baş naziri Toni Bler hələ 2002-ci ilin aprelində ölkənin gələcək müharəbədə iştiraktına razılıq vermişdir.
Birləşmiş Millətlər Təşkilatının Monitorinq, Yoxlama və Təftiş Komissiyası (ing. UNMOVIC) İraqda müharibə başlayanadək kütləvi qırğın silahlarının istehsalı ilə bağlı axtarış aparsa da, onun istehasılı ilə bağlı heç bir iz tapmadı.
Amerikan Vətəndaş Məsuliyyəti Mərkəzi Müstəqil Jurnalistlər Fondu ilə birgə tədqiqat apararaq, 2001-ci ilin sentaybr ayından 2003-cü ilin sentyabr ayınadək ABŞ hökumətinin İraqla bağlı 935 yalan məlumat verdiyini hesablamışlar. 260 yalan bəyanat verməklə prezident Corc Buş bu siyahıya başçılıq edir. Bu bəyanatlardan 232-si Səddam Hüseynin kütləvi qırğın silahına malik olmasıyla bağlı olub, 28-i isə İraqın "Əl-Qaidə ilə əlaqələri haqqındadır.[2]

Müharibənin başlanma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Ölkədə atom silahının olmasını və hökumətin rəsmi dairələrinin beynəlxalq terrorizmə dəstək verməsini bəhanə edərək ABŞ və onun tərəfdarları öz hərbi hava qüvvəllərini İraqa göndərir. Əslində məqsəd İraq neftinə sahib olmaq və rəsmi Vaşinqtonun istəklərinə məhəl qoymayan Səddam Hüseyn hökumətini devirmək idi. Bəzi mənbələrə əsasən, İsrailin varlığını və təhlükəsizliyini qorumaq da işğal məqsədləri arasında var idi. ABŞ-nin İraqa müdaxiləsinin sırf neft üçün olması haqqında məlumatlar ABŞ tərəfindən yayılmış bir qəsdli plan kimi də sayılır. İraq müharibəsinin iqtisadi-siyasi tərəfdən neft amili ilə əlaqələndirdikdə , məsələnin ideoloji tərəfini anlamaq çətinləşir. İngiltərəli məşhur jurnalist Robert Fisk heç də təsadüfən İraq savaşını səlib yürüşlərinə (xaç yürüşlərinə) bənzətməyib, bu bənzətmədə bir çox reallıqlar üzə çıxır. Robert Fisk in məlumatına əsasən, İraq müharibəsində iştirak edən xristiyan döyüşçülər bütün Xaç yürüşlərində iştirak edən xristiyanların sayında daha çoxdur.
Səddam zamanında İraq :

  • İsrailə qarşı Fələstinli mübarizəçiləri açıq şəkildə müdafiə edirdi.
  • Kapitalist və açıq bazar iqtisadiyyatına ölkənin qapıları bağlı idi.


Müharibədən əvvəl dini münaqişələrin qızışdırılması, kürd birləşmələrinin demokratiya yalanıyla ayağa qaldırılması bu müharibəyə geyindirilən neft donundan çıxardaraq, ideoloji cəhətlərini də açıq-aşkar göstərir. Belə ki, şəxsən Corc Buşun "Bu bir xaç savaşıdır" açıqlaması "NeoConların"(Mühafizəkarlar) savaşa dini çalarlar qatmasının ən açıq isbatıdır.

Polşa Silahlı Qüvvələri və ABŞ Silahlı Qüvvələri Irakda kimyəvi kütləvi qırğın silahları tapdı[3][4][5].

İraqın işğalı

[redaktə | mənbəni redaktə et]

ABŞ prezidenti Corc Buş 17 mart 2003 tarixində uzun illər boyu kütləvi qırğın silahlarına sahip olmaqda günahlandırdığı İraq hökumətinə, 48 saatlıq ultimatium vermiş və bu müddət bitdikdə İraqa dərhal hücüm etmişdir. Ağ Evin yayımladığı bir xəbərdə 35 ölkənin işğala kömək etdiyini elan etmişdir. Bu xəbərdə 15 ölkənin də İraq işğalına dəstək verdikləri ancaq, adlarının qeyd olunmasını istəmədikləri bildirilmişdir.

ABŞ-nin "sülh silahları"

[redaktə | mənbəni redaktə et]

ABŞ müharibəyə 300 min əsgəri səfərbər etmişdir. İngiltərə hökuməti isə 47 min əsgərlə müharibəyə qoşulmuşdur.[6]
Hərbi əməliyyatlarda Koalisiya qüvvələrinin 700-dən çox hərbi təyyarəsi, strateji bombalayıcı təyyarələr: В-52Н,В-2А, taktiki qırıcı təyyarələr:,-15, F-16, F-117A, hücum təyyarələri: А-10А, yanacaq dolduran təyyarələr: КС-135, КС-10, xüsusi əməliyyat təyyarələri : АС-130 və s. istifadə olunmuşdur. "Tornado-GR.4", "Yaguar", "Puma", "Tristar", E-3D "Sentri", "Kanberra" və s. təyyarə və vertolyotlar Küveyt, Səudiyyə Ərəbistan, Oman, İordaniya, Qətər aviabazalarında yerləşdirilmişdi.[7]
Wikileaks saytının yaradıcısı Culian Assanj 2010-cu ildə "Reuters" media agentliyinin jurnalistlərinin 2007-ci ildə NATO vertolyotları tərəfindən güllələnməsinin video materiallarının nümayiş etdirdikdən sonra, Assanj "dünyanın ən demokratik dövlətinin" qəzəbindən gizlənməyə məcbur olmuşdur. Wikileaksdlə dərc olunan məlumatlara əsasən, ABŞ 2386 ədəd yaxın məsafəli kimyəvi silah, beynəlxalq hüquq normalarına görə qadağan olunmuş ağ fosfor, zəhərli qaz bombaları, sinir sisteminə təsir edən, paralic yaradan sarin maddəsindən və bir çox digər kimyəvi silahlardan istifadə etmişlər.[8]
Amerika Quru Qoşunları Artilleriya xidmətinin başçısı, polkovnik Ceyms Nouton çıxışında qeyd etmişdir ki, İraqla mübarizədə az zənginləşdirilmiş urandan da istifadə olunacaq.[9] Bu tip bəyanatla müharibə öncəsi Pentaqon rəsmiləri də çıxışlar etmişlər. [10]

Tommi Frenks İraqa müdaxilə zamanı koalisiya qüvvələrinin qərəgahı Doha şəhərində (Qətər) idi. ABŞ hərbi qüvvələrinə ABŞ-nin Mərkəzi Komandanlığının generalı Tommi Frenks başçılıq edirdi. 2003-cü ilin iyulunda onu Con Filip Abizaid əvəz etdi. O, 2007-ci ilin 16 martında Vilyam Fellon tərəfindən əvəz olundu.

Rikardo Sançez

Koalisiya qüvvələrinə başçılıq:

Hərbi əməliyyatların gedişi

[redaktə | mənbəni redaktə et]
Səddam Hüseynin Bağdaddakı heykəlinin uçurdulması. 9 aprel 2003-cü il

20 mart 2003-cü ildə Amerikan raketləri səhər vaxtı Bağdada düşməyə başladı. Ardınca gələn günlərdə İngilis və Amerikan quru qoşunları ölkənin cənubundan daxil oldu. 9 aprel 2003-cü ildə ABŞ silahlıları Bağdadın mərkəzinə doğru iləliləməyə başladı. Səddam Hüseynin şəhər üzərindəki hakimiyyəti dağıdıldı. Kürd fədai dəstələri və Amerikalı əsgərlər şimaldakı Kərkük ve Mosul şəhərlərini ələ keçirdilər. Paytaxtda və bir çox iri şəhərlərdə qətl və qarət halları dəfələrlə artdı.
İyul ayında ABŞ hökuməti devrilmiş İraq rejiminin üzvlərindən 55 əhəmiyyətli şəxsi tutmaq istədiyini elan etdi. Keçmiş Baş nazirin müavini Tariq Əziz tutuldu

Pol Bremer İraq Koalisiya Şurasının I Sədri 12 may 2003-cü il-28 iyul 2004-cü il

Aprel ayında Səddam Hüseyinin oğulları Uday ve Kusay Mosulda təşkil olunan silahlı basqında öldürüldü. 2003-cü ilin oktyabr ayında Qızıl Xaç mərkəzinin də aralarında olduğu bir çox sivil mərkəz bombardman edildi.
Noyabr 2003-cü ildə İraqda təhlükəli vəziyyət daha da katostrofik forma almağa başladı. 1 may 2003-cü ildə ABŞ prezidenti C. Buş müharibənin başa çatmasını elan etməsindən 6 ay keçməsini baxmayaraq, İraqda müharibə sonrası ölən əsgər sayı müharibə vaxtı ölənlərdən çox idi. 15 noyabr tarixində İdarəetmə komissiyası ölkədə hakimiyyəti İraqlılara təhvil verməklə bağlı bir təqvim elan olundu. 2003-cü il 14 dekabrında Səddam Hüseynin tutulduğu dünyaya elan edildi.[11]
Müharibənin ən asan tərəfi Səddam Hüseynin devrilməsi oldu, bundan dərhal sonra bu vaxtadək İraqda mövcud olan dövlət quruluşu çökdü.
İraq Müvəqqəti Koalisiya Şurasının I Sədri elan edilən Pol Bremer 12 may 2003-cü ildən 28 iyul 2004-cü ilədək İraqın idarəedici hakimiyyətinin başçısı oldu. O, İraqda bir növ Prezident vəzifəsini yerinə yetirirdi.

