Qaraməhəmməd — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.[2]
kənd | |
Qaraməhəmməd | |
---|---|
41°02′12″ şm. e. 44°24′19″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Loru mahalı]] |
Rayon | [[Cəlaloğlu rayonu]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1818 |
Mərkəzin hündürlüyü | 1.415 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Kəndin adı Qaraməmməd formasında da işlədilir.
Toponim Qaraməhəmməd şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı 1801-ci ildə dəyişdirilib Rusiya çarının şərəfinə Aleksandrovka qoyulmuşdur.
Erm. SSR AS RH-nin 22.ll.1939-cu il fərmanı ilə adı yenidən dəyişdirilib rus şairi Maksim Qorkinin şərəfinə Qorki qoyulmuşdur.
XIX əsrin əvvəllərinə qədər burada azərbaycanlılar yaşamışdır. Rayonun ərazisi XIX əsrin əvəllərində Rusiya tərəfindən işğal edildikdən sonra azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmış, Rusiyanın Saratov və Kursk qəzalarından köçürülən ruslar burada yerləşdirilmişdir[3].
Burada 1831-ci ildə 18 nəfər yalnız azərbaycanlı, 1926-cı ildə ruslara yanaşı 6 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır[4].
1930-cu illərin axırlarında onlar kənddən çıxarılmışdır.
1988-ci ilə kimi burada yalnız ruslar yaşamışdır. 1988-ci ildən sonra ruslar ermənilər tərəfindən sıxışdırılıb kənddən çıxarılmışdır. İndi kəndin əsas sakinləri ermənilərdir. Kənddə azsayda ruslar da yaşayır.