Cucevan — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd.[2]
Kənd | |
Cucevan | |
---|---|
41°07′56″ şm. e. 45°00′40″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Barana rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1874 |
Mərkəzin hündürlüyü | 1.100 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Erməni mənbələrində kəndin 1873 - cü ildə salındığı göstərilir[3]. Bu, həqiqətə uyğun deyil. Belə ki, kənddə XII-XIII əsrlərə aid tarixi abidələr (türk qəbirləri, qala divarları) vardır[4].
Toponim Çingiz xanın böyük oğlu Cucinin adı ilə bağlı yaranan ulusun adını[5][6] əks etdirən cuce sözü ilə urartu dilində «ölkə», «yer» mənasını bildirən ebani (ubani) sözü[7] əsasında formalaşan van(<ban) sözünün birləşməsindən əmələ gəlib «cuci tayfasının ölkəsi, yaşadığı yer> mənasını ifadə edir. Patronim toponimdir.Quruluşca mürəkkəb toponimdir.