Əskipara — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd.[2][3]
Kənd | |
Əskipara | |
---|---|
41°03′53″ şm. e. 45°03′27″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Barana rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | V əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 850 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 4114 |
Digər | |
tavush.gov.am/about-comm… | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 22 km məsafədə yerləşir.[4]
Toponim türk dilində "qədim, köhnə" mənasında işlənən əski sözü ilə "torpaq sahəsi"[5], "yarı hissə"[6] mənasında işlənən para sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. Kəndin adını dəyişdirilib Voskepar qoyulmuşdur. 1950-ci ildə kənd ermənicə Voskepar adlandırılmışdır. Kənd Qazax rayonundakı Əskipara kəndinin adı ilə adlanmışdır. Əskipara toponimi əski və İran dillərində para-"kənd", "məskən"[7][8], para-"kənddən aralı əkin", "bostan əkilən sahə"[9] [145, 168] sözlərindən ibarət olmaq е'tibarilə Albaniyanın Xalxal şəhərinin yerləşdiyi yerin adıdır. VI əsrdə tikilmiş qala divarı və onun 9 bürcü qalmışdır.[10]