İşğaldan sonrakı vəziyyət (2003–2010)

[redaktə | mənbəni redaktə et]

Partizan mübarizəsi

[redaktə | mənbəni redaktə et]

2003-cü ilin 19 martından 4 aprelinə kimi (nə qədər ki Hərbi Hava Qüvvələri Bağdadda mərkəzləşmiş şəkildə idarə olunurdu) müxtəlif informasiya agentliklərin məlumatına əsasən, gündə 3–5 arası Amerika təyyarəsi vurulurdu. Xarici jurnalistlərin hərbi əməliyyatlar zamanı məhdudlaşdırılmış fəaliyyətini də nəzərə alsaq belə çıxır ki, Bağdad və ətrafında vurulan təyyarələrin sayı daha çox ola bilər.

15 aprel 2003-cü ildən, yəni İraqın böyük şəhərlərində nəzarət tam bərqərar olduqdan sonra işgalçılara qarşı üsyançıların mübarizəsi başladı. Üsyanların baş vermə tezliyi ABŞ ordusunun rahatlığını pozmuşdu. Əgər 2003-cü ilin may-iyun aylarında çıxışlar az idisə, artıq növbəti aylarda bu təşkil olunmuş tam bir struktura malik İraq hərakatına çevrilmişdi.

İraq partizanları

İraq anti-amerika hərakatının yaranması və təşkilatlanması ABŞ-nin oradakı hərbi qüvvələri tərəfindən tamamilə maniəsiz şəkildə qarşılandı. Amerika generalları müharibə bitən kimi atılmış silahları toplamaqdansa və ya silahları insanlardan müsadirə etməkdənsə antik əşyaların və əlyazmaların qarətinə girişdilər. Öz soygunçuluğunu gizlətmək üçün isə həbsxanalardan cinayətkarları buraxıb tam bir xaos yaratdılar. Təbii ki belə halda heç bir sabit işğalçı rejimdən söhbət gedə bilməzdi. Əgər 2003-cü ilin may-iyun aylarında İraqda 20 dəfə atışmalar olurdusa, yayın sonunda bunun sayı iki dəfəyə qalxdı. 2003-cü ilin payızında isə sutkada 200 dəfə hücum olurdu. [12]


Partizan dəstələri əvvəllər koalisiya qüvvələrinin əsgərlərinə hücum çəkirdilər, buna görə koalisiya əsgərləri bazalara çəkidilər. Bundan sonra partizanlar koalisiya qüvvələrinə xidmət edən iraqlılara və yükmaşınlarını hədəfə almağa başladılar. Beynəlxalq təşkilatların İraqdakı mərkəzlərinə, xarici ölkələrin səfirliklərinə hücümlarda təşkil olunmuşdu.
2003-cü ilin avqustundan etibarən bomba yüklü maşınlarla hücum əsas hərakat forması olmuşdur. 2004-cü ilin aprel-avqust aylarında partizan hərəkatı yeni bir mərhələyə keçdi. Müqtəda əs-Sədrin liderliyində şiə ərəblərin qatıldığı Koalisiya qüvvələrinə qarşı ikinci cəbhə açıldı. Hərəkat gizli partizan hərəkatından açıq əsgəri mübarizə və çaxnaşmalara çevrildi.[13]
2007–2008-ci illərdə sayıları 25–40min nəfər hesab olunan partizanlar əsasən, keçmiş rejimin tərəfdaşları, yerli siyasi birliklərin üzvləri, mütəşəkkil cinayətkar dəstələrin üzvləri idilər.[14]
Antoni Cordesmanın 2007 təxmininə gorə İraqda 15 –25 min partizan mövcuddur.[15]

2004-cü il hərbi əməliyyatlar

[redaktə | mənbəni redaktə et]

2003-cü ilin sonuna doğru İraq şiələrinin dini və siyasi liderləri ümumi seçkilərin keçirilməsi və hakimiyyətin seçilmiş hökumətə təhvil verilməsi tələbi ilə çıxış etdilər. Şiələr bu yolla uzun illər boyu S. Hüseynin hakimiyyəti dövründə sünni azlığının əlində olan hakimiyyəti əla almaq istıyirdilər. Onların tələbləri Müvəqqəti Koalisiyanın planları ilə fərqlənirdi. ABŞ-nin mövqeyi şiələr arasında narazılıq yaratdı. Şiələrin ən radikal nümayəndələrindən biri İslam dünyası əsasında plüralist demokratik İslam dövlətinin qurulması üçün xarici qoşunların çıxarılması üçün çalışan molla Müqtəda əs-Sədr idi.[16] 2004-cü ilin fevral-mart aylarında İraqda müvəqqəti sakitlik yarandı.

Terror hadisələri

[redaktə | mənbəni redaktə et]
Bağdad 2003-cü il 19 avqust BMT-nin Bağdad qərargahındakı terror aktı

Mübarizənin bir digər forması terror aktlarının təşkil edilməsi oldu.bunlardan ən ilki 2003-cü ilin avqustun 7-də İordaniya səfirliyinin partladılması oldu. Bu terror aktını "Əl-Qaidə"nin rəhbəri Əbu Musab əl-Zərkavi götürür. Suiqəsdçi terrorist minalanmış maşını səfirlik binasının qarşısında partlatması nəticəsində 19 bəfər həlak olmuşdur.[17] ,[18]

Terroristlərin sonrakı məqsədləri BMT-nin Bağdaddakı qərargahının partladılması dururdu. 2003-cü il 19 avqustda 22 nəfərin ölümü ilə nəticələnən terror hadisəsində BMT-nin İraq missiyasının sədri Serjio Vieyra di Mello da həlak olanlar arasında idi. [19] Müharibə dövrü bu zamana qədərki ən iri terror hadisəsi İtalyan ordusunun Nasiriyyə bazasına edilmiş terror hadisəsi sayılır. [20]
2004-cü il 2 mart — hücum və partlayış silsiləsi (aralarında sui-qəsd partlayış hadusəsi də var), Kərbəlada zəvvarlara qarşı şiə Aşura matəmi zamanı törədilib. 115–121 nəfər həlak olan ,200-dən çox yaralı.[21][22][23]
2004-cü il 2 mart — Bağdadda şiələrin Aşura matəmi zamanı sui-qəsdçi-terrorist tərəfindən partayış törədilib. 70 nəfərə yaxın həlak olan.[22][23][24]

2005-cil yanvarında Seçki ərəfəsində sunni əhalinin yaşadığı ərazilərdə seçkilər əleyhinə baykot edilsə də, seçki baş tutdu. Bu dövr terrorçular öz sıralarını doldurmaq üçün, əsasən Suriya sərhədini keçib gələn döyüşçüləri öz aralarına qəbul edirdilər. Seçkilərdən sonra may ayınadək davam edən səssizlik terror aktları ilə kəsildi.
2005-ci il 28 fevral — sui-qəsdçi-terrorist minalanmış maşını Hilla şəhər şurasının qarşısında işsizlər ordusunun arasında partladıb. 130 nəfərə yaxın həlak olan, 130–150 yaralı. 2 mart İraqda ümumi hüzn günü elan edilmişdi.[25][26][27][28]
2005-ci il 10 mart — sui-qəsdçi-terrorist özünü Mosulda məsciddə partlatdı. 50–51 həlak olan, 80–100 yaralı.[29],[30][31]
2005-ci il 4 may — sui-qəsdçi-terrorist İraq polisi üçün yığım mərkəzi kimi fəaliyyət göstərən kürd Ərbilə paryiyasının binası qarşısında özünü partladıb. 45–60nəfər həlak olan, 100-dən çox yaralı.[32][33],[34]
2005-ci il 16 iyul — sui-qəsdçi-terrorist özünü Musaib bazarında partladaraq, bununla yaxınlıqdan keçən benzin daşıyan tankerin də partlayışına səbəb oldu. 98 həlak olan, 150-dən çox yaralı. 150-dən çox mağaza və dükan məhv edilib, 37 maşın (onlardan 13 — dövlət orqanlarına məxsusdur).[35][36][37]
2005-ci il 14 sentyabr — sui-qəsdçi-terrorist minalanmış avtobusu (Bağdad) Məşğulluq idarəsinin qarşısında partladıb. 111–114 həlak olan, 160 yaralı.[38][39][40]
Bu mövzu ilə bağlı daha dolğun məlumatı göstərilən məqalədən almaq olar. ru:Список крупнейших терактов в ходе Иракской войны

Seçkilər (2005)

[redaktə | mənbəni redaktə et]

