Qurumsulu

Qurumsulu, Barekamavan — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.[2] Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.[3]

kənd
Qurumsulu
41°10′45″ şm. e. 45°06′35″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Loru mahalı]]
Rayon [[Barana rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 720 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 345 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qurumsulu xəritədə
Qurumsulu
Qurumsulu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. 1935-ci ildə kənd Dostluq, 1978-ci ildə ermənicə "dostluq, yaxınlıq" mənasına gələn Barekamavan adıyla adlandırılmışdır.[4]

Toponim türk dilində "yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən qurum sözü ilə[5] -lu şəkilçisi qəbul etmiş su sözünün birləşməsindən əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində "qaya parçası" mənasında işlənən qorum (qorum) formasında işlənmişdir[6]. Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

XX əsrin əvvəllərində Qazax qəzasının Qurumsu kəndindən[7] (133, 151) gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. "Cəbhədə atəşkəs 105 dəfə pozulub". Trend News Agency (az.). 24 Noyabr 2014 10:49. 2015-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-20.
  4. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гурумсулу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  5. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.320
  6. Древнетюркский словарь, Л., "Наука", 1969. s.46
  7. Обозрение Российских владений за Кавказом. Спб., 1836. .