Kiçik Ayrım

Kiçik ayrım - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.[1]

Kənd
Kiçik Ayrım
41°10′18″ şm. e. 44°49′09″ ş. u.
Ölkə  Ermənistan
Region [[Loru mahalı]]
Rayon [[Allahverdi rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 690 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 986 nəf. (2014)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kiçik Ayrım xəritədə
Kiçik Ayrım
Kiçik Ayrım
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 12 km şimal-şərqdə, Borçalı (Debet) çayının sol sahilində yerləşir.

Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən kiçik sözündən və ayrım türk tayfa adından[2][3] əmələ gəlmişdir.

Ə.Babazadə «Ayrım dialekti» əsərində göstərir ki, ayrımlar oğuz tayfalarından biri olan eymurların xələfləridir[4]. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 154 nəfər, 1939 - cu ildə 207 nəfər, 1959 - cu ildə 233 nəfər, 1970-ci ildə 420 nəfər, 1979 - cu ildə 388 nəfər azərbaycanlı yaşamışdır[5].

1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən qovulmuşlar. İndi buralarda yalqız ermənilər yaşayır.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.43-44
  3. ASE, I c., B., 1976, s.97
  4. Quliyev Ə. Ayrımlar haqqında. - Azərbaycan filologiyası məsələləri, III bur., Bakı, «Elm», 1991. s.202
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.244