İraqda 30 yanvar 2005-ci il tarixi parlament seçkiləri təşkil olundu. 5200 seçki məntəqəsində 9 saat ərzində seçkilər keçirilmişdir. Rəsmi mənbələrə əsasən, 8,55 milyon seçki bulleteni həqiqi hesab edilmiş, bu seçki hüququ olan əhalinin 58%-dir. İraqlılar Milli Asambleyanın 275 üzvüunə səs vermişdilər. Seçilənlər öz növbəsində prezidenti, onun müavinlərini seçməli və gələcək Konstitusiyanın layihəsini hazırlamalı idilər.
2005-ci il 13 fevralda elan edilən nəticələr:

  • Ayətullah Əli əs-Sistani (şiə dini lideri, Birləşmiş İraq İttifaqı) – 48% səs.
  • Kürdüstan İttifaqı – (Demokratik Kürdüstan Partiyası, Vətənpərvər Kürdüstan Şurası) −25,7% səs.
  • İraq siyahısı bloku −13,8% səs.
  • sunni partiyaların yığdıqları səs məlum deyil.[41]


Bəzi mənbələrə əsasən, 2% seçiçi – 150000 min nəfər Qazi Əl-Yavərə səs vermişlər

Parlamentdə yerlərin bölgüsü


  • Ümumi — 275 deputat
  • 140 — "Birləşmiş İraq İttifaqı" (şiələr),
  • 75 — "Kürd İttifaqı",
  • 40 — "İraq siyahısı",
  • 17 — sunni deputatlar.


2005-ci il dekabrın 15-də İraq parlamentinə yenidən seçkilər başlandıqdan dərhal sonra Bağdadın mərkəzi basqına məruz qalmışdır. Polis nümayəndələrinin məlumatına görə, seçki məntəqələri açıldıqdan bir neçə dəqiqə sonra İraq paytaxtının "yaşıl zona" adlı yaxşı möhkəmləndirilmiş rayonu minomyot atəşinə məruz qalmışdır. Bu rayonda hökumət idarələri və xarici dövlətlərin səfirlikləri yerləşir. Dekabrın 15-də iraqlılar yeni parlamentin – Milli Assambleyanın deputatlarını seçməlidirlər. Şiələr və sünnilər səsvermə ərəfəsində öz tərəfdarlarını seçkiləri boykot etməməyə çağırmışlar. Eyni zamanda, "İraqda əl-Qaidə əl-cihad" qruplaşmasına seçkilər günü həmlə və basqınlardan çəkinmək xahişi ilə çağırış səsləndirilmişdir.[42],[41] Səsvermə günü 40 nəfərin terror qurbanı olduğu məlumdur.[43]

Dekabrın 15-də keçirilən parlament seçkilərinin nəticəsi ilə artıq İraqda daimi parlament yaradılmalı idi. Bu seçkilərdə də Birləşmiş İraq İttifaqı üstünlüyü ələ aldı. Onlar 128 deputatla parlamentdə təmsil olundular. Sunni partiyalar 58 deputat yeri, kurd partiyalar 53 deputat yernini tuta bildilər.[44]

Vətəndaş müharibəsi (2006)

[redaktə | mənbəni redaktə et]

Son illər sünni hərbi qruplaşmaları, o cümlədən Bəəs partiyasının keçmiş fəalları və S. Hüseyn ordusunun zabitləri, habelə müxtəlif terrorçu strukturlar şiələrin başçılıq etdiyi Heydər əl-Abadi hökuməti ilə yeni mübarizə metodlarına əl atmağa başlamışlar. Ekstremist qruplaşmalar (məsələn, "İraq və Şam İslam Dövləti") "əl-Qaidə" ilə sıx əlaqədədir. Sünni birləşmələrinin məqsədi hakim şiə koalisiyasını devirməkdir. Yaraqlılara bəzi Ərəbistan monarxiyaları və ilk növbədə Səudiyyə Ərəbistanı dəstək verir. Belə ki, Səudiyyə Ərəbistanı sünni qruplaşmalarını pul, silah və təlimçilərlə təchiz edir.[45] İraqda şiə siyasi qüvvələrin hakimiyyətı gəlməsi İslamın iki müxtəlif əsas təriqət nümayəndəsi olan İraqlılar arasında əhəmiyyətli dərəcədə gərgin münasibətlər yaratdı. Baxmayaraq ki, Sunnilər dini azlıq idilər, onlar ənənəvi olaraqölkənin siyasin elitasının əsasını təşkil edirdilər (Səddam Hüseyn özü də sunni idi). Vəziyyətin dəyişməsi, şiə və kürdlərin siyasi təşəbbüsü ələ alması və İraq ərazisində öz suveren dövlətini elan etməsinin reallığı fikri sünni icmasının qorxudurdu. Şiə və kürd icmalar öz dövlətlərini yaratsaydılar, ölkə hissələrə parçalanaçaq və demək olar ki, bütün əsas neft yataqlarının itirəcəkdi. Bu vaxta qədər sünni və şiə silahlı qrupların İraqdakı xarici qüvvələrə qarşı döyüşürdülərsə, 2006-cı ildən beynəlxalq koalisiya qüvvələrinə qarşı mübarizə ikinçi plana çəkildi.

22 fevralda naməlum şəxslər tərəfindən Samirə şəhərində Əl-Əsgəri məscidində partlayış təşkil edildi. Heç bir can itkisi yox idi, lakin şiə məscidinin qübbəsi dağılmışdı. Dini münaqişə zəminində zorakılıq dalğası sonrakı günlərdə İraqı bürümüşdü.

BMT-nin Baş katıbi Kofi Annan xəbərdarlıq etmişdir ki, İraq vətəndaş müharibəsi ərəfəsindədir. O demişdir: "Əgər vəziyyətin pisləşməsi prosesini dayandırmaq üçün təcili və qəti tədbirlər görməsək, onda, İraqda baş verənləri nəzərə almaqla, bütün bunlara biz də cəlb oluna bilərik. Mahiyyət etibarilə biz, əslində, elə cəlb olunmuşuq". K. Annan iki il əvvəl ABŞ-nin İraqa hərbi müdaxiləsini qanunsuz adlandırmışdı, çünki bu müdaxilə BMT-nin Təhlükəsizlik Şurasından yan keçmişdi. Onun iradı Vaşinqtonun kəskin narazılığına səbəb olmuşdu. Baş katib bu ilin sentyabrında laqeydliyin və zorakılığın indiki meyillərinin saxlanılacağı halda İraqda əsil vətəndaş müharibəsinin başlanacağı barədə xəbərdarlıq etmişdir. O bildirmişdir ki, Yaxın Şərq ölkələrinin liderləri arasında çoxmillətli qüvvələrin İraqda qalıb-qalmaması məsələsində fikir ayrılığı mövcuddur.[46]

2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı.

İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, KərkükSəlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı.

"Böyük Dalğa" (2007)

[redaktə | mənbəni redaktə et]

Corc Buş 2007-ci il 10 yanvar-da ABŞ-nin İraqdakı yeni strategiyasını elan etdi. Qeyri-rəsmi olaraq "Yeni yolla irəli" adını alan xətt Böyük Dalğa adı ilə məşhurdu.[47]

Corc Buş İraq məsələsində səhvlər buraxdığını etiraf edirdi. O, uğursuzluqların səbəbini əsgər çatışmazlığı və amerikan komandanlığının kifayət qədər hərəkət azadlığının olmamasında görürdü. Yeni strategiyada İraqa əlavə ordu hissələrini göndərilməsi məsələsinə toxunulurdu. Əgər əvvəllər Amerikan əsgərləri döyüşçülərdən təmizlənmiş əraziləri tərk edirdilərsə, "Böyük dalğa" xəttinə görə əsgərlər təhlükəssizliyi qorumaq məqsədilə həmin ərazilərdə qalacaqlar. [48]

Mehdi ordusu və "Əl-Qaidə" (2008)

[redaktə | mənbəni redaktə et]

Əl-QaidəÜsamə bin Ladenin keçmiş lideri olduğu terror təşkilatı. 1989-cu ildə yaranmışdır. 2009-cu ildə Londonda nəşr olunan "El Kuds El Arabi" qəzetinin baş redaktoru Abdulbari Atvan bununla bağlı çox maraqlı məqalə yazıb. Bu məqalə dünyanın, o cümlədən Qərbin bir çox nüfuzlu nəşrlərində tərcümə edilərək yerləşdirilib.[49]

