Xoşkotan (25.01.1978-ci ildən Voskevan) — Barana rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.[2]
kənd | |
Xoşkotan Voskevan | |
---|---|
41°07′09″ şm. e. 45°03′55″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Barana rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 930 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xoşkotan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir.[3][4]
Toponim qədim türk dilində "düşərgə","yurd", "icma", "kiçik yurd" mənasında işlənən koş (>xoş) sözü ilə[5] və "heyvanların salındığı yer", "şəhər, qala divarları"[6], "tövlə", "yaşayış məntəqəsinin (aulun) yaxınlığında axşamlar qoyunların salındığı yer"[7], "heyvanların salındığı yer, "şəhər qala divarları"[6] mənasında işlənən kotan sözünün birləşməsindən əmələ gəlib, "qoyunların saxlandığı yer, yurd yaxınlığında olan kənd" mənası ifadə edir. "Kotan" sözü türk dillərində kutan formasında "xutor, köçəri çobanların dağdakı otlağı" mənasında işlənir[8]. Təsviri toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdmlib Voskevan qoyulmuşdur. Əsli Koş=Kutan. Türk dillərində koş-"köçəbə" və kutan "tövlə" sözlərindən ibarətdir. 1727-ci ildə Dağlıq Qarabağda Xoş=Əndam, Xoş=tan, Köş=tək kənd adları ilə mə’naca eynidir.