Dəmirçilər, Demirçilar, Qoçavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.[2]
Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun
tərkibində olmuşdur.
Erməni mənbələrində Demirçilar kimi qeyd edilir[3].
Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonimi[4][5] əsasında əmələ gəlmişdir.
XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Cingiz xanın nəsli ilə bağlayır. «Azərbaycanın
coğrafi adlar» kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub nəsil olduğu göstərilir[6].
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur.
Kənddə 1897-ci ildə 89 nəfər, 1908-ci ildə 420 nəfər, 1914 - cü ildə 105 nəfər azərbaycanlı
yaşamışdır[7].
1916-18-ci illərdə kəndin sakinləri ermənilərin təcavüzünə məruz
qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 89 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 144 nəfər azərbaycanlı yaşamışdır[8].
Kənd 1950-ci ilin axırlarında Evli heyvandarlıq sovxozuna birləşdirilmişdir. 1988-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.78
- ↑ ASE, III c. s.466
- ↑ Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.46
- ↑ Yüzbaşov R., Əliyev K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları (oçerklər), Bakı, «Maarif», 1972. s.40
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.78-79, 148-149
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.79-149
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|