Əl-Qaidənin tələffüz variasiyasına "Əsas" mənasını verən əl Qaeda da daxildir; Əsas; Qaidat əl-Cihad (Cihad üçün əsas); keçmiş Qaidat Ənsar Allah (Allah dəstəkçilərinin Əsası); İslam Ordusu; İslami Xilasetmə Fondu; Əsas; Müqəddəs Şəhərləri Qoruma Qrupu; Müqəddəs Yerlərin Azadlığı uğrunda İslam Ordusu; Yəhudilər və Səlibçilər əleyhinə Cihad uğrunda Dünya İslam Cəbhəsi; Üsəma bin Laden Şəbəkəsi; Üsəma bin Laden Təşkilatı; əl-Cihad; Cihad Qrupu; Misir əl-cihadı; Misir İslami Cihadı; Yeni Cihad və s. mənalar verir. AQ FTO kimi 1999-cu il 8 oktyabrda müəyyənləşdirilib. AQ 1988-ci ildə Üsəma bin Laden tərəfindən təşkil olunub və ilkin olaraq Əfqanıstanda Sovet İttifaqına qarşı döyüşən üzvlərdən ibarət idi. Qrup əfqan müqaviməti üçün sünni islamçı ekstremistlərə maliyyə, yeni əsgər, nəqliyyat və təlim köməkləri edib. AQ-nin strateji məqsədlərinə Birləşmiş Ştatlar və onun müttəfiqlərinə qarşı döyüşmək üçün müsəlmanları birləşdirmək, qrupun "qeyri-islami" hesab etdiyi rejimləri devirmək və qərbliləri və qeyri-müsəlmanları müsəlman ölkələrindən xaric etmək daxildir. Əsas məqsəd isə bütün dünya üzərində pan-islamist xilafət qurmaqdır.
İraqda əl-Qaidə FTO kimi 2004-cü il 17 dekabrda müəyyənləşdirilib. 1990-cı illərdə İordaniya doğumlu militant Əbu Musab əl-Zərqavi Birləşmiş Ştatların və Qərb hərbi qüvvələrinin islam dünyasında iştirakına və həmçinin İsrailə və onun mövcudluğuna Qərbin dəstəyinə qarşı "əl-Tövhid vəl-Cihad" adlı terror qrupu yaratmışdı. O, "İraqı Azad Etmə Əməliyyatı" zamanı İraqa getmiş və 2006-cı ilin iyununda ölümünə qədər Birləşmiş Ştatlar və koalisiya qüvvələrinə qarşı qrupuna rəhbərlik etmişdir. 2004-cü ilin sonlarında o, əl-Qaidə ilə birləşmiş və Üsəma bin Ladenə sədaqət sözü vermişdir. Bundan sonra əl-Tövhid İraqda əl-Qaidə (AQİ) kimi tanınmağa başlamış və əl-Zərqaviyə Əl-Qaidənin titulu – "İki Çay Ölkəsində əl-Qaidənin Əmiri" verilmişdir. 2006-cı ilin yanvarında İraqdakı sünni ekstremistləri birləşdirmək məqsədilə AQİ İraqdakı müxtəlif sünni terrorist qruplarını əhatə etmək niyyəti ilə Mücahidin Şurası (MSC) adlı çətir təşkilat yaratdı. AQİ 2006-cı ilin oktyabrının ortalarına qədər hücumlarını MSC adı ilə həyata keçirmiş, o vaxt isə Əbu Musab əl-Zərqavinin varisi Əbu Əyyub əl-Məsri əl-Qaidənin "İraq İslam Dövləti" (İSİ) elan etməklə regional xilafət yaratmaq məqsədini həyata keçirmək üçün ilk addımı atdı və indi də AQİ öz hücumlarını bu ad altında həyata keçirir. İraqlılqr qrup üzvlərinin 90%-0ini əhatə edir. AQİ-nin tarixində ilk dövlər təşkilat ali rəhbərliyində xarici mənşəlilərin qeyri-mütənasib üstünlüyü indi AQİ liderliyində iraqlıların dominantlığı ilə əvəz edilmişdir. AQİ-ni daha çox İraq mənşəli etmək üçün AQİ-nin rəhbərlik etdiyi İSİ İraq milliyətindən olan Əbu Ömər əl-Bağdadini özünün lideri adlandıraraq yaradılmışdır. 2010-cu ilin aprelində gözlənilməz hücum zamanı əl-Bağdadi və AQİ-nin digər lideri Əbu Əyyub əl-Məsri öldürülmüş, nəticədə AQİ tərəfindən Əbu Bəkir əl-Bağdadi əl-Hüsseyni əl-Quraşi İSİ-nin başçısı və Əbu İbrahim əl-İssavi isə onun Müharibə Naziri adlandırılmışdır.
AQİ-nin xələfi olan, əl-Zərqavinin başçılıq etdiyi qrup 2003-cü ildə yaradılmış və bir-çox iraqlıları, Koalisiyanı və Qırmızı Xaç kimi yardım agentliklərini hədəf alaraq qısa zamanda diqqət mərkəzinə gəlmişdir. 2003-cü ilin avqustunda Bağdadda İordaniya səfirliyinin partladılması və 12 gün sonra Bağdadda BMT Baş Ofisinə Baş Katibin İraq üzrə Xüsusi Nümayəndəsi Sergio Vieira de Mello da daxil olmaqla 23 nəfərin öldürülməsi ilə nəticələnən avtomatik hərəkət edən partlayıcı cihazla (VBEİD) kamikadze partlayışı kimi əsas terror aktlarına görə AQİ məsuliyyəti öz üzərinə götürmüşdür. Aşkar olunduğundan bəri AQİ yüksək profilli hücumlar təşkil edib – o cümlədən, qəfil partlayan silahla (İED) Birləşmiş Ştatların hərbi personalına və İraq infrstrukturuna 2004-cü il boyu hücumlar, amerikan Nikolas Berqin (11 may, 2004), Cek Armstronqun (22 sentyabr, 2004) və Cek Henslinin (21 sentyabr, 2004) başlarının kəsilməsinin video yazısı, hərbi və mülki hədəflərə kamikadze hücumları və raket hücumları. AQİ cinayətləri əsasən kamikadze hücumlarından və xarici və iraq əməıliyyatlarından istifadə edərək, İraqın kütləvi bombalanmasından ibarətdir. AQI özünün cəbhə təşkilatı olan İSİ-dən istifadə edərək, 2010-cu il ərzində çox aktiv olmuş, Koalisiya qüvvələrinə, İraq mülki hədəflərinə və hərbi obyektlərə, demək olar ki, gündəlik hücumlar təşkil etmişlər. Bu hücumların çoxunun ciddi zərərləri olmuşdur. Misal üçün, 2010-cu ilin yalnız 31 oktyabr və 2 noyabrında minomyotlarla, VBİED-lərlə və İED-lərlə Bağdadda hücumlar həyata keçirmiş və nəticədə 122 nəfər ölmüş, 430 nəfər yaralanmışdır. Bütünlükdə, 2010-cu il ərzində İraq ərazisində 350 hücuma görə məsuliyyət daşıyır və ya şübhəli bilinir.
Gücü: Üzvlərinin sayı 1000–2000 nəfər hesablanaraq İraqda ən böyük və potensiallı sünni ekstremist qrup sayılır. Yerləşməsi/Əməliyyat sahəsi: AQİ-nin əməliyyatları əsasən İraqdadır, lakin İordaniyadada hücumlar həyata keçirib. Qrup Yaxın Şərq, Şimali Afrika, İran, Cənubi Asiya və Avropa üzrə maddi-texniki şəbəkəyə əsaslanır. Hal-hazırda AQİ İraqda əməliyyatlarını əsasən Ninava, Diyala, Salah əd Din və Bağdad əyalətlərində aparır və əl Anbarda imkanlarını bərpa etməyə çalışır.[50]

Müqtəda əs-Sədr İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi fiqurlarından biridir. Əs-Sədrin Əbdülməcid əl-Xoyi ilə münasibətləri IV Raşidi xəlifə Əlinin Nəcəf şəhərində yerləşən məqbərəsində idarəçiliyi ələ almaq üstündə meydana gəlmişdi. Belə ki, sözügedən məqbərə şiə zəvvarların başlıca ziyarət etdiyi məkanlardan biri sayılırdı ki, bu da öz növbəsində külli miqdarda gəlir demək idi. Müqtədanın Əli əs-Sistani ilə də münasibətləri yaxşı deyildi. Belə ki, əs-Sistani Kərbəla şəhərində xüsusi nüfuza sahib idi və şəhərə "nəzarət edirdi". Müqtəda isə burada da pay sahibi olmaq niyyətini gizlətmirdi. Bunun nəticəsində 2003-cü ilin oktyabrında əs-Sədr tərəfdarları Kərbəla şəhərində nəzarəti ələ almağa çalışır. Ancaq Müqtədanın Mehdi Ordusu əs-Sistaninin "Bədr Ordusu"nun güclü müqaviməti ilə qarşılaşır. Yaranan gərginlik nətəcəsində "Mehdi Ordusu məğlub olur və xeyli itki verir. M. əs-Sədr Mehdi Ordusu nun 2003-cü ildən başlayan formalaşma işini başa çatdırmışdı. Artıq 2004-cü ildə ordudakı əsgərlərin sayı 10 min nəfərə çatırdı. Mehdi Ordusu Bağdadda və İraqın cənubunda şiələrin daha çox yaşadığı əyalətlərdə koalisiya qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır. 04-cü il iyun ayının 4-də Mehdi Ordusu ilə koalisiya qüvvələri arasında imzalanan müqavilədən sonra Müqtəda Nəcəf şəhərində cəmləşən digər şəhərlərdən olan tərədarlarına evlərinə yollanmaları barədə göstəriş verir. O tərəfdarlarına İraq təhlükəsizlik qüvvələrinə hücum etməyi qadağan edir və siyasi partiya yaratmaq niyyətini gizlətmir. Bununla da M.əs-Sədr 2005-ci ildə keçiriləcək seçkilərdə iştirak etməyə çalışır. Müvəqqəti hökumətin prezidenti Qazi əl-Yavər Mehdi Ordusu nun silahsızlaşdırılacağı təqdirdə Müqtədanın ölkədəki siyasi proselərə qoşula biləcəyini bəyan edir. Ancaq Müqtəda əs-Sədr işğal davam etdiyi müdət ərzində siyasi fəaliyyətə qo.ulmayacağını bildirir.[51]

