Qızılkilsə (Loru)

Qızılkilsə, Dağ Qarakilsə, Qızıldaşİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.[2]

Kənd
Qızılkilsə
41°12′51″ şm. e. 44°22′12″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Loru mahalı
Rayon Vorontsovka rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.700 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 239 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qızılkilsə xəritədə
Qızılkilsə
Qızılkilsə

1930 - cu ildə Stepanavan (Cəlaloğlu) rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 14 km şimal-şərqdə, Dəmirçilər kəndinin yaxınlığında yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Kəndin bir adı da Dağ Qarakilsə olmuşdur[5].

Toponim qırmızı mənasında işlənən qızıl sözü ilə kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıldaş, Ermənistan prezidentinin 19.IV.1991-ci fərmanı ilə yenidən dəyişdirilib Aruni qoyulmuşdur.

Kənddə 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 215 nəfər, 1916-cı ildə 490 nəfər azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə kəndin sakinləri soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti quruladan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 373 nəfər, 1926-cı ildə 408 nəfər, 1931-ci ildə 437 nəfər[7], 1987-ci ildə 1500 nəfər[8] azərbaycanlı yaşamışdır.

1988-ci ildə azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.132
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.132
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.78
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.78-79, 148-149
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.79,149
  8. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.322