İraqdakı şiə döyüşçülərinin lideri Müqtəda əs-Sədr 2008-ci il avqustun 28-də özünün hərbiləşdirilmiş təşkilatı olan Mehdi Ordusu nun fəaliyyətinin dayandırıldığını elan edib. Ehtimallara görə, onun ardıcılları bundan sonra fəaliyyətlərini, əsasən, təhsil, din və sosial siyasət istiqamətində quracaqlar. Qeyd edək ki, bir qədər əvvəl Əs-Sədrin öz qrupunun fəaliyyət istiqamətini dəyişərək, siyasi təşkilata çevirmək və silahlı mübarizədən əl çəkmək niyyəti barədə məlumat yayılmışdı. Bundan başqa, Müqtədəda əs-Sədr əvvəllər də İraq hakimiyyətinə sülh bağlamağı təklif edib. Xatırladaq ki, 2008-ci ilin iyun ayında Mehdi Ordusu şiə döyüşçülərinin İraqın cənubundakı əsas dayaq nöqtələrindən olan Amara şəhərini döyüşsüz təhvil verib.[52]

"Yeni Şəfəq" əməliyyatı və müharibənin başa çatması

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Ştatların İraqdakı səfiri Rayan Kroker Amerika hərbi qüvvələrinin İraqda qalmaları barədə hökumətin təhlükəsizlik paktını qəbul etməsini tarixi bir sənəd adlandırıb. Səfir sənədə İraqın xarici işlər naziri Xoşyar Zebari ilə imza atdıqdan sonra bu bəyanatı verib. Cənab Kroker deyib ki, təhlükəsizlik paktı İraqla Birləşmiş Ştatlar arasındakı münasibətlər üçün böyük əhəmiyyət kəsb edir. Sənəd Amerika hərbi qüvvələrinin 2011-ci ilin axırına qədər İraqda qalmasını təsbit edir.[53]

Avqustun 31-də ABŞ İraqdakı hərbi əməliyyatlarını rəsmən dayandırıb. İraqın Baş naziri Nuri əl-Maliki bu münasibətlə televiziya ilə xalqa müraciətində bildirib ki, onun ölkəsi məhz həmin hərbi əməliyyatlarla müstəqilliyinə qovuşub. O deyib ki, artıq İraq suveren və müstəqil dövlətdir, ölkəni daxildəki terrorçu qruplardan və kənar qüvvələrdən İraqın öz ordusu qoruyacaq.

Avqustun 31-də ABŞ prezidenti Barak Obama Ağ Evdə etdiyi çıxışında İraqda hərbi əməliyyatların sona çatdığını elan edib.

Bu, əslində əməliyyatların dayandırılmasının formal elanıdır. ABŞ ordusu İraqda döyüşü hələ avqustun 7-dən dayandırıb, təhlükəsizliyə nəzarəti bu ölkənin ordusuna vermişdi.[54]

Pentaqon 2010-cu il sentyabr ayında İraqda "Yeni şəfəq" adlı layihəni həyata keçirməyə başlayır. 2011-ci ilin sonunadək İraq ərazisində 50 min nəfərdən ibarət altı hərbi qoşun birləşməsi qalacaq. İraqda qalan əsgərlər İraq hərbçilərinə və polislərinə məsləhətlər verəcəklər. Amerikalılar silah daşısalar da, ondan yalnız müdafiə məqsədilə və ya İraq hökumətinin birbaşa əmrilə istifadə edəcəklər. Bundan başqa, İraqda ekstremistlərin ləğvilə məşğul olacaq ABŞ-nin xüsusi təyinatlı qüvvələri də qalacaq. Sual oluna bilər: ABŞ-nin həyata keçirdiyi "Şok və titrəmə" əməliyyatı hansı nəticələrlə yekunlaşdı? Hərbi əməliyyatın məqsədi kütləvi qırğın silahlarının İraqda aşkar edilməsi olmuşdu. Rəsmi Vaşinqton iddia etmişdi ki, keçmiş diktator Səddam Hüseyn gizli laboratoriyalarda kütləvi qırğın silahları istehsal edir. Lakin çoxsaylı axtarışlar nəticəsiz başa çatdı və İraqda ABŞ-ni narahat edən silahlar tapılmadı. Bundan sonra ABŞ hökuməti İraqda hakimiyyəti devirməklə ölkədə sabit demokratik rejimin yaradılmasının zəruri olduğunu açıqlamışdı. Səddam Hüseyn devrildi və ölkə ABŞ və müttəfiqlərinin nəzarəti altına keçdi. Lakin ötən müddət ərzində İraqda ABŞ-nin arzuladığı demokratik rejim yaranmadı. 2005-ci ildə terror aksiyaları altında keçirilən ilk parlament seçkiləri siyasi sistemin möhkəmlənməsinə yox, partiyalararası mübahisə və münaqişələrə gətirib çıxardı.[55]

Müharibə iştirakçıları

[redaktə | mənbəni redaktə et]

Koalisiya qüvvələri

[redaktə | mənbəni redaktə et]
İraq müharibəsinə əsgər göndərmiş ölkələrin xəritəsi. 2006-cı il 6 mart tarixinə aid məlumat
Ölkə Hərbi kontingent Fəaliyyət tarixləri
()
ABŞ 250000 200000 əsgər (avqust 2010-cu ilə qədər)
50000 (18 dekabr 2011-ci ilə qədər)
Böyük Britaniya 45000 iyul 2011-ci ilə qədər
İtaliya 3200 2003 iyul – 2006 noyabr
Avstraliya 2000 iyul 2009-cu ilə qədər
Ukrayna 1650 avqust 2003 – dekabr 2005 (əsas heyət)
dekabr 2008 (qalan hissə)
Albaniya 240 aprel 2003 – dekabr 2004
Azərbaycan 250 dekabr 2008-ci ilə qədər
Bolqarıstan 490 2005 (əsas heyət)
2008 (qalan hissə)
Macarıstan 300 avqust 2003 – mart 2005
Danimarka 550 aprel 2003 – dekabr 2007
Honduras 370 avqust 2003 – may 2004
Ermənistan 50 yanvar 2005 – oktyabr 2008
Bosniya və Herseqovina 40 iyun 2005 – noyabr 2008
Dominikan Respublikası 300 may 2004-cü ilə qədər
İspaniya 1300 aprel 2003 – aprel 2004
İslandiya 2 may 2003-cü ilə qədər
Qazaxıstan 30 sentyabr 2003 – oktyabr 2008
Latviya 140 aprel 2004 – iyun 2007 (əsas hissə)
noyabr 2008 (qalan hissə)
Litva 120 iyun 2003 – avqust 2004
Estoniya 40 iyun 2005 – fevral 2009
Makedoniya 80 iyul 2003 – noyabr 2008
Moldaviya 20 sentyabr 2003 – dekabr 2008
Monqolustan 180 avqust 2003 -sentyabr 2008
Hollandiya 1350 iyul 2003 – mart 2005
Nikaraqua 230 sentyabr 2003 – fevral 2004
Yeni Zellandiya 60 sentyabr 2003 – sentyabr 2004
Norveç 150 iyul 2003 – iyun 2004 (əsas hissə)
avqust 2006 (qalan hissə)
Polşa 2500 2003 – oktyabr 2008
Portuqaliya 130 noyabr 2003 – fevral 2005
Rumıniya 730 iyul 2003 – iyul 2008
Salvador 380 avqust 2003 – sentyabr 2009
Sinqapur 160 dekabr 2003–2004
Slovakiya 110 avqust 2003 – yanvar 2007
Tayland 420 avqust 2003 – avqust 2004
Tonqa 60 iyul, dekabr 2004 – dekabr 2008
Filippinlər 50 iyul 2003 – iyul 2004
Çexiya 300 dekabr 2003 – dekabr 2008
Yaponiya 600 iyul 2004 – yanvar 2006
Gürcüstan (BMT-nin tərkibində) 2000 avqust 2003 – avqust 2008
Cənubi Koreya (BMT-nin tərkibində) 3600 may 2003 – dekabr 2008

BMT qüvvələri

[redaktə | mənbəni redaktə et]

avqust 2003-cü ildə BMT Təhlükəsizlik Şurası UNAMI missiyasının (United Nations Assistance Mission for Iraq) yaradılması haqqında 1500 n-li qətnamə qəbul edib. 2004-cü ilin yanvarından Bağdadda BMT missiyasını Fici hərbi hissələri həyata keçirir. BMT-nin bayrağı altında 2005–2008-ci illərdə Gürcüstandan bir batalyon və Cənubi Koreyadan bir briqada xidmət etmişdir.

  • Müharibənin əvvəlində İraq ordusu 375 min əsgərlə təmsil olunmuşdu.
  • Döyüşən tərəflər arasında elə də böyük texniki fərq yox idi.
  • İraq ordusu 600 minlik zirehli texnika ilə təchiz edilmişdi.[56]

İraq ordusu zəif olmasa da müharibədə məğlub olmuşdu. Bu bir çox faktorlardan asılı idi. Əvvala, Yaxın Şərqin bir çox dövlət orduları kimi İraq ordusu da daha çox daxili münaqişələri, daxildə yaran biləcək iğtişaşları yatırmaq üçün təlim görmüşdü (bunu tarixi proseslər sübut edir), xarici düşmənlərlə mübarizədə onlar taktiki cəhətdən zəif idilər.

Müharibə qurbanları

[redaktə | mənbəni redaktə et]

Koalisiya qüvvələrinin itkiləri

[redaktə | mənbəni redaktə et]

Müharibənin əvvəlində müharibənin ABŞ iqtisadiyyatına zərəri maksimum 150 milyard dollar hesablanmışdır.[57] Lakin bu rəqəm müharibə ərzində 3 trilyon dollara çatmışdır. 1trilyon dollarlıq zərəri ödəmək 15–20 illik İraq nefti həcmində hesablanır. Sadəcə bu rəqəmlər müharibənin miqyasını və dəhşətini göstərməyə kifayətdir.

Koalisiya qüvvələrinin ilk illərdə itkiləri

27 mart 2003 ilə koalisiyada (hava əməliyyatları da daxil olmaqla) 49 ölkə iştirak edirdi . Ölkələrin sıyahısına bax.: [1]

Ölkələr- İraqdakı koalisiya iştirakçılarının ilk iki il ərzindəki silahlı müdaxikəsi (mart 2003 – mart 2005)
Ölkə Hərbi kontinqentin sayı (nəfər.) İraqda həlak olub(nəfər.)
Mart 2005-ci ilə görə vəziyyət
ABŞ 153000 1517
Böyük Britaniya 8800 --
Cənubi Koreya 3600 --
İtaliya 3100 --
Gürcüstan 2000 --
Polşa 1700 --
Ukrayna 1700 --
İspaniya 1300 --
Niderland 1300 --
Rumıniya 830 --
Yaponiya 550 --
Danimarka 500 --
Bolqarıstan 450 --
Tayland 450 --
Avstraliya 400 --
Salvador 380 --
Honduras 370 --
Macarıstan 300 --
Dominikan Respublikası 300 --
Sinqapur 200 --
Monqolustan 180 --
Azərbaycan 150 --
Fici (BMT əsgərlərinin tərkibində) 150 --
Norveç 150 --
Portuqaliya 127 --
Latviya 120 --
Litva 120 --
Nikaraqua 115 --
Çexiya 110 --
Slovakiya 105 --
Albaniya 70 --
Yeni Zellandiya 60 --
Estoniya 55 --
Filippinlər 50 --
Ermənistan 45 --
Tonqa 45 --
Makedoniya 33 --
Qazaxıstan 29 1 [58]
Moldaviya 12 --


Təkcə 2006-cı ilin sonuna ABŞ-yə 530-dan çox M1 "Avrams" tankı, 700 BMP "Bredli", 160 BTR M113, 220 BREM M88, 450 yük maşını, 1000-dən çox "Hammer" İraqdan təmir üçün yollanılmışdı.[59]

Həmçinin bu 9 ildə ABŞ 4 500 (bəzi mənbələrdə 6 000) əsgərini də həlak olub.[60]

İraqda koalisiya qüvvələri ümumilikdə 4 628 əsgəri həlak olub, ən azı 31 327 əsgər isə yaralanıb

İraqda 2003-cü ildən bu günədək davam edən hərbi əməliyyatlarda koalisiya qüvvələri ümumilikdə 4 628 əsgəri həlak olub, ən azı 31 327 əsgər isə yaralanıb. Koalisiya qüvvələrinin İraqdakı itkisi 2001-ci ildən bu günədək Əfqanıstandakı itkilərdən 3,9 dəfə çox olub.

İraqda müharibə dövründə ABŞ 4 311, İngiltərə 179, İtaliya 33, Polşa 22, Ukrayna 18, Bolqarıstan 13, İspaniya 11, Danimarka 7, Gürcüstan 5, Salvador 5, Slovakiya 4, Rumıniya və Latviya hər biri 3, Niderland, Estoniya, Avstraliya və Tailand hər biri 2, Azərbaycan, Çexiya, Fici, Macarıstan, Qazaxıstan, Cənubi Koreya isə hər biri 1 hərbçisini itirib. [61]

İraqın itkiləri

[redaktə | mənbəni redaktə et]

Səddam rejiminin dağılmasından sonrakı 3 il yarım müddətdə hərəkatçıların əlindən 150 min insan həlak olub. Bu müddət ərzində yaralanan İraqlı 450 min nəfər hesablanır. Bunanla bele İraq Səhiyyə Nazirliyi bu rəqəmlərin nəyə əsasən hesablandığını xəbər vermir. [62]

Buş öz çıxışlarında qeyd edirdi ki, 2003-cü ildən etibarən son 3 il ərzində 30 min sivil əhalinin həlak olduğunu qeyd etmişdir. İraq hökuməti bu rəqəmin 48 min olduğunu, qeyri-hökumət təşkilatları isə 128 mindən çox olduğunu qeyd edirlər. ABŞ Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən 2005-ci ilin mayından 2006-cı ilin iyununadək İraqda orta hesabla gün ərzində 117 sivil vətəndaş həlak olmuşdur.[63]

Hər ay 200 elə 300 vətəndaş bombalı hücumlarda ya da sui-qəsdlərdə həyatını itirir. Bu ədəd, məzhəb döyüşünün yaşandığı 2006-2007 illərində 3 min olurdu . İraq İnsan Haqqları Nazirliyinin məlumatlarına görə, 2009-cu il şiddət hadisələrində 4 min 68 vətəndaş öldü, 15 min 935i yaralandı. İraq İnsan Haqqları Nazirliyinin məlumatlarına görə, 2009-cu il şiddət hadisələrində 4 min 68 vətəndaş öldü, 15 min 935i yaralandı. Şiddət hadisələrinin sayındakı enişə baxmayaraq hər gün 15 qədər bu cür hadisə meydana gəlir. Məzhəb qarşıdurmaları səbəbiylə ən az 1,5 milyon İraqlı evlərini tərk edərək ölkə içində başqa bir bölgəyə daşınmaq məcburiyyətində qaldı. BM Mühacirlər Yüksək Komissarlığına qeydli mühacir sayı 207 min, ancaq xaricdə yaşayan İraqlıların cəminin 3 milyonu tapa biləcəyi ifadə edilir. Mart ayında edilən ümumi seçkidə 300 minə yaxın İraqlı səfirliklərdə səs verməyə qatıldı. Rəsmi məlumatlara görə, ölkədəki işsizlik nisbəti yüzdə 18, ancaq mütəxəssislər gerçək rəqəmin yüzdə 30a yaxın olduğunu düşünür. İşsizlik, xüsusilə qanuni bir dolanışıq qaynağı tapa bilmədiklərində silahlanaraq cinayətə yönələn gəncləri təsir edir. İraqdakı evlərin böyük hissəsinə gündə yalnız bir neçə saat elektrik verilir. Elektriklərin kəsilməsi İraqdakı ən böyük şikayət mövzularından biridir . İraqda 7 milyon adam yəni əhalinin yüzdə 23-ü kasıblıq sərhədinin altında yaşayır. İşğaldan əvvəl də ölkədəki əhəmiyyətli problemlərdən biri olan sui-istifadə, döyüşün yaratdığı xaosla birlikdə daha da artdı.

Beynəlxalq Şəffaflıq Təşkilatının 2009-cu il Sui-istifadə hallarının Qəbul etmə İndeksində, İraq 180 ölkənin arasında 176. sırada yer aldı

Cəmiyyət: 10–18 yaşlarındakı İraqlı gənclərin 300 mindən bir az daha çoxu heç məktəbə getmir

BM tərəfindən edilən bir anket, gənclərin yüzdə 62inin kompüter istifadə etmədiyini ortaya qoydu.

Eyni anketə görə, yenə gənclərin yüzdə 62i bir qız uşağının ailənin şərəfinə ləkə sürməsi vəziyyətində bir qohumu tərəfindən öldürülə biləcəyini düşünür. Yüzdə 92i də bir qadının işə getmədən əvvəl icazə istəməsi lazım olduğu mövzusunda həm fikir.

Xəstəxanalar: Sağlamlıq Nazirliyinə görə, yataq sayı 35 min olan İraqda bu ədədin 95 minə çıxarılması lazımdır.

Dullar və yetimlər: Bu mövzuda rəsmi bir məlumat olmamasına qarşı, səlahiyyətlilərə görə, ölkədəki dulların sayı ən az 1 milyon, yetimlərin sayı isə 3 milyon.[64]

ABŞ-nin 9 ildə İraqa verdikləri:


Öldürülən günahsız iraq vətəndaşları: 1,2 milyondan çox (2003–2007).
Ölkədən qaçan vətəndaşlar: 3,7 milyon (2003–2007).
Ailə üzvlərindən ən azı birini itirən iraqlı sayı: 8–12 milyon.

Məlum olduğu kimi, ABŞ prezidenti Barak Obama İraq işğalının sona çatdığını bəyan etməsindən sonra İraqdakı ABŞ əsgərləri bu ölkəni tərk edərək, Küveyt ərazilərinə daxil oldular. Dünən (dekabrın 18-də) ABŞ-nin işğalçı ordusunun son hərbi karvanı da İraq ərazisini tərk etdi. Beləliklə, ABŞ-nin 9 illik İraq cinayətləri sona çatdı. Dünyanın əksər mətbu orqanları 9 ildə iraqda öldürülən dinc insanların sayının yüz mindən bir qədər çox olduğunu bildirir. Amma bir sıra beynəlxalq araşdırmalar bu göstəricinin reallıqdan 10 dəfə az olduğunu açıq-aşkar göstərir. Dünyanın nüfuzlu həftəlik tibbi jurnalı – "The Lancet" qeyd edir ki, təkcə 2003–2006-cı illərdə ABŞ və müttəfiqlər 654 min iraqlını qətlə yetirib. Jurnalın ilk hesabatı 29 oktyabr 2004-cü ildə nəşr edilmişdi. Həmin hesabatda 98 min (hesabatda deyilir ki, bu göstərici 194 minə qədər ola bilər) iraqlının öldüyü qeyd edilirdi. İkinci araşdırma 11 oktyabr 2006-cı ildə aparıldı. Bu dəfə 654 min (940 minə qədər ola bilər) iraqlının qətlə yetirildiyi sübut edildi.


Nüfuzlu "The Guardian" qəzeti isə iraqda həlak olanların sayı barədə daha dəhşətli faktlar ortaya qoyub. "Opinion Research Business" Mərkəzinə istinadla yayılan xəbərə görə, 2007-ci ilədək İraqda 1,2 milyon insan qətlə yetirilib. Həmçinin keçirilən sorğuların nəticələrinə görə, hər dörd iraqlıdan biri, Bağdadda isə hər iki iraqlıdan biri ailə üzvlərindən birini itirib. Təkcə dörd il ərzində 3,7 milyondan çox iraqlı ölkədən gedib. Həmçinin sorğu nəticələrinə görə, ölən iraqlıların 48%-i odlu silahla, 20%-i avtomobillərə yerləşdirilmiş bombaların partlaması nəticəsində, 9%-i də hava hücumları nəticəsində həyatını itirib.[60]


İslam Times nəşriyyatı bir hesabatında qeyd edib ki, İraqda Amerikanın 7 il işğalçılıq siyasətini davam etdirməsi 7 milyon nəfərin didərgin düşməsinə, 8 milyon qadın və uşağın başsız qalmasına və yüz minlərlə nəfərin yaralanıb və həlak olmasına səbəb olmuşdur.

ABŞ 2003-cü ildə kütləvi qırğın silahların olması və kütləvi qırğın silahlarının istehsalını bəhanə edərək bu ölkəyə hücum etdi.

Bu hegemonçu qüvvə İraqda kütləvi qırğın silahlarını tapmasa da, 7 il müddətində bu ölkədə qaldı.

YUNİSEF-in bildirdiyinə görə, 2006-cı ilədək İraqda işğalçı qüvvələrin iştirakı 5 milyon 700 min nəfərdən çox uşağın başsız qalmasına səbəb olmuşdur ki, ümumilikdə bu uşaqlar terror aktları kimi hadisələr ya törədilmiş partlayışlarda öz atalarını itiriblər. 2009-cu ildə BMT tərəfindən təqdim olunan hesablamalara uyğun olaraq 2009-cu ilin birinci altı ayına qədər İraqdakı başsız qadınların sayı 565 min nəfərə çatıb. Belə bir halda bu ölkədə kobudluqlar nəticəsində hər gün 400 uşaq yetim olur. Oğru dəstələri və yaraqlı qrupların təşkili, İraqın işğala məruz qalmasının digər mənfi nəticələrindən olmuşdur.[65]

Yeni İraq strateqiyası

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin əvvəllərinə yaxın İraqda siyasi və hərbi qarşıdurma aşağıdakı istiqamətlərdə davam edirdi: sünni-şiə, kürd muxtariyyəti-mərkəzi hökumət, cihadçılar-hökumət qoşunları. Müxtəlif siyasi və dini əqidələrə qulluq edən ekstremist və terrorçu qruplaşmalar özlərinin təsir dairəsini genişləndirməyə çalışırlar. Toqquşmalar əsasən İraqın şimal, qərb və mərkəzi əyalətlərində gedir. Son 10 ildə 200 mindən çox insan həlak olmuş, bir neçə milyon isə qaçqın düşmüşdür. Xeyli karbohidrat ehtiyatına malik olan dövlət iqtisadiyyatın normal fəaliyyətini təmin edə, əhalinin həyat səviyyəsini qaldıra, ya da heç olmasa stabilləşdirə bilmir. Ölkədə elektrik enerjisinin verilməsində fasilələr baş verir, içməli su çatışmır, nəqliyyat stabil işləmir, kənd təsərrüfatında təkrar istehsal prosesi pozulmuşdur, işsizlik yüksək səviyyədədir, əhaliyə tibbi xidmətin göstərilməsi sahəsində də vəziyyət mürəkkəbdir. Büdcənin çox hissəsi əhaliyə birbaşa dəstək göstərilməsinə, o cümlədən ərzaq paylarının verilməsinə xərclənir. İraqda davam edən siyasi qeyri-stabillik, ölkədə lazımi qanunvericilik bazasının olmaması, təhlükəsizliyin təmin edilməsi məsələsində ciddi problemlərin olması, yerli bürokratiyanın özbaşınalığı bir çox xarici investorları ölkədə işləməkdən çəkindirir.


İraq üçün müsbət ssenari kənar qüvvələrin müdaxiləsini minimuma endirmək şərtilə ümummilli dialoq əsasında konfessiyalararası və millətlərarası münaqişələri tənzimləmək və ya ən azı gərginliyi azaltmaqdan ibarətdir. Bu halda İraq iqtisadiyyatının dirçəlməsi, ordunun möhkəmlənməsi ölkəyə yenidən regional liderlərdən birinə çevrilməyə, İranla, ABŞ ilə indikinə nisbətən daha bərabərhüquqlu münasibətlər qurmağa, qonşu ərəb dövlətləri və Türkiyə ilə əməkdaşlıq üçün təməl yaratmağa imkan verər. İraqla Rusiya arasında keçmişdə mövcud olan çoxtərəfli münasibətlərin, ilk növbədə iqtisadi münasibətlərin və xarici ticarət əlaqələrinin bərpası üçün də real imkanlar açılmış olar.
Lakin neqativ ssenari daha realdır. Mərkəzi hakimiyyət qarşıdurmanın kompromisə hazır olmayan əsas iştirakçılarını barışdırmaq iqtidarında deyil. Vahid cəbhə xəttinin olmadığı və çoxsaylı "ikinci dərəcəli" fikir ayrılıqlarının mövcud olduğu, silah bolluğu və gizli terror təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə vəziyyət hələ uzun müddət stabilləşməyəcəkdir. Əsas qüvvələr ölkənin gələcəyinə müxtəlif prizmadan baxırlar, lakin daxili birliyi olmayan müxalifət hərbi çevriliş təşkil etmək və hakimiyyəti "yıxmaq" iqtidarında deyil. Bu isə qeyri-stabillik dövrünün hələ uzun müddət davam edəcəyini göstərir.

Daha uzaq perspektivdə ölkədə stabilliyin bərpa edilməsinə ölkənin inzibati-ərazi bölgüsündə aparılmalı olan islahatlar köməklik edə bilərdi. Dövlət hakimiyyətinin əks-mərkəzləşdirilməsi, regional idarəetmə orqanlarına yerlərdə sosial-iqtisadi inkişafın tənzimlənməsi üzrə daha mühüm funksiyaların verilməsi bu günün bir çox ziddiyyətlərini aradan qaldırmağa, mərkəz rəhbərliyi ilə region rəhbərləri arasında inamı gücləndirməyə kömək edərdi. Lakin H. əl-Abadi hökuməti federalizm əsaslarında real əksmərkəzləşməyə neqativ münasibət bəsləyir.[45]

ABŞ hələ də İraqdadır

19 avqust 2010-cu ildə İraqdan tamamilə çəkildiyini deyən ABŞ-nin ölkədə hələ təxminən 50 min əsgəri var. ABŞ İraq dövlətindən icazə almadan istədiyi bölgədə əməliyyat etmə səlahiyyətini də əlində tutur. İraqda ABŞ-lı kapitalistlərə aid təxminən 9 min şirkət var və bu şirkətlər bazarda böyük paya sahibdir. Amerika şirkəti Blackwaterə aid 7 min sayda muzdlu əsgər də İraqdadır. ABŞ-nin İraqda 100-dən çox yaşayış məntəqəsi var. ABŞ əsgərləri də məntəqələrdə yaşayır. Məntəqələr şəhər mərkəzlərindən başqa şəhərə uzaq çöl sahələrində də var və ölkənin dörd bir tərəfini idarə altına almış vəziyyətdədir. Bundan başqa paytaxt Bağdadda da 8 ABŞ yaşayış məntəqəsi var. Bəsrə Körfəzindəki neft yataqlarının böyük qisminin yerləşdiyi Üm Kars Limanında olan Camp Bucca əsgəri məntəqəsi ABŞ-nin İraq neftini idarə etməsi baxımından əhəmiyyətlidir.[66]

Kütləvi mədəniyyətdə yeri

[redaktə | mənbəni redaktə et]

Ədəbiyyatda bu savaşa "Three Trillion Dollar War" (3 Trilyon dollarlıq müharibə) adı verilib. [[Fayl:Three trillion dollar war.jpg|thumbnail|right|Joseph StiglitzLinda Bilmesin "There trillion dollar war kitabı

  1. "Əlvida Bağdad" — rejissor Mehdi Naderi[67]
  2. "Sarinin anası" – rejissor Ceyms Lonqli
  3. "Tısbağalar da uçar" — rejissor Bəhman Qobadi[68]
  4. "Farengeyt 9/11" – rejissor Maykl Mur[69]
  5. "Amerika snayperi" – rejissor Klin İstvud[70]
  6. "Buş" – rejissor Oliver Stoun[71]
  7. "Fırtına hökmdarı" – rejissor Ketrin Biqelou
  8. "Vicdan əsgərləri" – rejissor Ketrin Rayn, Hari Breynberq
  9. "İtkiyə son"- rejissor Kimberli Pirs
  10. "Elçi" – rejissor – Oren Moverman
  11. "Yaşıl Zona" – Pol Qrinqras[72]
  12. "Xüsusi təyinatlılar keçiyə qarşı" – rejissor Qrant Heslov
  13. "Ela vadisində" – rejissor Pol Haqqis
  14. "Qurdlar vadisi: İraq" – rejissor Serdar Akar[73]
  15. "Ucsuz bucaqsız" – rejissor Carlz Ferguson[74]
  16. "Səddamın evi" – rejissor Aleks Holms
  17. "Ovçunun sarayı" – rejissor Petra Epperlayn, Maykl Tapper
  18. "Buşun beyni"- rejissor Cozef Miley, Mayk Şub
  19. "Amerikan əsgərləri" (Qara şahin 2) – rejissor Sidni Fyuri
  20. "Qatil nəsil" – rejissor Suzanna Vayt, Saymon Cons
  • Panzer Battalion (2005)- Sabaton
  • "Boom!", "B. Y. O. B." — System of a Down
  • İraq lobster – Family guy
  1. Yaxın və orta şərq ölkələrinin iqtisadi və siyasi coğrafiyası. H. Soltanova, C. Məmmədov.s.78.
  2. GEÇMİŞTEN GÜNÜMÜZE IRAK MESELESİ Prof. Dr. Behçet Kemal YEŞİLBURSA, s.29
  3. "Arxivlənmiş surət". 2018-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
  4. "Arxivlənmiş surət". 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
  5. "Arxivlənmiş surət". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
  6. Steve Bowman: ABŞ Müdafiə Mütəxəssisi Konqres Hesabatı. Hesabat Kodu: RL31701 S. 2.
  7. "Arxivlənmiş surət". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-30.
  8. http://newsland.com/news/detail/id/592866/
  9. "Arxivlənmiş surət". 2015-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-30.
  10. "Arxivlənmiş surət". 2015-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-30.
  11. Tayyar Arı; Geçmişten Günümüze Orta Doğu:Siyaset, Savaş ve Diplomasi, ss. 553–675. 30
  12. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-30.
  13. İŞGALİN 6. YILINDA IRAK. Gökhan ÇETİNSAYA & Taha ÖZHAN. Ankara, Seta yayınları, 2009 ocak. s. 195
  14. Kenneth Katzman, "Iraq: Post-SaddamGovernance and Security," Congressional Research Service (CRS), Report for Congress, August 12, 2008.
  15. Anthony H. Cordesman, "Iraq’s Sunni Insurgency: Looking Beyond Al Qa’ida," Center for Strategic and International Studies, 16 July 2007
  16. В. Богданов. Решение о шиитском восстании принималось в Лондоне (Российская газета)
  17. "Arxivlənmiş surət". 2020-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  18. http://www.1tv.ru/news/print/43302
  19. "Arxivlənmiş surət". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  20. "Arxivlənmiş surət". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  21. "121 by suicide bombers in Karbala". 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  22. 1 2 "Thousands mourn for Shiite bombing victims". 2009-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  23. 1 2 "Теракты в Ираке и Пакистане против шиитов: свыше 220 погибших, более 600 раненых". 2005-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  24. "Iraq Body Count: 67 by suicide bombers, Kazimiya, Baghdad". 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  25. "Iraq Body Count: 125–136 by suicide car bomb in Hilla". 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  26. "Два теракта в Багдаде: 10 погибших и 36 раненых". 2005-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  27. Самый кровавый теракт с начала войны в Ираке [ölü keçid]
  28. "В Ираке террорист-смертник взорвал безработных: 115 погибших, 148 раненых". 2006-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  29. "Iraq Body Count: 50–51 by suicide bomber in Mosul". 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  30. "Suicide Bomber Kills 47 in Mosul". 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  31. ""Войско сподвижников пророка Мухаммеда" взяло на себя ответственность за теракт в Мосуле". 2015-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  32. "Iraq Body Count:45–60 by suicide bomb, Arbil". 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  33. ,At Least 60 Killed in Iraq Bombing Arxivləşdirilib 2008-12-02 at the Wayback Machine
  34. Ирак потрясли новые взрывы [ölü keçid]
  35. "Iraq Body Count: 98 by suicide bomber near tanker, Musayyib". 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  36. "Death Toll Rises to 100 in Suicide Blast in Iraq". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  37. Растёт число жертв теракта в иракском городе Эль-Мусаиб [ölü keçid]
  38. "Iraq Body Count:111–114 by suicide bomb, Kadhimiya, Baghdad". 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  39. "Scores killed in Baghdad attacks". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  40. "Теракты "Аль-Каиды" в Ираке: более 150 погибших, не менее 200 раненых". 2005-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  41. 1 2 "Arxivlənmiş surət". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  42. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  43. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  44. "В Ираке объявили результаты парламентских выборов (Подробности)". 2008-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  45. 1 2 "Arxivlənmiş surət". 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  46. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  47. "Составлен список самых избитых клише в американских СМИ (Lenta.ru)". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  48. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-09.
  49. Əl-Qaidə
  50. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  51. "Arxivlənmiş surət". 2014-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  52. "Arxivlənmiş surət". 2015-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  53. http://m.amerikaninsesi.org/a/708085.html
  54. "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.
  55. "Arxivlənmiş surət". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.
  56. http://birlik.az/ru/index.php?do=xeber&id=426[ölü keçid]
  57. Gary S. Becker. Business Week. New York: March 17, 2003. , Iss. 3824; pg. 30.
  58. в январе 2005 в результате взрыва боеприпасов погиб 1 и были ранены 4 военнослужащих Казахстана
    Тела погибших украинских миротворцев будут доставлены из Ирака на Украину Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine // NEWSRU.COM от 10 января 2005
  59. "U.S. Army Battling To Save Equipment". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  60. 1 2 "Arxivlənmiş surət". 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-02.
  61. http://deyerler.org/new/ru/print:page,1,30409-religioznaja-obshhina-mecheti-dzhuma-zavershila.html[ölü keçid]
  62. "В Ираке с 2003 года боевики убили 150 тысяч человек". Lenta.ru. 9 ноября 2006. 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-13.
  63. "Эксперты считают, что за время кампании в Ираке погибли 650 тысяч иракцев — Радио Свобода © 2010 RFE/RL". 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
  64. http://mix.az/index.php?newsid=56730[ölü keçid]
  65. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-02.
  66. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.
  67. http://m.deyerler.org/73263-abs-in-iraqda-isgalci-muharibesinden-behs-eden-iran-kinosu-oskar-ala-biler.html[ölü keçid]
  68. "Arxivlənmiş surət". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
  69. "Arxivlənmiş surət". 2020-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
  70. "
  71. "Arxivlənmiş surət". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
  72. http://russian-bazaar.com/ru/content/18561.htm
  73. http://kurtlarvadisi.az/movzu-kurtlar-vadisi-irak.html[ölü keçid]
  74. "Arxivlənmiş surət". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.